Ardını oxu...
Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində yerləşən evlərin birində baş verib.

Mənzildə olan 2015-ci il təvəllüdlü Zəhra Qasımova, 2016-cı il təvəllüdlü Həsən Qasımov, 2011-ci il təvəllüdlü Məryam Qasımova və 2010-cu il təvəllüdlü Məryam Qasımova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə onlar dəm qazından zəhərlənib.//APA
 
Ardını oxu...
Nazirlər Kabineti 29 mart 2023-cü ildə istehsal müddəti 10 ildən çox olan minik avtomobillərinin Azərbaycana gətirilməsini qadağan edib. 94 saylı qərar dərc edildikdən 30 (otuz) gün sonra qüvvəyə minib.

Nazirlər Kabineti (NK) qərarına dair izahında müxtəlif səbəblər göstərib. Səbəblər sırasında ətraf mühitin qorunması, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılması da var.

Qərarın qəbulunda insanların həyat və sağlamlığı əsas götürülür. Amma bu qərar, Nazirlər Kabinetinin izahında göstərildiyi kimi, Azərbaycan vətəndaşlarının heç də hamısının həyat və sağlamlığına müsbət təsir etmir. Əksinə, Dövlət Gömrük Komitəsinin NK-nın qərarını əsas gətirib yaratdığı süni problemlər bəzi insanların əsəblərini tarıma çəkir, sağlamlıqlarına zərbə vurur, üstəlik, onları müflisləşdirir.

Hazırda Azərbaycanın xeyli sayda vətəndaşı Gömrük Komitəsinin yaratdığı süni problemlərdən və özbaşınalıqlardan əziyyət çəkir. Bunu onların müxtəlif KİV-lərə göndərdikləri şikayət məktubları da təsdiqləyir.

Qusar rayon sakinləri də Gömrük Komitəsinin yaratdığı problemlərlə üzləşiblər. Rayon sakinləri Eduard Əlibalayev, Xədicə İsayeva və Ramin Vəlibəyov Reyting.az-a yazıblar ki, Koreyadan aldıqları avtomobilləri Azərbaycana gətirə bilmirlər, Gömrük Komtəsi əsassız olaraq buna imkan vermir.

Onların aldığı 4 ədəd “KİA Sorento” marakalı avtomobil xeyli müddətdir Gürcüstan ərazisində qalıb və ödənişli dayanacaqlarda saxlanılan avtomobillər üçün sahibləri əlavə maliyyə ödəmli olurlar ki, bu da vətəndaşlarımızın zərərinədir.

Gömrük Komitəsi avtomobillərin ölkəyə buraxılmamasına səbəb kimi NK-nın məhdudiyyətini əsas gətirsə də, gömrükçülərin əsaslandırması məntiqli deyil, qərarla ziddiyyətli məqamları və sui-istifadə halları var.

Avtomobillər ölkə xaricində alınarkən həmin ildə istehsal edilmiş texnikanın Azərbaycana gətirilməsinə hər hansı qadağa olmayıb. Azərbaycan vətəndaşları onları aldıqdan sonra isə istehsal müddəti 10 ili keçmiş avtomobillərin ölkəmizə gətirilməsi qadağan edilib. Hansı ki, həmin vaxt artıq sözügedən avtomobillər Azərbaycana yola salınmışdı və onların uzaq Koreyadan gəmilər vasitəsi ilə Azərbaycan sərhəddinə - Gürcüstana gətirilməsi xeyli vaxt aparıb. Bu, avtomobillərin alınaraq Azərbaycana gətirilməsi üçün beynəlxalq səviyyədə tanınan müxtəlif sənədlərdə də əksini tapıb (Sənədlərin surəti əlavə olunur).

Həmin avtomobillərdən biri 2010-cu il, ikisi 2012-ci il, biri 2013-cü ildə istehsal edilib. 2013-cü il istehsalı olan avtomobil isə logistika problemi səbəbindən sonradan qadağaya məruz qalan avtomobillərin siyahısına düşüb. Yəni avtomobil alınarkən istehsal müddəti 10 il olmasa da, gömrükçülərin özbaşınalığı, əsassız bəhanələri, qeyri-qanuni tələbləri səbəbindən Azərbaycan ərazisinə gətirilməsi ləngiyib və bu müddət ərazində texnikanın istehsal tarixi 10 ilə çatıb.

İddia olunur ki, gömrükçülər Azərbaycan vətəndaşlarının haqlı tələblərinə - əmlaklarının ölkəyə buraxılmasına nəinki məhəl qoymur, əksinə, onlara hədə-qorxu gəlməkdən də çəkinmirlər. Hətta vətəndaşların beynəlxalq sənədləri saxtalaşdırdığını da bildirirlər ki, bu da gülüş doğurur. Çünki belə bir qanunsuzluq baş versəydi, bunu Azərbaycan gömrükçülərindən əvvəl digər ölkələrin müvafiq qurumları müəyyən edərdi. Üstəlik, bu sənədlərin üzərindəki kodları dünya logistik sisteminə daxil etməklə saxta olmadığını müəyyənləşdirmək mümkündür.

Dövlət Gömrük Komitəsinin Azərbaycan vətəndaşlarından avtomobillərin ölkəyə gətirilməsi üçün tələb etdiyi əsas sənədlərdən biri də bank vasitəsi ilə ödəniş qəbzidir. Vətəndaşlarımız isə avtomobili alarkən Azərbaycan vətəndaşı İlqar Alik oğlu Əliyevin Koreyadakı şirkəti vasitəsi ilə ödəniş ediblər. Hətta sahibkar İlqar Əliyev də Gömrük Komitəsinə müraciətində bunu təsdiqləyib və problemin həllinə kömək istəyib.

Bildirilir ki, avtomobillər İ. Əliyevin Koreyadakı şirkətinə məxsus olub, NK-nın məlum qərarından 10 gün əvvəl, Azərbaycana yola salınarkən adıçəkilən şəxslərə satılıb.

Şirkətdə buna dair sənədlər də var. Bu sənədlərdən biri Koreya dövlətinə məxsus olan və dünyada tanınan Eksport sənədi, digərləri - BL və B OFF LOADİNG sənədləridir. Bunların üzərindəki kodlara daxil olmaqla, dünya logistik sistemində avtomobillərin hansı tarixdə alındığını və nə vaxt Azərbaycana yola salındığını müəyyən etmək olar. Amma Gömrük Komitəsi təqdim olunan nə bu sənədlərə, nə də şirkət vasitəsi ilə ödəniş qəbzinə məhəl qoymur, ölkə vətəndaşlarını müflisləşdirir və qanunlara əməl etmir.

Qeyd olunur ki, avtomobillərə görə alınmış vəsaitlərin sonradan bank vasitəsi ilə ödənilməsinə də imkan verilməyib. Azərbaycan gömrükçülərinin bu özbaşınalığı isə vətəndaşlar üçün yaranmış problemin əsasına çevrilib və vətəndaş hüquqlarının pozulması ilə nəticələnir.

Vətəndaşlarımız üzləşdikləri problemlərlə bağlı Gömrük Komitəsinin adiyyəti şəxslərinə müraciətlər etsələr də, məsələ müsbət həllini tapmır. Hətta sabiq gömrük məmuru A. Aslanov problemin həllinə razılıq verib və rəsmi sənədin üzərinə "Həll edilsin" yazaraq, imza atsa da. Bu səbəbdən də, şikayətçilər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən və Gömrük Komitəsinin rəhbərliyindən problemin həllində kömək istəyirlər.

Onu da qeyd edək ki, Qusar sakinləri üzləşdikləri problem səbəbindən məhkəməyə müraciət edəcəklərini istisna etməyiblər. Çünki onlar Gömrük Komitəsinin tələblərini qanunsuz, gömrükçülərin əməlini özbaşınalıq sayırlar. Bir daha vurğulayırlar ki, avtomobillərin Koreyadan Azərbaycan sərhəddinə gətirilməsi 30 gündən də çox vaxt apara bilərdi və NK-nın məlum qərarının onlara şamil edilməsi qanunsuzluqdur.
 
Ardını oxu...
Rusiya media mənsubları video-kameralar vasitəsilə müxalifət lideri Aleksey Navalnının cəsədinin daşınmış ola biləcəyi Federal Penitensiar Xidmətin(FPX) kortejini müəyyən ediblər.

Moderator.az xəbər verir ki, bu barədə "Mediazona" telegram-kanalı məlumat yayıb.

Rusiya mediası Ob çayının kəsişməsindəvideo-müşahidə kameralarının qeydlərini öyrənə bilib - bu, Labitnangidən Salexarda gedən yeganə quru yoldur. Küçə veb-kameralarına ictimai giriş yerli internet provayderlərindən birinin saytında tapılıb - onlar yerli sakinlərə keçidin vəziyyətini qiymətləndirmək və bərə növbələrini müşahidə etmək imkanı verir. Orada bir həftəlik qeydlər saxlanılır.

Belə ki, sözügedən saytda fevralın 16-da saat 23:55-də FPX korteji qeydə alınıb. Məhz onun Navalnının cəsədini daşıdığı güman edilir. Yəni FPX əməkdaşları Navalnının cəsədini anası Lyudmila və vəkilləri həbsxanaya yollanan gecə qəsdən koloniyadan Salexarda aparıblar.
 
Ardını oxu...
Türkiyənin İstanbul şəhərində bir cibgirin törətdiyi əməlin videogörüntüləri sosial şəbəkədə trendə çevrilib.

Publika.az xəbər verir ki, söhbət Beşiktaşın Dolmabahçe məhəlləsində avtobusda edilən telefon oğurluğundan gedir.

Belə ki, özündən öncə avtobusa minən qadın sərnişinin telefonunu cibindən götürən cibgir, onu bəyənmədiyi üçün geri qaytarmağa çalışıb. Həmin dayanacaqda olan və uzun müddət onu izləyən təhlükəsizlik qüvvələrinin əməkdaşları onu avtobustan çıxarıblar.

Araşdırmalar nəticəsində məlum olub ki, Cəlal.A adlı həmin şəxs 37 oxşar cinayət törədib.

Hazırda onun digər əməlləri araşdırılır.
Ardını oxu...
Şəhərin müəyyən hissələrində taksi dayanacaqları mövcuddur. Lakin bəzi sürücülər avtomobillərini həmin dayanacaqlarda saxladıqları üçün taksi sürücüləri həmin yerə daxil ola bilmir, dayanacaqkardan yararlana, istifadə edə bilmirlər.

Bəs taksi sürücülərinin dayanacaqlardan kənar saxlamalarına görə cərimə nəzərdə tutulurmu?

Mövzu ilə bağlı Baku TV-nin süjetini təqdim edirik:

 
 
 
Ardını oxu...
Elm və Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin 1 nömrəli Balakən Peşə Məktəbinin torpağında qarğıdalı əkən şəxsə məhkəmə hökm oxuyub.

Qaynarinfo-nun məlumatına görə, nazirliyə məxsus ərazidə qarğıdalı əkdiyi üçün 1978-ci il tarixdə Balakən rayonu Hənifə kəndində anadan olmuş Fərhad Cavadov (soyad şərti) barəsində Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə cinayət işi açılıb və işə məhkəmədə baxılıb.

Məlum olub ki, ikinci qrup əlil olan Fərhad Cavadov dolanışığı üçün Balakən şəhəri, Atatürk prospektində İdman Kompleksinin yaxınlığında yerləşən 66,4 hektar örüş sahəsini şumlatdıraraq, ərazidə qarğıdalı əkib. Həmin ərazidə qarğıdalı 20 sm inkişaf etdikdən sonra Balakən Peşə Məktəbinin direktoru bundan xəbər tutub.

Aydın olub ki, həmin ərazidə Balakən Peşə Məktəbi tərəfindən torpaq sahəsində bitkiçilik mütəxəssisi, aqroservis mütəxəssisi, tərəvəz ustası peşələri üzrə 1 nömrəli Balakən Peşə Məktəbinin tələbələri istehsalat təlimi məşğələləri keçiriblər.

Fərhad Cavadov məhkəmədə ifadəsində bildirib ki, maddi vəziyyəti çətin olduğuna görə məqsədi həmin ərazidə qarğıdalı əkib.

Məhkəmənin hökmü ilə Fərhad Cavadov 3 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
 
Ardını oxu...
Fevralın 13-də Bakıda 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun ailə üzvlərini - ata, ana və azyaşlı qardaşını, bundna əvvəl isə başqa bir ünvanda bacısı və onun azyaşlı qızını amansızlıqla qətlə yetirməsi cəmiyyətdə şok effekti doğurdu.
Neçə gündür müzakirə olunan bu tükürpədən hadisənin səbəbləri ilə bağlı müxtəlif versiyalar səslənir.
Yəqin ki, əsl səbəb istintaq orqanlarının hərtərəfli araşdırmasından sonra bəlli olacaq. İndiliksə onu demək olar ki, belə hadisələrə dünyanın müxtəlif ölkələrində rast gəlinib. Məsələn, məşhur neyrobioloq Devid İqlmenin (David Eagleman) özünün "Beyin sənin hekayən" adlı əsərində "Texas snayperi" adlanan, 13 nəfəri qətlə yetirən, 33 nəfəri yaralayan Çarlz Uitmen və onun bu cinayəti törətməsinin səbəblərindən bəhs edib. Maraqlıdır ki, Əhməd Əhmədov kimi Çarlz Uitmen də hadisəni törədərkən, 25 yaşında olub. Uitmeni bu qətliamı törətməyə nə vadar etmişdi?
Bakupost.az -ın Devid İqlmanın "Beyin sənin hekayən" əsərindən (Tərcüməçi Zahir Məlikli, "Qanun" nəşriyyatı) təqdim etdiyi hissədə bu suala aydınlıq gətirilir:
Beynimizdəki dəyişikliklər nələr yaşadığımızı və necə biri olduğumuzu əks etdirir. Bəs beyin bir xəstəlik, ya da zədə nəticəsində dəyişikliyə uğrasa? Bu, kimliyimizi, şəxsiyyətimizi, ya da davranışlarımızı dəyişdirərmi?

1 avqust 1966-cı ildə Çarlz Uitmen Ostindəki Texas Universitet qülləsinin müşahidə məntəqəsinə çıxmaq üçün liftə mindi və sonra heç bir səbəb olmadan aşağıdakı insanlara atəş açmağa başladı. 25 yaşlı gənc adam 13 nəfəri qətlə yetirdi, 33 nəfərsə yaralandı. Uitmenin özü də polis tərəfindən vurularaq öldürüldü.

Hadisədən sonra qatilin evinə yollanan hüquq-mühafizə ordanlarının əməkdaşları Uitmenin bir gecə əvvəl arvadı ilə anasını da öldürdüyünü aşkarladılar. Bu hadisədə ən çox təəccübləndirən bir fakt var idi: Çarlz Uitmenin həyatında belə bir dəhşəti törədə biləcəyinə dair ehtimal yaradan hər hansı ipucu yox idi. O, birinci dərəcəli kəşfiyyatçı idi, bankda kassir işləyirdi və mühəndislik təhsili almışdı.

Arvadı ilə anasını öldürdükdən az sonra yazı makinasının arxasında oturub intihar məktubu hesab olunan bu sətirləri yazmışdı:

"Özümü bu günlərdə tam olaraq anlaya bilmirəm. Ağlı başında və dərrakəli bir gənc olaraq tanınıram. Amma son zamanlarda (nə zamandan başladığını xatırlaya bilmirəm) bir çox qeyri-adi və məntiqsiz düşüncələrin qurbanı olmuşam. Ölümümdən sonra hər hansı bir fiziki pozğunluq olub-olmadığını təyin etmək məqsədilə məhkəmə-tibbi ekspertizasının keçirilməsini istəyirəm".
Uitmenin istəyi yerinə yetirildi və autopsiya zamanı onda kiçik bir beyin törəməsi aşkarlandı. Kiçik bir qəpik böyüklüyündəki törəmə qorxu və təcavüzlə bağlı bir nahiyə olan "badamvari cisim"ə (lat. corpus amugdaloideum - beyinin badam formasında olan xarakterik nahiyəsi) təsir etmək üzrə idi. "Badamvari cisim"in məruz qaldığı bu kiçik təzyiq belə Uitmenin beynində bir sıra reaksiyaya yol açmağa bəs etmişdi və nəticə etibarilə, normal halda qeyri-adi sayılacaq bir çox davranışlar sərgiləməsinə gətirib çıxarmışdı. Yəni, dəyişikliyə uğrayan beyin maddəsi Uitmenin şəxsiyyətini də dəyişdirmişdi.

Əlbəttə, bu, ekstremal bir nümunə olsa da, miqyasına görə dramatik olmayan zehni dəyişikliklərin belə sizi siz edən tənzimləmələrdə ciddi rol oynaya bildiyi bir həqiqətdir. Orqanizmlər üçün xarakterik olmayan maddələr və ya alkoqoldan istifadə buna nümunədir.

Başqa bir misal: bəzi epilepsiya formaları insanları daha dindar hala gətirə bilər. Parkinson xəstələrinin inanclarını itirməsi tez-tez rast gəlinən bir hal olduğu halda, parkinsonizmin müalicəsi üçün verilən dərmanların xəstələri qumar aludəçisinə çevirə bildiyi də məlumdur. Üstəlik, bizi dəyişdirən yalnız xəstəlik və ya kimyəvi maddələr deyil: izlədiyimiz filmlərdən çalışdığımız işlərə qədər hər şey neyron şəbəkəsinin davamlı olaraq yenidən formalaşdırılmasına yardım edir. Elə isə siz tam olaraq kimsiniz? Bu "tikilinin" dərinliklərində, mərkəzdə duran biri varmı?//BAKUPOST.AZ
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Ailə üzvlərini qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədov psixiatriya xəstəxanasında qeydiyyatda olub və bir neçə dəfə müalicə alıb. Bütün bunlara baxmayaraq, o, sürücülük vəsiqəsi üçün lazım olan tibbi arayışları necə əldə edib?

Media.Az bununla əlaqədar I kateqoriyalı həkim, psixiatr Abdulla Şıxlinski ilə danışıb.

Ekspertin sözlərinə görə, sürücülük vəsiqəsinin alınması prosesi dövlət tibb müəssisəsinin psixiatr və narkoloqunun məcburi rəyini tələb edir.

“Yəni özəl klinikanın belə sənədləri vermək səlahiyyəti yoxdur. Bu o halda mümkündür ki, tibb müəssisəsinin ekspert rəyi verməyə imkan verən xüsusi lisenziyası mövcuddur, həmçinin bu cür arayışların yoxlanılması və verilməsi üçün ixtisaslaşdırılmış komissiya var”, - deyə o vurğulayıb.

Həkim təəssüflə bildirib ki, bizim dövlət klinikalarında belə müayinə düzgün aparılmır və bu, böyük problemdir.

“Hər şey, bir qayda olaraq, çox formaldır: Həmin şəxsin dispanser müşahidəsində olub-olmadığı yoxlanılır. Cavab mənfi olarsa, ona arayış verilir”, - deyə A.Şıxlinski bildirib.

Ekspert vurğulayıb ki, hazırda bütün məlumatlar elektron sistemdədir və əgər yoxlama zamanı bir şəxsin dispanser müşahidəsində olduğu, ya bir dəfə psixiatriya xəstəxanalarında stasionar müalicə aldığı üzə çıxarsa, ona arayış verilməməli idi.

O, xatırladıb ki, qətldə şübhəli bilinən Əhməd Əhmədov beş dəfə Maştağa qəsəbəsindəki Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicədə olub: “Təbii ki, o qeydiyyatda olduğu yerdə psixiatrın daimi dispanser nəzarətində qalmalı idi. Lakin buna baxmayaraq, həmin şəxsə sürücülük vəsiqəsi almaq üçün rəy verilib”.

A.Şıxlinski bütün bu sənədlər və tibbi arayışların Daxili İşlər Nazirliyi orqanlarında saxlanıldığını deyib:

“Bu sənədlər əsasında Ə.Əhmədova hansı tibb müəssisəsinin rəy verdiyini rahatlıqla yoxlamaq mümkündür”, - deyə o əlavə edib.

Ekspert onu da qeyd edib ki, Ə.Əhmədova arayış verən həkimlər cinayət məsuliyyəti daşımalıdırlar.

“Psixi cəhətdən sağlam olmayan adamın maşın sürməsi ilə yanaşı, onun vəziyyətinə heç kim nəzarət etməyib. Bu onun müalicə alan həkiminin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verir”, - deyə A.Şıxlınski vurğulayıb.
 

Ölkədə ictimai iaşə obyektlərində xidmət qiymətləri artmaqdadır.

Dövlət Statistika Komitəsinin son məlumatına görə, 2024-cü ilin yanvar ayında ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,7% artaraq 146,9 milyon manat olub. Məlumatda qeyd edilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,5%-i hüquqi şəxslərin, 49,5%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2023-cü ilin yanvar ayı ilə müqayisədə 10% artaraq 73,4 milyon manat olub.

Maraqlıdır, istər hüququ, istərsə də fiziki şəxslər tərəfindən idarə olunan iaşə obyektləri ölkə iqtisadiyyatında təxmini nə qədər paya sahibdir? İaşə obyektlərində qiymətlər niyə sürətlə artır?

Məsələ ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov “Cümhuriyyət” qəzetinə şərhində qeyd edib ki, ictimai iaşə obyektləri ölkə iqtisadiyyatda çox az paya malikdir:

“Aparılan müəyyən qiymətləndirmələr görə, bu sektorda əlavə dəyər 60% civarındadır. 2023-ci ildə ictimai iaşə sektorunda dövriyyə 2 milyard dollar civarında olub. Bu, 1,2 milyard manat ətrafında əlavə dəyər yaradıb. Bu da təxminən 1 % - ə bərabərdir”.

İqtisadçı ictimai iaşə obyektlərində qiymətlərin artma səbəblərini belə izah edib:

“Həmin sektorda qiymətləri artıran səbəblər kifayət qədər çoxdur. Birinci səbəb məhsulun maya dəyərinin xərclərinin artması ilə bağlıdır. Bildiyimiz kimi, 2023-cü ildə inflyasiya 8.8 % civarında olub. Yəni ərzaq qiymətləri 12 % bahalaşıb. Sözsüz ki, bu da iaşə obyektlərində xidmət haqlarına təsir edir.

Eyni zamanda, əmək haqlarının artırılması da xidmətdəki qiymət artımına təsir edən əsas faktorlardan biridir. Bütün bunlar bir-birilə əlaqəlidir və hər zaman da belə olacaq. Qiyməti artıran digər faktor isə ölkəyə xarici turistlərin axınıdır. Ötən il ölkəmizə xeyli sayda xarici turist gəlib. Bu ilin yanvarında da onların sayında artım olub. Bu da iaşə obyektlərində qiymətlərin bahalaşması üçün əlverişli imkanlar yaradır”.
 
Ardını oxu...
Alimlər əkin sahələrini həşəratlardan qorumaq üçün unikal üsul təklif ediblər. Belə ki, sözügedən sahələrin qırmızı torla örtülməsini məsləhət görüblər.

Bu barədə “Scientific Reports” jurnalında dərc olunan məqalədə bildirilib.

Məlumata görə, bu kəşf antifidantların (həşərat zərərvericilərə qarşı vasitələr) dozasını 50 faizə kimi azalda bilər.

Sintetik antifidantlar torpağın qələviləşməsinə və zərərsiz həşəratların da zəhərlənməsinə səbəb olur. Bəzi zərərvericilər isə antifidantlara davamlı ola bilər, buna görə fermerlər onlardan daha tez-tez və daha böyük dozalarda istifadə etməli olurlar.
Ardını oxu...
Kənd təsərrüfatı torları məhsulları qorumaq üçün alternativ üsuldur. Adətən ağ, qara və mavi rənglərindən istifadə olunur. Onlar həşəratlar üçün mexaniki maneə kimi xidmət edirlər. Dəliklər kiçik olduqca torlar bir o qədər effektiv olur.

Alimlər yeni araşdırmada rəngin də eyni dərəcədə vacib olduğunu aşkar ediblər. Belə ki, qırmızı torların trips böcəyinə (“Trips Tabaci”) necə təsir etdiyini qiymətləndiriblər.

Bu həşərat antifidantlara çox davamlıdır, bir çox mədəni bitkiləri yeyir və onlar üçün təhlükəli virusları yayırlar.
Ardını oxu...
Təcrübə göstərdi ki, ağ-qırmızı və ya qırmızı torlar sahələri həşəratlardan daha səmərəli qoruyur. Özü də bu məsələdə tordakı dəliklərin ölçüsü əhəmiyyətli deyil. Onlar böcəyin bədənindən daha iri olsa da, zərərvericilər bitkilərə hücum etməyiblər.

Açıq tarla ilə müqayisədə qırmızı torla örtülmüş sahə üçün antifidantların 25-50 faiz daha az dozası lazım olub.

Qırmızı rəng effekti həşəratların vizual xüsusiyyətləri ilə əlaqələndirilir. Alimlər qeyd ediblər ki, torlar antifidantlardan bahalı olsa da, uzun illər istifadə oluna bilər.

Qırmızı torların dəliklərinin iri olması hava və işıq keçiriciliyini qoruyacaq, həmçinin göbələk infeksiyası ehtimalını azaldacaq.
Ardını oxu...
Mənbə: Gazeta.ru
 

Dünyapress TV

Xəbər lenti