Dövlət İmtahan Mərkəzi (DİM) bu gün buraxılış imtahanı keçirəcək.
Bu barədə DİM-dən məlumat verilib.
İmtahan Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal rayonlarında, Abşeron, Gəncə - 1, Goranboy, Göygöl, Naftalan, Şəmkir, Gədəbəy, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Ucar, İsmayıllı, Kürdəmir, Ağsu, Zərdab, Lənkəran, Cəlilabad, Astara, Bərdə, Tərtər, Yevlax, Ağdərə (Talış kənd tam orta məktəbi), Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən və Şabran rayonlarında, Çilov adasında yerləşən 131 nömrəli tam orta məktəbdə, eləcə də tədrisi ingilis və fransız dillərində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə baş tutacaq.
Çilov adasında yerləşən məktəbə imtahan rəhbəri və materialların daşınması Azneft İstehsalat Birliyinin helikopteri vasitəsilə həyata keçiriləcək.
İmtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 222 imtahan binası, 3 941 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 222 ümumi imtahan rəhbəri, 610 imtahan rəhbəri, 4 899 nəzarətçi, 676 buraxılışı rejimi əməkdaşı (mühafizə), 222 bina nümayəndəsi ayrılıb.
Martın 3-də keçiriləcək imtahanda 52 267 şagirdin iştirakı nəzərdə tutulur. İmtahanda 36 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.
Ağsu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, martın 1-i saat 23 radələrində Ağsu rayonunun Şahbəyli kəndi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü, 1991-ci il təvəllüdlü Vüsal Güloğlan oğlu Məlikovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Müxtəlif bədən xəsarətləri alan sürücü hadisə yerində ölüb.
Bakı məktəbində daha bir şagird-valideyn qalmaqalı yaşanıb.
Gundeminfo.az xəbər verir ki, bu barədə “lent.az”a zərərçəkmiş şəxsin valideyni Seymur Musayev məlumat verib.
Onun sözlərinə görə, hadisə paytaxtın Əhmədli qəsəbəsidə yerləşən 287 saylı məktəbdə qeydə alınıb. Belə ki, məktəbin 6-cı sinfində oxuyan T. M. 7-ci sinifdə oxuyan Z.Q. arasında mübahisə yaranıb.
S. Musayevin iddiasına görə, Z.Q.-nın anası məktəbə gələrək, hər kəsin gözü qarşısında onun oğluna şiddət göstərib:
"Övladlarımız arasında mübahisə yaranıb. Z.Q-nın anası məktəbə gəlib, uşaqların, müəllimlərin içərisində mənim oğlumun yaxasından tutub, divara çırpıb. Övladımı polisə salmaqla hədələyib. Deyib ki, mən bloqqerəm sizi tutduraram. Uşaq qorxusundan evə gəlib bizə deməyib. Bacısına deyəndən sonra məsələnin üstü açıldı. Məktəbə getməyə qorxurdu. Mən də getdim məktəbə. Qadına dedim ki, övladımın könlünü al. Valideyndi, uşaqların içində pis etmək istəmədim. Amma razılaşmadı. "Mən bloqerəm, nə istəyirsiniz edin. Sizi çəkib biabır edərəm" dedi".
Seymur Musayev bildirib ki, məsələ ilə bağlı polisə müraciət edib:
"Onun elə danışığından sonra 34-cü polis bölməsinə gedərək ərizə yazdım. Daha sonra, "102" xəttinə məlumat verdim. Mənim övladıma belə şiddət göstərməyə onun haqqı yoxdu. Bizi bloqqer olması ilə qorxudur".
DİN-in mətbuat xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev bildirdi ki, məsələ ilə bağlı polisə müraciət olunub.
Hazırda ərazi üzrə polis şöbəsində təhqiqat araşdırmaları davam etdirilir. Məsələyə məktəbdən münasibət öyrənmək mümkün olmayıb.
11 yaşlı qızın Bakı Sağlamlıq Mərkəzində diş müalicəsindən sonra komaya düşdüyü iddia olunur.
Teleqraf.com xəbər verir ki, iddialara görə Zamin Babayev adlı şəxs fevralın 21-də qızının dişini müalicə etdirmək məqsədilə Bakı Sağlamlıq Mərkəzinə müraciət edib.
Vətəndaşı xəstəxanadan Bəhruz Rüstəmov adlı stomotoloqa yönləndiriblər. Ata həkimə bildirib ki, müalicə proseduru sedasiya üsulu ilə edilsin, anesteziyadan birmənalı şəkildə imtina olunub.
Məlumata görə, həkim atanın israrına rəğmən anesteziya ilə müalicəyə başlayıb.
"Anestezioloq Fərəh Amanova uşağa narkoz qoşub otaqdan çıxıb və onun səhlənkarlığı nəticəsində oksigen çatışmazlığı yaranıb, uşaq komaya düşüb. Komaya düşəndən sonra da uşaq Bakı Sağlamlıq Mərkəzində düzgün müalicə olunmayıb. Atası tələsik ambulansla uşağı Mərkəzi Klinik Xəstəxanaya aparıb və orada məlum olub ki, anestezioloqun səhlənkarlığına görə uşağın beyni 4-5 dəqiqə oksigensiz qalıb. İlk 72 saatda edilməli olan müdaxilənin hec biri olunmayıb və uşağın beyninin bir hissəsi zədələnib. 9 gündür 11 yaşlı uşaq komadadır, həkimlər bildiriblər ki, ən yaxşı halda yataq xəstəsi olacaq", - deyə ailə bildirib.
Məsələ ilə bağlı Bakı Sağlamlıq Mərkəzinə müraciət etdik. Xəstəxanadan bildirildi ki, gün ərzində rəsmi açıqlama veriləcək.
Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova ilə Dövlət Əmək Müfəttişliyi Xidməti arasında qalmaqal yaranıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, qalmaqala səbəb dövlət xidmətinin direktoru cərimələməsidir.
İradə Axundova İnzibati Xətalar Məcəlləsinin 198.1.5 və 192.4-cü maddələrinə əsasən cərimə edilib. Bu maddə normal əmək və istirahət rejiminə riayət edilməməsi, 192.4-cü maddə isə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır.
Birinci maddədə 500 manatdan 1000 manatadək, ikinci maddədə isə isə vəzifəli şəxslərin 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur. İradə Axundovaya konkret olaraq hansı məbləğdə cərimə yazıldığı barədə məlumat yoxdur.
Əldə etdiyimiz məlumata görə, direktor dövlət xidmətinin qərarını qanunsuz hesab edir. Bu baxımdan, o, şikayət ərizəsi ilə məhkəməyə müraciət edib. Onun şikayətinə Nizami Rayon Məhkəməsində baxılacaq. İş hakim Mətanət Hacıyevanın icraatındadır.
Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərir. İradə Axundova sözügedən institutun direktoru vəzifəsinə 2022-ci ildə təyin edilib.
“SOCAR-da vakant yerlər elan olunan kimi İnsan Resursları Departamentinin portalı işləmir, aylarla ixtisasa uyğun iş gözləyirik, amma portala girə bilmirik. Sistemə daxil ola bilmək üçün müxtəlif brauzerdən istifadə edirik”.
Bunu SOCAR-da çalışan neftçilər bildiriblər. İşdən çıxarılma təhlükəsi səbəbindən adının açıqlanmasını istəməyən neftçi deyib ki, son günlər “Yandex” brauzeri vasitəsilə daxil ola bilirlər, o da müəyyən telefon modelləri üçün keçərlidir. Portaln işləməməsi səbəbindən kütləvi şikayət olduğundan problemdən həm “Azneft” İstehsalat Birliyinin, həm də İnsan Resurslari Departamentinin rəhbərliyi xəbərdardır.
“Bilirik ki, portalın saxlanılmasına ayda kifayət qədər vəsait xərclənilir. Belə olduğu halda problemin dəfələrlə təkrarlanmasınn səbəbi nədir? Deyirlər ki, portal həftə sonları işləmir, hər dəfə girəndə şifrənin dəyişməsi üçün xəbərdarlıq gəlir, bu problemlə rastlaşanlar çoxdur”,-başqa bir neftçi deyib.
Vakansiyanin qeydiyyat muddəti qısa müddət olur, buna görə də portala girə bilməyən işçi çarəsiz duruma düşür.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı Meydan TV-yə deyib ki, bununla bağlı rəhbərlik etdiyi təşkilata müraciətlər daxil olub. İşçilər portala girə bilmirlər, dekabrdan indiyədək problem həll olunmayıb.
“Portal bağlı olursa, müraciət necə edilir? Əgər sonradan həmin elan olunan vəzifəyə kimsə qəbul olunsa, bunun izahını necə verəcəklər? Bu halda şirkətdə işə qəbulda şəffaflıq təmin olunurmu? Bu suallara cavab istəyirəm”,-hüquq müdafiəçisi deyib.
Bakıda fərdi yaşayış evində baş verən yanğının təfərrüatı məlum olub.
APA-nın məlumatına görə, hadisə qəsdən törədilib.
Yaxınlarının bildirdiyinə görə, 1971-ci il təvəllüdlü Eyvaz Həsən oğlu Əkbərov yaşadığı evi yandırıb.
Səbəb isə onun həyat yoldaşı ilə mübahisə etməsi olub.
Nəticədə E.Əkbərov evdə yanaraq ölüb.
-------------- Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 150 kvadratmetr olan birmərtəbəli dördotaqlı evin yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər verir ki, yanğın yerinin kəşfiyyatı zamanı bir nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Nizami rayonu, Rizvan Teymurov küçəsi, mənzil 49-da müvəqqəti məskunlaşan, Birinci Qarabağ Müharibəsinin iştirakçısı Mahmudov Rəşid Xudayar oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. O, saytımız vasitəsilə aidiyyəti qurumlardan kömək istəyir:
“Mən, Mahmudov Rəşid Xudayar oğlu, I Qarabağ döyüşlərinin iştirakçısı olaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Özüm də, yoldaşımda Xocalıda yaralanmışıq. Hal-hazırda II qrup qaziyəm. 2023-cü ildə mənim əlilliyimi (qaziliyimi) kəsdilər. Komissiyadan keçdim, çünki kəsiləcəyimdən xəbərsiz idim.
Həmin ərəfədə bir şəxslə tanış oldum, o da məni aldatdı. Bu şəxsi tanıdığım vaxt artıq əlilliyim kəsilmişdi və o, mənə “11 min manat versən sənin işini düzəldərəm” dedi. Mənə ömürlük pensiya düzəldəcəyini dedi.
Yoldaşımın və özümün adına bankdan kredit götürüb, dediyi pulu ona verdik. Onlar iki nəfərdi: qadının adı Nəzrin, kişinin adı isə Təbriz idi. Özlərini “Bərpa Mərkəzi”ndə işləyən şəxslər kimi təqdim etmişdilər.
Pulu verəndən sonra hər iki şəxsə zəng çatmadı. Polisə məlumat verdim. Məni Nizami rayonu 25-ci bölməsindən dəvət etdilər. Orada Sadiq adlı tədqiqatçı işə baxırdı. Qızı tapıb gətirdi, amma Təbriz haqqında bizə heç bir məlumat vermədi.
Mən polisə müraciət etsəm də, həri ki şəxsin giriş-çıxışına stop qoyulmamışdı deyə, Təbriz Rusiyaya qaçmışdı.
Sadiq müəllim işi Baş İdarəyə göndərdi. Orada işə Əflatun Səlimov baxdı. Amma heç bir tədbir görülmür. Əflatun müəllimə deyirəm ki, Sadiq müəllim imkan yaratdı, Təbriz ölkədən qaçdı, indi siz qıza imkan yaradırsız ki, qaçsın. Mənə deyir ki, “işi düzgün aparıram”.
Biz vətəndaşlar polisdən kömək istəyirik, amma çox təssüf ki, bəzi polislər işlərini layiqincə görmürlər.
Mən heç yerdə işləmirəm, amma 11 min manat kredit ödəməliyəm. Çox xahiş edirəm, kömək edin, araşdırılma düzgün aparılsın. Ola bilər ki, bu qadının arxasında kimlərsə durur, ona görə polis ondan çəkinir. Polis qadına bir kəlmə söz demir, sanki aralarında nəsə bir anlaşma var. Xahiş edirəm, mənim məsələmi ictimailəşdirin, saxtakarlar cəzalandırılsın”.
Şikayətçinin redaksiyamıza göndərdiyi video-müraciəti də təqdim edirik:
Jalə FAMİLQIZI
Hurriyyet.az
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Bir neçə gün əvvəl qarşıma bir xəbər çıxdı. Deyilirdi ki, yerli banklardan birinin əməkdaşı TikTok sosial şəbəkəsinə əmanətçilərin pulundan 160 min manat xərcləyib… Nə az, nə çox 160 min… İlk növbədə bu xəbəri oxuyanda istər-istəməzə həmin bank işçisinin ruhi səviyyəsini dü.ünməyə bilmədim. Çünki ağlı başında olan şəxs nəinki başqasının, heç öz pulunu da sosial şəbəkədə heç kimə xərcləməz. Çünki pul qazanmaq insanın vaxtını alır, vaxt ömür deməkdir. Yəni insan öz ömrünü dəyməyəcək heç nəyə və ya heç kimə xərcləməməlidir. Başqasının vəsaitini xərcləməyin də cəzası var ki, bu da ömürdən gedir.
Görünən odur ki, əsərimizin qəhrəmanı həyatından bezibmiş, onu bu yola xərcləməyi seçib. Məsələnin digər tərəfi, həmin zərərin ödənilməsi ilə bağlıdır.
Mütəxəssislərin fikrincə, banklarda əmanətçilərin əmanətlərinin başına gələcək hər hansı bir hadisənin məsuluyyəti elə bankın öz üzərindədir. Yəni əmanətçi vəsaitini banka etibar edibsə, gerisi onu maraqlandırmamalıdır. Onun vəsaitini hansısa bank işçisi oğurlasa, xərcləsə və s. bütün məsuliyyət bankındır və əmanətçinin əmanəti toxunulmazdır.
İqtisadçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu hadisə zamanı əmanətçilər üçün heç bir təhlükə olmayıb. Burada bank üçün təhlükə var. İqtisadçı vurğulayıb ki, bankın işçilərindən kimsə əmanətçilərin vəsaitinə toxunubsa, sui-istifadə edibsə, bank həmin əmanəti əmanətçiyə ödəməlidir. Çünki bu işi onun işçisi edib.
Bu hadisəyə gəldikdə, iqtisadçı vurğulayıb ki, belə bir hadisə baş verdiyinə görə, görünən odur ki, bu bankın daxili qayda-qanunu zəifdir. Zəifdir ki, belə hadisələr baş verə bilir. Bu kimi hadisələrin baş verməməsi üçün banklarda əməkdaşlara da nəzarət olmalı və eyni zamanda daxili qayda-qanun sərt olmalıdır. Görünən odur ki, bir bank işçisinin əyləncəsinin bədəlini bank özü ödəyəcək.