İranın Kərəc şəhərində hökumət əleyhinə nümayişlər zamanı İran İnqilabı Keşikçiləri Korpusunun silahlı qüvvələrinin üzvü ölüb, beş polis yaralanıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Sosial şəbəkələrdə yayılan videolara görə, etirazçılar İranın ümumxalq etirazlarında qətlə yetirilən gənc qız Hədis Nəcəfinin ölümünün 40-cı günündə Kərəc şəhərinin “Beheşt Səkinə” qəbiristanlığında toplaşaraq “Ölüm olsun diktatora!” şüarları səsləndiriblər.
Nümayişlərin davam etməsi ilə, Kərəc şəhərinin küçələrində etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Kərəcdə baş tutan etirazları nəzarətdə saxlamaq üçün bu şəhərə qonşu əyalətlərdən əlavə qüvvələr yeridilib.