“Müharibəyə gedin!”
Rusiya biznesmeni və Wagner özəl hərbi şirkətinin təsisçisi, “Putinin aşpazı” ləqəbi ilə tanınan Yevgeni Priqojin Rusiya Dövlət Dumasının deputatlarına onun hərbi birləşmələrinə bənzər qruplara rəhbərlik etməyi və ya “avtomat götürməyi” təklif edib.

Priqojinin bu barədə bəyanatı oktyabrın 11-də onun Konkord şirkətinin mətbuat xidməti tərəfindən dərc olunub.

Priqojin bildirir ki, hazırda “cəmiyyətin konsolidasiya edilməsi zəruridir”.

Onun sözlərinə görə, “illərdir tribunadan çıxış edənlərin nəsə bir iş görməsi” vacibdir:

“Hanı RFKP-nin (Rusiya Federasiyası Kommunist Partiyası-red) sıx birləşmiş kommunistləri, hanı Rusiya üçün can yandırdığını deyən və Jirinovskisiz təlxəkxanaya çevrilən LDP (Liberal Demokrat Partiyası-red)? Mən hələ bir vaxtlar axmaqlığımdam və onlardan əsl vətənpərvərlər yetişdirəcəyimi ümid etdiyimdən dəstəklədiyim Rodina partiyası haqqında danışmıram”.

Priqojin deyib ki, bu mənada istisna təşkil edənlər də var:

“Ölkənin həyatında iştirak edən yeganə şəxslər “Ədalətli Rusiya – Həqiqət naminə!” ittifaqının lideri Sergey Mironov və bu partiyanın həmsədri Zaxar Prilepin, bir də Federasiya Şurasının sədrinin birinci müavini Andrey Turçakın simasında “Vahid Rusiya” partiyasıdır”.

“Çərənçi cənablar”
Bunun ardınca prezident Vladimir Putinin yaxın çevrəsinə daxil oliqarx deputalara belə müraciət edir:

“Buna görə də “çərənçi” cənabları bir yerə toplanmaq və Wagner tipli bölmələrə başçılıq etməyə çağırıram. Təşkilatçılıq qabiliyyəti olmayanlar isə avtomat və ya heç olmasa istehkamçı beli götürə bilərlər. Həqiqi fayda bunda olar. Vətənə həqiqi xidmət belə olar”.

Yevgeni Priqojin bundan əvvəl, Rusiyada qeyri-qanunu sayılan Wagner özəl hərbi şirkətinin təsusçisi olduğunu etiraf etmişdi.

Bu şirkət hərbi müəssisələrin rəsmi balansında və hüquqi şəxslərin reyestrində yoxdur, lakin onun muzdlu döyüşçüləri bir sıra jurnalist təthqiqatlarına görə Rusiyanın Suriyada apardığı quru əməliyyatlarında və Ukrayna müharibəsində iştirak edirlər.

BMT və Ukrayna Wagner özəl hərbi şirkətini hərbi cinayətlərdə ittiham edirlər.

“Ya zeklər, ya da uşaqlarınız”
Wagner özəl hərbi şirkəti Ukrayna müharibəsində iştirak etmələri üçün səfərbərləri hətta məhkumların arasından seçir. Bu işlə Priqojinin şəxsən məşğul olduğu xəbər verilir.

O Rusiya boyunca həbsxanaları gəzərək məhkumlar arasında Ukrayna müharibəsində iştirakı təbliğ edir.

Sentyabrın 14-də yayılmış videoda Priqojin Yoşkar-Oladakı koloniyanın məhbuslarına muzdlu olmağı təklif edirdi.

Konkord şirkətinin mətbuat xidməti sonradan bu videonun həqiqliyini təsdiq etmişdi.

Şirkət rusiyalılara müraciətlə bildiridi ki, məhkumların müharibəyə göndərilməsi yaxşı fikirdir: “Ya özəl hərbi şirkət və zeklər, ya da sizin uşaqlarınız – özünüz seçin”.

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE
19 Aprel 2025 Dmitri Qordon: "İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm" - Video
19 Aprel 2025 Bunu etmək üçün insan gərək vicdansız olsun
19 Aprel 2025 23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir
19 Aprel 2025 Bu məktəbdə təhsil haqqı 289 min manatdır
19 Aprel 2025 İmamoğlu anketinden iktidara kötü haber geldi: Halk ikna olmadı
19 Aprel 2025 Simonyana orden, sizə həbsxana: paradoks və absurd - Sibirlilərə yazığımız gəlmir, amma Moskvaya toxunmayın…
18 Aprel 2025 Yunanıstandan təxribat xarakterli xəritə: “Türkiyə üçün müharibə səbəbi!” - VİDEO
18 Aprel 2025 Ukrayna və ABŞ faydalı qazıntılarla bağlı memorandum imzalayıb
18 Aprel 2025 CHP ilə bağlı açıqlama verən jurnalist tutulub
18 Aprel 2025 Dünya "Təbii fəlakət" deyib qıraqdan baxır? - Onlar belə önləyici tədbirlər alırlar...
17 Aprel 2025 Tramp və Ərdoğan arasında strateji anlaşma: ABŞ və Türkiyə yeni qlobal güc mərkəzi qurur
17 Aprel 2025 Mirzoyandan sensasion açıqlama: Sülh müqaviləsi Azərbaycan-Ermənistan sərhədində imzalana bilər
17 Aprel 2025 Fransadan Azərbaycana böyük pislik - Bakı bağışlamayacaq!
17 Aprel 2025 Anar Əlizadəyə Serbiya pasportunu kim və niyə verdi: Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir - SENSASİYA
17 Aprel 2025 Medvedev şirkətlərindən 8 milyard qazandı, pulu "gizli bağ evi"nə xərclədi
17 Aprel 2025 Paşinyanın Çingiz xan travması - Parlamentdə Monqol xaqanının adını buna görə çəkibmiş…
16 Aprel 2025 İran ABŞ-la danışıqlara hazırdır – “Uran zənginləşdirmə prinsipindən geri dönməyəcəyik”
16 Aprel 2025 Narazı ermənilər küçələrə çıxdılar: “Qarabağ klanı” Paşinyanı devirmək istəyində
16 Aprel 2025 İranın parçalanması planında inanılmaz detal – Hədəf başqadır

Dünyapress TV

Xəbər lenti