Dünyanın kül olmaq qorxusu…
ABŞ, Kanada, Tayvan, Polşa, Bolqarıstan, Rumıniya, Latviya, Litva, Estoniya və Moldova da daxil olmaqla dünyanın ondan çox ölkəsi öz vətəndaşlarını Rusiyanı dərhal tərk etməyə çağırıb. Bu gün isə Çexiya da onlara qoşulub.

Nə baş verir? Onlar Rusiyanın bilmədiyi nələri bilirlər? Ruslar artıq narahat olmalıdır, yoxsa bu, hələ də sırf siyasi oyunlardır?

Rusiyada bundan əvvəl də hamı Qərb ölkələrinin öz vətəndaşlarına Ukraynanı dərhal tərk etmək və səfirlikləri Kiyevdən çıxartmaq çağırışlarını sırf siyasi oyun kimi qəbul edirdi. Təbliğatçılar, o cümlədən Rusiya XİN-in rəsmi nümayəndəsi Zaxarova, bu çağırışlara qəzəblə reaksiya verirdilər. Heç kim bunun ciddi olduğuna inanmırdı. Amma fevralın 24-də hamı gülməyi dayandırdı.

Hazırkı böhranın əsasında nə dayanır? İlk növbədə, xarici ölkədə ölmək istəməyən çağırış yaşlı yüz minlərlə rusiyalının səfərbərliyə çağırılması və bundan yayınması (Finlandiya hətta onların qarşısını almaq üçün Rusiya ilə sərhəddə hasar çəkməyə qərar verib). Ancaq bu cür narahatlığın səbəbi təkcə səfərbərlik deyil. Ritorika dəyişir, baş verən hərbi uğursuzluq və geri çəkilmələr fonunda demək olar ki hər gün Ukraynaya qarşı taktiki nüvə silahından istifadə çağırışları səslənir. Özü də ki, rusiyalı siyasətçilər dünyanın bu zərbəyə göz yumacağı, NATO-nun tam miqyaslı nüvə müharibəsindən qorxaraq heç bir şəkildə cavab verməyə cəsarət etməyəcəyinə əminliklərini ifadə edirlər.

Kadırov buna çağırır, Medvedev onun səsinə səs verir, Peskov birmənalı şəkildə nüvə doktrinasına işarə edir və nəhayət Putinin özü də kifayət qədər açıq şəkildə Rusiya ərazilərini (Ukraynanın ilhaq olunaraq Rusiyaya birləşdirildiyi elan edilən dörd regionu) qorumaq üçün “bütün vasitələrdən” istifadə etməyə hazır olduğunu bildirir.

Bu gün “The Times” sensasiyalı iddia ilə çıxış edərək yazıb ki, NATO Rusiyanın tezliklə Ukrayna ilə sərhəddə, böyük ehtimalla Qara dənizdə (İlan adasında?) “nüvə sınaqları” keçirə biləcəyinə inanır və bununla da dünyaya “kütləvi qırğın silahlarından istifadə etmək istəyini nümayiş etdirdiyini” hesab edir. Alyans bütün müttəfiqlərinə bununla bağlı xəbərdarlıq edib.

Amma Qərb açıq şəkildə bildirir ki, daha dözmək fikrində deyil, bu təhlükəli hədəni son hədd olaraq qəbul edir və bundan sonra NATO bütün mümkün sədləri aşan münaqişəyə müdaxilə etməli olacaq. Putinə edilən xəbərdarlıqlar çox sərt səslənir. Onlar ictimaiyyətə təfərrüatsız təqdim edilsə də, bəzən detallar sızır. Bu günlərdə Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru David Petreus (o, ağlını tamamilə itirmiş qoca hərbçi deyil, Petreus Putinlə həmyaşıddır) bəyan etdi ki, Ukraynada nüvə silahından istifadə edilərsə, NATO əvvəlcə Rusiyanın Ukrayna və Krımdakı bütün qoşunlarını, hərbi texnikasını və infrastrukturunu, həmçinin Qara dəniz donanmasını məhv edəcək. Bu zaman üçüncü dünya müharibəsinə səbəb olmamaq üçün kütləvi qırğın silahlarından istifadə olunmayacaq.

Necədir?!

Optimizmə səbəb olan yeganə şey odur ki, dünyanın ən güclü kəşfiyyat xidmətlərinə malik olan iki dövlət – Böyük Britaniya və İsrail vətəndaşlarına dərhal Rusiyanı tərk etmək və səfirlikləri boşaltmaqla bağlı xəbərdarlıq etməyiblər. Elə Almaniya və Fransa da hələlik həyəcan təbili çalmayıb. Bu o deməkdir ki, hələ də radioaktiv kül olmaq qorxusu yaranmayıb. Hələlik döyüşdən əvvəl “baxış dueli” gedir. Döyüş özü isə baş tutmaya da bilər…
pressklub

 

Bölmənin digər xəbərləri

31 Yanvar 2025 Bakı tələb etdi, İrəvan razılaşmadı... - Müqavilədəki o bənd pozulur
31 Yanvar 2025 Medvedevdən SƏRT TƏLƏB: Bu şəxslər dərhal Rusiyadan çıxarılmalıdır
31 Yanvar 2025 "Qərb Cənubi Qafqaza özünün mübarizə meydanı kimi baxır" - FAKT BUDUR!
31 Yanvar 2025 Trampdan ilham almış rus tarixçisi: - “Fin körfəzinin adı dəyişməlidir”
30 Yanvar 2025 Beynəlxalq təşkilatların Azərbaycana “yanvar hücumu” - qərəz...
30 Yanvar 2025 Afrika iki qitəyə bölünəcək: elm adamları yeni okeanın olacağını proqnozlaşdırırlar
30 Yanvar 2025 Böyük şəhərlərə niyə od vuruldu? – London, Moskva, Roma yanğınlarının iç üzü / VİDEO
29 Yanvar 2025 Cənubi Qafqazdakı avropalı casuslar təşvişə düşüb: Qərb Ermənistandakı missiyanın müddətini uzadır Region
29 Yanvar 2025 Ermənistanın Baş naziri Nikol Paşinyanın ermənilərin Osmanlı imperiyasındakı “soyqırımı” məsələsinin yenidən araşdırılmasının zəruriliyi barədə bəyanatı xüsusi diqqətə alınmalıdır”.
29 Yanvar 2025 Makronu narahat edən əsas məsələ Avropada millətçi kəsimin önə çıxmasıdır -ŞƏRH
28 Yanvar 2025 AK Partiya sözçüsü: "Bəzi dövlətlər Suriyada baş verənlərə müdaxilə etmək istəyir"
28 Yanvar 2025 Ukraynada başımızı qatırlar, əsas döyüş burdadır
27 Yanvar 2025 Rusiya saxta məlumatlar verərək törətdiyi hərbi cinayəti gizlətməyə səy göstərir -ANALİZ
27 Yanvar 2025 Tramp Ukrayna müharibəsini yaza qədər bitirəcək?
27 Yanvar 2025 İki Kapitoli hücumçusu əfvi rədd edir
27 Yanvar 2025 Lukaşenko Trampın andiçmə mərasimində Maskın jestini pisləyib
26 Yanvar 2025 Rusiya aktivlərinin dondurulması Ukrayna ilə bağlı danışıqlar üçün şərt ola bilər
26 Yanvar 2025 Braziliyada daşqınlarda 96 nəfər həyatını itirib
26 Yanvar 2025 Dünyanın ən böyük aysberqi: Bir ildə 1400 km yol gedib, 9 faizi əriyib
26 Yanvar 2025 Putin danışıqlar masasına oturmayacağını dedi: ISW

Dünyapress TV

Xəbər lenti