Rusiya Federasiyası Baş nazirinin sabiq birinci müavini, mərhum liberal siyasətçi, Putinin qatı əleyhdarı olmuş Boris Nemtsov (2015-ci il 27 fevralda Kremlin yaxınlığında qətlə yetirilib) ölümündən az əvvəlki çıxışında Krımın ilhaqını Rusiya üçün faciə adlandırmışdı.
Bu gün Kremldə Ukraynanın Xerson, Zaporojye, Luqansk və Donetsk vilayətlərinin Rusiyaya birləşdirilməsi mərasimindən sonra Nemtsovun sözügedən çıxış sosial şəbəkələrdə trendə çevrilib.
Nemtsov demişdi: "Çoxları düşünür ki, Krımın anneksiyası Putinin reytinqini daha da artıracaq. Amma və lakin vaxt gələcək, Ukrayna böhranı Putin üçün son olacaq. Təəssüf ki, Putinin avantüralarına görə Rusiya dünyada tam təcridə məruz qalacaq. Rusiyaya tətbiq edilən sanksiyaların sayı belə unudulacaq. Rusiya dünyada hörmətsiz gücə çevriləcək, ruslar dünyada izolyasiyaya məruz qalacaq, qaçan qaçacaq, qalan ya öləcək, ya da həbs ediləcək. Mən qorxuram ki, bunun sonu nüvə müharibəsinə və böyük fəlakətə apara bilər. Buna görə Qərb indi Putini dayandırmalıdır. Sonra çox gec olacaq..."
Nemtsovun bu proqnozunun bu gün tamamilə özünü doğrultduğunu görürük.