İran İslam Respublikasının ruhani lideri Xamneyinin iqamətgahının sütunları Londondakı təxribatdan sonra Azərbaycanın dövlət bayrağının rənglərinə boyanıb.
DİA.AZ musavat.com-a istinadla xəbər verir ki, müşahidəçilər bunu Bakıya açıq dəstək jesti kimi qiymətləndirir. Görünən budur ki, "İngilis şiələri yaseristlər”in son təxribatı tərsinə nəticələr verməkdədir. Bu hadisə eyni zamanda Azərbaycanda şiə kəsimini təxribata çəkənlərə, hadisənin arxasında guya İranın olduğunu deyənlərə də bir cavabdır.
Baş verənlər göstərir ki, təxribatda İranın yox, müvafiq Qərb dairələrinin əli və məqsədi var.