“Rusiya hərbi bazalarının çıxarılması Ermənistana fəlakət gətirəcək”.
Teleqraf.com xəbər verir ki, bunu erməni hərbi ekspert Hayk Nahapetyan deyib.
“Rusiya rəsmilərinin son bəyanatlarına baxın, demək istəyirlər ki, Ermənistan 102-ci hərbi bazanı çıxarmaq qərarı versə, bu, nə qədər fəlakətli ola bilər. Nə fransız, nə də ingilis gəmiləri heç vaxt dağlara çıxmayıb. İndi 102-ci rus hərbi bazası çıxsa və türk qoşunları 1920-ci il dekabrın 2-də imzalanmış Gümrü müqaviləsi çərçivəsində Ermənistanın 10 000 kvadratkilometr ərazisində yerləşsə, necə olacaq? Fransız gəmiləri dağlara çıxmayacaq, ABŞ da elə. Yeri gəlmişkən, Suriyada ABŞ-ın kürdlərə də münasibəti eynidir. İndi biz də bunun astanasındayıq”, - ekspert bildirib.