Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Kahramanmaraş şəhərində baş verən və bir çox bölgəyə təsir edən zəlzələdən sonra açıqlama yayıb.

Oxu.Az xəbər verir ki, bu barədə dövlət başçısı “Twitter” hesabında yazıb.

“Kahramanmaraşda baş verən və ölkəmizin bir çox yerində hiss olunan zəlzələdən zərər çəkən bütün vətəndaşlarımıza keçmiş olsun deyirəm. AFAD-ın koordinasiyası ilə bütün müvafiq bölmələrimiz həyəcan vəziyyətindədir.

Axtarış-xilasetmə qruplarımız dərhal zəlzələdən zərər çəkmiş ərazilərə göndərilib. Daxili İşlər Nazirliyi və Səhiyyə Nazirliyi, AFAD, Valiliklər və digər bütün qurumlar sürətlə işə başlayıblar.

Zəlzələdən sonra başlayan işləri də koordinasiya edirik. Ümid edirik ki, birlikdə bu fəlakətdən ən qısa zamanda və ən az zərərlə çıxacağıq, fəaliyyətlərimizi davam etdiririk”, - Türkiyə lideri qeyd edib
Ardını oxu...
Rusiyaya qarşı yeni sanksiyalar 10 milyard avro məbləğində məhdudiyyətlər nəzərdə tutur.

Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Layen Kiyevdə Aİ-Ukrayna sammitinin yekunlarına dair mətbuat konfransında deyib.

Xatırladaq ki, Aİ-nin Rusiyaya qarşı 10-cu sanksiya paketi fevralın 24-nə qədər qəbul olunmalıdır.
TASS
 
Ardını oxu...
Dünyaca ünlü modelyer Pako Raban cümə günü Fransada vəfat edib.
"Medicina" xəbər verir ki, o, 89 yaşında ölüb.

Məlumatına görə, modelyer Fransanın qərbindəki Finistere departamentində dünyasını dəyişib.

Pako Raban populyar ətir və geyim brendinə öz adını vermişdi.
Ardını oxu...
Hər ikisi dünyanın ən zənginlərindəndir. Bill Qeytsin son açıqlaması milyarderlərin xərcləri və investisiya seçimlərindəki fərqlərə diqqət çəkib.

Teref.az BBC-yə istinadən xəbər verir ki, müsahibə verən Qeyts Marsa səyahətin baha başa gəldiyini və ona ayrılacaq vəsaiti peyvənd üçün istifadə edəcəyini bildirib.

Qeyts əlavə edib ki, “adambaşına 1000 dollar ödəməklə qızılca peyvəndi ala və insan həyatını xilas edə bilərik”.

Müsahibəsində süni intellektin bəşəriyyəti dəyişdirəcəyini müdafiə edən Qeyts, “Tibb və elmlə bağlı sualları araşdırmaq imkanı verəcək. Məhsuldarlığımızı artıracaq” deyib.

Covid-19 ortaya çıxanda haqqındakı sui-qəsd nəzəriyyələrinə təəccübləndiyini deyən 67 yaşlı iş adamı sözlərini belə davam etdirdi: “Pandemiya zamanı mən bunu qəsdən yaratdığım və ya başqalarını təqib etdiyim barədə milyonlarla mesaj aldım. Peyvənd işində iştirak etdiyim doğrudur, amma bunu insanların həyatını xilas etmək üçün etdim. Düşünürəm ki, bəziləri “bogeyman” axtarır. pərdə arxasında, həddindən artıq bəsit izahat var.”

Qeyts və keçmiş həyat yoldaşı Melinda 21 illik evlilikdən sonra 2021-ci ildə ayrılmaq qərarına gəldiklərini açıqlamışdılar. Milyarderdən yenidən sevgi tapa biləcəyini soruşduqda “Əlbəttə, mən robot deyiləm” deyib.
Ardını oxu...
"Rumıniya Azərbaycanın səmimi və əsl dostudur. Rumıniyanın mövqeyi hər zaman bəlli olub. Biz ölkələrin ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləmişik".

"Report" xəbər verir ki, bu barədə Rumıniya Prezidenti Klaus Yohannis Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatında
Rusiyanın Ukraynaya qarşı təcavüzünü və Qara dəniz hövzəsi regionundakı vəziyyəti Prezident İlham Əliyevlə müzakirə etdiklərini diqqətə çatdıran Klaus Yohannis deyib: “Belə bir mürəkkəb vəziyyətdə həmrəyliyin vacibliyini vurğuladıq və bu məsələlərdə Azərbaycanın da mövqeyini yüksək qiymətləndirdik”.

Rumıniya Prezidenti bildirib ki, regional əməkdaşlıq, mənbə və marşrutların şaxələndirilməsi Cənub Qaz Dəhlizi kimi layihələrin təməl prinsipinə əsaslanır.
 
Ardını oxu...
“Həm Cənub Qaz Dəhlizi və həm də gələcək yaşıl enerji ilə bağlı Qara dənizin altı ilə inşa ediləcək layihə Azərbaycanın bərpaolunan enerji mənbələrini Avropaya gətirəcək".

Bunu Rumıniya Prezidenti Klaus Yohannis Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatında deyib.

"Hər iki layihə Avropa İttifaqının rəhbərliyi tərəfindən ciddi şəkildə dəstəklənir. Bu məsələləri biz cənab Prezident Əliyevlə müzakirə etdik”, - deyə Rumıniya Prezidenti bildirib.
 
Ardını oxu...
"Tiflis Saakaşvili məsələsindən Qərb və Rusiya ilə bəzi məsələlərdə hansısa əlavə alver predmeti kimi istifadə edir”.

TEREF.AZ yazır ki, bunu Qaynarinfo-ya açıqlamasında jurnalist, ictimai əlaqələr sahəsi üzrə mütəxəssis Arif Əliyev Gürcüstan hökumətinin keçmiş Prezident Mixail Saakaşvilini hələ də həbsdə saxlamasına və ona işgəncələr verildiyi barədə məlumatlara münasibət bildirərkən deyib:

"Zelenskinin Saakaşvilinin taleyilə bağlı dediklərinin onun azad edilməsinə nə dərəcədə təsirinin olub-olmayacağını demək çətindir.Amma Zelenskinin davranışı iki səbəbdən təqdirəlayiqdir. Çünki Saakaşvili həm Ukrayna vətəndaşıdır. Eyni zamanda, Saakaşvilinin müraciəti olmuşdu. Sabiq Gürcüstan Prezidentilə bağlı gürcü hökumətinin davranışı bir çox ölkələrdə təəccüb doğuran davranışdır. Onun gürcü xalqının taleyi, Gürcüstanın hazırkı vəziyyətində böyük rolu olub. Bilyimizə görə, Gürcüstan cəmiyyətinin özündə də hökumətin Saakaşviliyə bu cür davranışından narazılıq kifayət qədər güclüdür”.

Həmsöhbətimiz bildirir ki, Qərbdə Saakaşviliyə münasibətdə indiki vəziyyətdə ehtiyatla davranır:

"İndi Qərbin diqqəti digər münaqişə və problemlərin həllinə yönəlib. Digər tərəfdən, Qərb Tiflislə arasında son zamanlar soyuqlaşan münasibətlərdə bu faktoru birbaşa səsləndirməsə də, ayrı-ayrı görüşlərdə bu məsələyə toxunub. Amma Tiflislə Qərb arasında başqa problemlər də mövcuddur. Onun nəticəsidir ki, Gürcüstanın Qərbə inteqrasiya məsələsi Ukrayna və Moldova ilə müqayisədə bir qədər arxaya atılıb. Bu fonda ola bilsin ki, Tiflis Saakaşvili məsələsindən Qərb və Rusiya ilə bəzi məsələlərdə hansısa əlavə alver predmeti kimi istifadə edir. Hazırda Tiflisin həm Rusiya, həm də Qərblə münasibətlərində yaranmış vəziyyət olduqca qarışıqdır”.

Saakaşvili ətrafında yaranan vəziyyət digər tərəfdən, Gürcüstan hökumətinə kənardan rəhbərlik edən İvanişvilinin düşmənçilik münasibətinin göstəricisidir:

"Baxmayaraq ki, Saakaşvili dinc və sivil yolla seçkilə hakimiyyəti təhvil verdi. Buna baxmayaraq, sonrakı mərhələdə onun hökumətlə mübarizəsi İvanişvili ilə çox kəskin münasibətlərə səbbə oldu. Yəqin ki, bu məsələdə qisasçılıq faktorunun da rolu vardır”.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Avstriya Prezidenti Aleksandr van der Bellenlə keçirdiyi mətbuat konfransında Gürcüstan hakimiyyətinin Mixail Saakaşviliyə açıq şəkildə işgəncələr verdiyi və onu öldürməyə cəhd etdiyini bildirib. Zelenski Ukrayna vətəndaşına ictimai şəkildə işgəncə verildiyini deyib:

"Mən Gürcüstanın keçmiş prezidentinin niyə həbs edildiyini, bunun Gürcüstan siyasəti üçün hansı nəticələrə gətirib çıxara biləcəyi sualını müzakirə etmirəm. Bu, onların daxili işidir. Mən bir nəfərin həbsindən danışıram. Hər gün ictimai işgəncələrə məruz qalan Ukrayna vətəndaşı Mixail Saakaşvilinin həbsindən danışıram. Düşünürəm ki, hökumət nümayəndələrinin məqsədi onu öldürməkdir”.
 
Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin yerli istehsalı olan ikinci "Togg” elektromobilinin Azərbaycanın dövlət başçısı İlham Əliyevə veriləcəyini açıqlayıb.

"Report” xəbər verir ki, Türkiyə lideri bu barədə TRT-nin efirində bildirib.

Ərdoğan bildirib ki, istehsal olunacaq ikinci elektromobili Azərbaycan Prezidenti İlham Əliyev istəyib: "Dərhal növbəyə İlham bəy (Prezident İlham Əliyev-red) keçdi. Əliyev ikincini mənə verin dedi".

Qeyd edək ki, kütləvi istehsaldan sonra ilk elektromobilin sahibinin Ərdoğan olduğu vurğulanır. Dövlət başçısı qeyd edib ki, həyat yoldaşı Əminə Ərdoğanla məsləhətləşdikdən sonra öz avtomobilinin rəngi ilə bağlı seçim qərarını Türkiyənin birinci xanımının öhdəsinə buraxıb.

Xatırladaq ki, Türkiyənin yerli avtomobili "Togg”un Gəmlikdəki zavodu ötən ilin 29 oktyabrında açılıb. Zavodun açılışı ilə yerli avtomobilin kütləvi istehsalı prosesi başlanıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xanımı Əminə Ərdoğanla birlikdə "Togg" elektromobilini sınaqdan keçirib. Dövlət başçısı "Gemlik" zavodunun işçiləri qarşısında çıxışı zamanı bildirib ki, il ərzində 175 min avtomobil istehsal olunacaq, 2030-cu ilə qədər istehsal 1 milyonu ötəcək.
 
Ardını oxu...
Qazaxıstanın Sənaye və Ticarət Nazirliyi ölkənin Rusiyadakı ticarət nümayəndəliyinin ləğvi ilə bağlı sənəd layihəsi hazırlayıb.

Sənəd ictimai müzakirəyə təqdim edilib. Onun müzakirəsi iki həftə davam edəcək.

Rusiya və Qazaxıstan 1992-ci ilin oktyabrında nümayəndəliklərin yaradılması haqqında saziş imzalayıblar. Sənəd 2012-ci ildə ratifikasiya olunub. Rusiyada Qazaxıstanın ticarət nümayəndəliyi 2009-cu ildə açılıb, Moskvada yerləşir, Kazanda da bölməsi var.

Mənbə: Kommersant
 

Dünyapress TV

Xəbər lenti