İsrail hökuməti Livanla dəniz sərhədlərinin demarkasiyasına dair razılaşmanı təsdiqləyib.
Bu barədə İsrailin Baş naziri Yair Lapid "Twitter"də bildirib.
"Hökumət səs çoxluğu ilə Livanla müqavilənin prinsiplərinin böyük əksəriyyətini təsdiqləyib", Baş nazir qeyd edib.
Xatırladaq ki, İsrail Livanla su sərhədlərinin müəyyən edilməsi üçün təklifləri məqbul sayır və indiyə kimi mübahisəli sayılan ərazilərdə Livanın da qaz çıxarmasına etiraz etmir.
İran İranda etirazlar qadınlar İranlı qadınlar İranda qadın haqları İranda başörtüyünə etirazlar İranda başörtüsünə etirazlar İranda hicaba etirazlar İranda 20 gündən çoxdur davam edən aksiyaların miqyası genişlənir və fərqli sosial təbəqələrdən olan etirazçılar nümayişlərə qoşulur.
Onlardan biri deyir ki, 2006-cı ildən bəri İran azərbaycanlılarının yaşadığı bölgələr ölkənin müxtəlif yerlərində olan kütləvi etirazlara qatılmayıb, amma bu dəfə qadın haqları ilə başlayan etirazlarda fəal iştirak edirlər.
İran azərbaycanlılarının yaşadığı Təbriz, Ərdəbil, Zəncan, Mərənd, Xiyav kimi şəhərlərdə vəziyyət necədir?
BBC bu suala cavab tapmaq üçün İran Azərbaycanından olan insan hüquqları müdafiəçiləri ilə söhbət edib.
Krım körpüsünün partladılması ilə bağlı başladılan cinayət işi üzrə Rusiyanın 5, Ukraynanın 3, Ermənistanın isə 1 vətəndaşı saxlanılıb.
DİA.AZ “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə əlaqələr mərkəzindən bildirilib.
Məlumatda partlayışın Ukrayna hərbi kəşfiyyatının başçısı Kiril Budanovun təşkil etdiyi iddia olunub və hadisənin törədilməsində 12 nəfərin iştirakı bildirilib.
Qeyd olunub ki, partlayışla bağlı istintintaq davam etdirilir. Bildirilib ki, partlayışı törədənlər, hadisənin törədilməsində iştirakçı olanlar, o cümlədən bu hadisə ilə əlaqəsi olan xarici ölkə vətəndaşları Rusiya qanunvericiyilinə uyğun olaraq məsuliyyətə cəlb olunacaq.
Mərkəzdən bildirilib ki, Krım körpüsünə partlayıcı Ukraynanın Odessa vilayətinə Bolqarıstan, Gürcüstan və Ermənistan vasitəsilə göndərilib.
Qeyd edək ki, oktyabrın 8-də Rusiyanın ilhaq etdiyi Krım yarımadası ilə Rusiyanı birləşdirən körpüdə partlayış törədilib. Hadisə nəticəsində 4 nəfər ölüb. Rusiya Prezidenti Vladimir Putin bunu “terror aktı” adlandırıb. Rəsmi Kiyev isə partlayışın törədilməsində əli olmadığını bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə axşamı ölkəsinin Belarusla sərhədində beynəlxalq müşahidəçilər missiyası yerləşdirməyi təklif edib və G7 ölkələrinin liderlərindən bu ideyanı dəstəkləmələrini istəyib.
“Ukrayna Belarusa qarşı hərbi tədbirlər planlaşdırmayıb və planlaşdırmır”, - deyə Zelenski çərşənbə axşamı G7 liderlərinin onlayn görüşünün iştirakçıları ilə videobağlantı vasitəsilə danışıb.
“Belarus Prezidenti Aleksandr Lukaşenkonun dilindən eşidilən iddiaları, hətta bizdən gələn hər hansı təhlükə ehtimalını belə aradan qaldırmaq üçün biz öz həllimizi təklif edirik. Təhlükəsizlik vəziyyətinin monitorinqi məqsədilə beynəlxalq müşahidəçilər missiyası iki ölkə sərhədində yerləşdirilə bilər. Formatı diplomatlarımız işləyə bilər. Sizdən “Böyük Yeddilik” səviyyəsində bizim təşəbbüsümüzü dəstəkləmənizi xahiş edirəm”, - deyə Zelenski bildirib.
Belarus Prezidenti Aleksandr Lukaşenko bazar ertəsi bəyan edib ki, bir gün əvvəl qeyri-rəsmi kanallar vasitəsilə Minskə Ukrayna ərazisindən Belarusa mümkün zərbə ilə bağlı xəbərdarlıq edilib. Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç isə çərşənbə axşamı vurğulayıb ki, Ukrayna tərəfi ölkədən qaçan belaruslu müxalifətçilərdən ibarət silahlı birləşmələrdən istifadə edərək respublikaya zərbələr endirməyə çalışır.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
"Paralel.az" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Vladimir Putin deyib ki, Rusiya həmişə bütün dövlətlərin dinc atomun faydalarından bərabər istifadə etməsini müdafiə edib: "Eyni zamanda, bizim mövqeyimiz ondan ibarətdir ki, hərbi nüvə texnologiyalarının yayılmasını məhdudlaşdırmaq üçün hər şey edilməlidir. Sürətli neytron reaktorunu ilk yaradan biz olduq. Bildiyiniz kimi, biz Rusiyada gəmiqayırma, nüvə hərəkəti sistemləri və ilk üzən atom elektrik stansiyalarını inkişaf etdiririk. Ümumiyyətlə, burada bir çox göstəricilərə görə Rusiya nüvə inkişafı sahəsində dünyada lider mövqe tutur".
Rusiya lideri bildirib ki, bu gün nüvə fəaliyyəti ilə bağlı hər şeyin həddindən artıq, təhlükəli siyasiləşdirilməsi elementləri var: "Lakin biz çox ümid edirik ki, Sizin səyləriniz sayəsində bu məsələ ilə bağlı bütün ritorikanı azalda, bu sahədə baş verən bütün təlatümlərə və mürəkkəb proseslərə baxmayaraq, fəaliyyətimizin və əməkdaşlığımızın bu sahəsini dünya səhnəsində normal vəziyyətə gətirə biləcəyik. izim üçün qarşılıqlı maraq doğuran, hətta kimisə narahat edən bütün məsələləri müzakirə etməkdən məmnun olarıq, məsələn, Zaporojye atom elektrik stansiyasının ətrafındakı vəziyyətlə bağlı hər şeyi. Hər halda biz bu dialoqa açığıq və sizi görməyə şadıq".
"Dəqiq mina xəritələrini tam şəkildə təhvil verməkdən imtina etməklə Ermənistan fundamental insan hüquqlarını, xüsusən də yaşamaq hüququnu kobud şəkildə pozur, eyni zamanda məcburi köçkünlərin Böyük Qayıdış prosesini ləngidir".
"Paralel.az" xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 73-cü sessiyasında çıxışında deyib.
F.Hüseynov bildirib ki, işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri görülür, irimiqyaslı infrastruktur layihələri həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərində “ağıllı kənd”, “ağıllı şəhər” layihələrinə üstünlük verilir, artıq 70-ə yaxın ailə Zəngilan rayonun Ağalı kəndində bu konsepsiya əsasında inşa olunmuş mənzillərində yaşayır. Bildirilib ki, məcburi köçkünlərin Böyük Qayıdışı Azərbaycanın 2030-cu ilədək əldə olunacaq sosial-iqtisadi inkişafının beş milli prioritetindən biri kimi müəyyən edilib.
Sessiyada Ermənistanın işğal altında saxlanılan Azərbaycan ərazilərini mina və digər partlamamış hərbi sursatlarla çirkləndirdiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, beynəlxalq ekspertlərin fikrincə, bu ərazi ən çox minalanmış ərazilərdən biri hesab olunur.
Məcburi köçkünlər üçün ədalətin bərpası regionda istənilən uzunmüddətli sülh və sabitlik üçün möhkəm təməldir və bu baxımdan, bu uzunmüddətli münaqişəyə son qoyulması məcburi köçkünlərin əsas fundamental hüquqlarının bərpası deməkdir. Beynəlxalq ictimaiyyətin birgə səyləri ilə Azərbaycanın yaxın bir neçə ildə münaqişədən sonrakı reabilitasiya və reinteqrasiya üçün yeni model təqdim etmək iqtidarında olacağı vurğulanıb.
Rusiya biznesmeni və Wagner özəl hərbi şirkətinin təsisçisi, “Putinin aşpazı” ləqəbi ilə tanınan Yevgeni Priqojin Rusiya Dövlət Dumasının deputatlarına onun hərbi birləşmələrinə bənzər qruplara rəhbərlik etməyi və ya “avtomat götürməyi” təklif edib.
Priqojinin bu barədə bəyanatı oktyabrın 11-də onun Konkord şirkətinin mətbuat xidməti tərəfindən dərc olunub.
Priqojin bildirir ki, hazırda “cəmiyyətin konsolidasiya edilməsi zəruridir”.
Onun sözlərinə görə, “illərdir tribunadan çıxış edənlərin nəsə bir iş görməsi” vacibdir:
“Hanı RFKP-nin (Rusiya Federasiyası Kommunist Partiyası-red) sıx birləşmiş kommunistləri, hanı Rusiya üçün can yandırdığını deyən və Jirinovskisiz təlxəkxanaya çevrilən LDP (Liberal Demokrat Partiyası-red)? Mən hələ bir vaxtlar axmaqlığımdam və onlardan əsl vətənpərvərlər yetişdirəcəyimi ümid etdiyimdən dəstəklədiyim Rodina partiyası haqqında danışmıram”.
Priqojin deyib ki, bu mənada istisna təşkil edənlər də var:
“Ölkənin həyatında iştirak edən yeganə şəxslər “Ədalətli Rusiya – Həqiqət naminə!” ittifaqının lideri Sergey Mironov və bu partiyanın həmsədri Zaxar Prilepin, bir də Federasiya Şurasının sədrinin birinci müavini Andrey Turçakın simasında “Vahid Rusiya” partiyasıdır”.
“Çərənçi cənablar” Bunun ardınca prezident Vladimir Putinin yaxın çevrəsinə daxil oliqarx deputalara belə müraciət edir:
“Buna görə də “çərənçi” cənabları bir yerə toplanmaq və Wagner tipli bölmələrə başçılıq etməyə çağırıram. Təşkilatçılıq qabiliyyəti olmayanlar isə avtomat və ya heç olmasa istehkamçı beli götürə bilərlər. Həqiqi fayda bunda olar. Vətənə həqiqi xidmət belə olar”.
Yevgeni Priqojin bundan əvvəl, Rusiyada qeyri-qanunu sayılan Wagner özəl hərbi şirkətinin təsusçisi olduğunu etiraf etmişdi.
Bu şirkət hərbi müəssisələrin rəsmi balansında və hüquqi şəxslərin reyestrində yoxdur, lakin onun muzdlu döyüşçüləri bir sıra jurnalist təthqiqatlarına görə Rusiyanın Suriyada apardığı quru əməliyyatlarında və Ukrayna müharibəsində iştirak edirlər.
BMT və Ukrayna Wagner özəl hərbi şirkətini hərbi cinayətlərdə ittiham edirlər.
“Ya zeklər, ya da uşaqlarınız” Wagner özəl hərbi şirkəti Ukrayna müharibəsində iştirak etmələri üçün səfərbərləri hətta məhkumların arasından seçir. Bu işlə Priqojinin şəxsən məşğul olduğu xəbər verilir.
O Rusiya boyunca həbsxanaları gəzərək məhkumlar arasında Ukrayna müharibəsində iştirakı təbliğ edir.
Sentyabrın 14-də yayılmış videoda Priqojin Yoşkar-Oladakı koloniyanın məhbuslarına muzdlu olmağı təklif edirdi.
Konkord şirkətinin mətbuat xidməti sonradan bu videonun həqiqliyini təsdiq etmişdi.
Şirkət rusiyalılara müraciətlə bildiridi ki, məhkumların müharibəyə göndərilməsi yaxşı fikirdir: “Ya özəl hərbi şirkət və zeklər, ya da sizin uşaqlarınız – özünüz seçin”.
"Nikol Paşinyan Praqadan qayıtdıqdan sonra dünən - oktyabrın 10-da Ermənistan Təhlükəsizlik Şurasının geniş tərkibdə ilk iclasını çağırdı. TŞ-nin əsas üzvlərindən başqa hökumət aparatından Arayik Arutyunyan, "Vətəndaş sazişi" fraksiyasının rəhbəri Ayk Konjoryan da dəvət olunub. Maraqlıdır ki, dünən Artsax prezidenti Arayik Arutyunyan rəsmi dairələrlə görüşmək üçün Ermənistana getdiyini bəyan etsə də, TŞ-nın iclasında görünməyib. Onlar bir gün sonra iclas çağıra bilərdilər ki, Artsax prezidenti də iştirak etsin. Bir il əvvəl Ermənistan Şurasının iclaslarında yalnız Artsax prezidenti deyil, həm də Artsax TŞ-nın katibi Vitali Balasanyan, bəzən başqa rəsmi şəxslər də iştirak edirdilər".
TEREF.AZ moderator.az-a istinadla xəbər verir ki, bunu "Hraparak" qəzeti yazır.
Ermənistan nəşrinin daha sonra yazdığına görə, əslində Paşinyan Əliyevi inandırmağa çalışır ki, Qarabağ mövzusu Ermənistan üçün qapalıdır. Mümkündür ki, bu, Əliyevin yalnız Qarabağa getməmək deyil, həm də separatçı rejim "rəsmi"lərini qəbul etməmək, birgə görüşlər keçirməmək barədə birbaşa tələbi ilə bağlıdır...
"Xəbərlər var ki, Paşinyan Artsax hökumətini devirməyə, Arutyunyanı istefaya məcbur etməyə çalışır ki, prezident seçmək mümkün olmasın, dövlət strukturları iflic vəziyyətinə düşsün, Artsax başsız bədənə çevrilsin. Təsadüfi deyil ki, ötən gün Xankəndində baş verən aksiyaların təşkilatçılarından biri də Ermənistan hakimiyyəti ilə əlaqələri olan Tiqran Petrosyan olub".
Xatırladaq ki, Praqa görüşlərindən sonra Xankəndində haykların əsasən Arayik Arutyuna qarşı yönəlmiş etiraz aksiyaları təşkil olunub.
“Rusiya tərəfindən ukraynalı uşaqların oğurlanması hərbi cinayətdir və xüsusi beynəlxalq tribunalda mühakimə edilməlidir”.
Bu barədə uşaq hüquqları üzrə polşalı spiker Nikolay Pavlyak “Polşa radiosu 24” radiosunun efirində bildirib.
Spikerin sözlərinə görə, beynəlxalq tribunal Rusiyanı ukraynalı uşaqların oğurlanmasına görə mühakimə etməlidir. Qaçırılan ukraynalı uşaqların çoxu Rusiya ailələri tərəfindən götürülür. O, bu yolla Rusiyanın beynəlxalq konvensiyaları pozduğunu qeyd edib.
“Bu, cinayətdir, müharibə cinayətlərindən biridir. Bu barədə yüksək səslə çatdırmaq lazımdır. Təkcə qətl və işgəncələr deyil, gənc nəslin seçilməsi də müharibə cinayətidir. Bunu unutmaq olmaz və Rusiya buna görə mühakimə olunmalıdır. Bunun üçün də həmçinin tribunallar yaradılmalıdır, çünki bu, əsas hüquqların pozulmasıdır, bir xalqın tərbiyəsini digərinə təlqin etməkdir”, - deyə Pavlyak vurğulayıb.
O bildirib ki, bu vəziyyət ona II Dünya müharibəsini xatırladıb. O zaman Lodzda Üçüncü Reyxin və Ümumi Hökumətin tərkibində olan ölkələrdəki uşaq evlərinin uşaqları üçün alman düşərgəsi yaradılmışdı. Mənbə: Unn.com.ua