Yeni kəşf edilən planetdə həyat var? –
İlk dəfə olaraq Günəş sistemindən kənarda yerləşən planetdə karbon qazı (CO2) aşkar edilib.

Teleqraf.com xəbər verir ki, kabon qazı 700 işıq ili uzaqlıqda Saturn böyüklüyündə olan bir planetin atmosferində müəyyən olunub.

ABŞ-ın Milli Kosmos Agentliyinin (NASA) “Ceyms Uebb” teleskopu tərəfindən edilən kəşf planetin necə əmələ gəldiyinə dair ipucları da verir. Nəticə həm də “Uebb”in planetin həyat üçün potensial imkanlarını göstərə bilən metan və ammonyak kimi bir sıra digər qazları nə qədər tez müəyyən edə bildiyini də göstərir.

Astronomlar yeni teleskopla ilk ekzoplanet müşahidələri üçün ulduzunun Merkuridən daha dar orbitində hər 4 gündə bir dövr edən isti qaz nəhəngi WASP-39b-ni seçiblər. Uzun müddətdir bu planeti tədqiq edən komanda teleskopdan ilk məlumatları iyulun 10-da alıb. Məlumatlar tədqiq edildikdə, planetdə karbon qazının olduğu anlaşılıb.

b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-08_1661574025_2.jpg

Tədqiqat üçün “Ceyms Uebb”in infraqırmızı spektroqrafından (NIRSpec) istifadə edərək, komanda 4.1-4.6 mikron dalğa uzunluğu arasında spektrdə karbon qazına uyğun gələn bir qabarıqlıq aşkar edib. “Uebb”in yeni müşahidələri bir ekzoplanet üçün indiyə qədər ölçülən 3-5.5 mikron arasındakı rənglər üçün xas olan parlaqlıqlardakı ən kiçik fərqləri tuta bilir.

Qaz buluduna görə WASP-39b planetində Yer kürəsindəkinə bənzər həyat formasının olmadığı düşünülür. Yenə də elm adamları başqa bir planetin atmosferində CO2 kəşfinin yerdənkənar həyatın kimyəvi bioizləyicilərini tapmaq yolunda mühüm addım olduğunu düşünürlər.

“Ceyms Uebb” daha kiçik, məsələn, Neptun boyda və potensial olaraq Yerə bənzər ölçüdə olan torpaqlı planetlərdə daha çox qaz aşkar edəcəyini vəd edir, amma texniki cəhətdən həyatın olub-olmadığını təsdiqləmək hələlik mümkün deyil.
 

Dünyapress TV

Xəbər lenti