Mask süni intellekti müzakirə etmək üçün gizli şəkildə Ağ Evə səfər edib
“SpaceX” və “Tesla”nın qurucusu, milyarder İlon Mask 2023-cü ildə rəsmilərlə süni intellekt məsələlərini müzakirə etmək üçün gizli şəkildə Ağ Evə səfər edib.

“Report” xəbər verir ki, bu barədə “NBC News” ziyarətçi qeydlərinə istinadən məlumat yayıb.


Qeyd edilib ki, Mask sentyabrın 13-də Ağ Evdə olub.

ABŞ hökuməti telekanala məlumatı təsdiqləyib. Vurğulanıb ki, bu, Maskın ABŞ prezidenti Cozef Baydenin administrasiyası zamanı Ağ Evə yeganə səfəri olub, sahibkar ABŞ-ın dövlət liderilə görüşməyib.

Xatırladaq ki, milyarder Barak Obama və Donald Trampın prezidentlikləri dövründə bir neçə dəfə Ağ Evə səfər edib.
 

Dünyapress TV

Xəbər lenti