Dağıstanda maska rejiminin qaytarılması tövsiyə olunubYaradılıb 13.08.2022 08:26 | Baxış sayı: 141Rusiya Federasiyasının Dağıstan Respublikasında ictimai yerlərdə maska rejiminə qayıtmaq tövsiyə edilib.Bu barədə regional hökumətin mətbuat xidməti məlumat yayıb.“Dağıstandakı operativ qərargah insanların sıx olduğu yerlərdə maska rejiminin tətbiqini tövsiyə edib”, - deyə məlumatda bildirilir.Qeyd edək ki, bundan əvvəl Primorsk vilayətinin hakimiyyəti maska rejimini qismən qaytarmaq qərarına gəlib.Mənbə: RT Facebook-da paylaş