Qanunsuz fəaliyyət göstərən “KAPRADO” dondurma sexi işçilərin MAAŞLARINI VERMİR - NARAZILIQ VAR...
İstehsal müəssisəi Məhəmmədi kəndində yerləşən “Kapra” MMC-yə məxsus “Kaprado” əmtəə nişanlı müxtəlif çeşidli dondurma məhsullarını satıça çıxaran müəssisədə indi də işçilərin əməkhaqqısı vaxtlı-vaxtında və yaxud da ümumiyyətlə, ödənmir. "DİA-AZ" xəbər verir ki, bu barədə artıq Dövlət Əmək Müfəttişliyinə şikayətə hazırlaşan işçilər iddia edir ki, dondurma sexinin fəaliyyəti də qanunsuzdur.

Onlar iddia edir ki, Qida Təhlükəsizliyi Agentliyi "Kaprado" dondurmalarının satışını qadağan edib. Buna səbəbsə həmin dondurmaların tərkibində müayinələr nəticəsində “Enterobacteriaceae” bakteriyasının normadan yüksək olması faktıdır.

Amma buna baxmayaraq "Kaprado"nun istehsalı nəinki davam edir, hətta işçilərin maaşları belə ödənmir.

Məsələ diqqətimizdədir...
 
 
 

Dünyapress TV

Xəbər lenti