Tədqiqat: Alkoqol istehlakı erkən ölümlə əlaqələndirilir
İstənilən miqdarda alkoqol qəbul etmək müxtəlif növ xərçəng, qaraciyər xəstəliyi və insult da daxil olmaqla, vaxtından əvvəl ölümün müxtəlif səbəbləri riskini əhəmiyyətli dərəcədə artırır.
Alimlər müəyyən ediblər ki, erkən ölüm hallarının ən aşağı faizi həyatı boyu alkoqoldan imtina edənlər arasında olub. Xarici kivlərin məlumatına görə, son illərdə "çox az miqdarda alkoqol"un faydaları ilə bağlı araşdırmalar xüsusilə populyarlaşıb.
Təkcə 2021-ci ildə bununla bağlı 60-a yaxın oxşar elmi məqalə elan edilib. Məlum olub ki, onların hamısı ya birbaşa alkoqol sənayesi tərəfindən maliyyələşdirilib, ya da alkoqol sənayesi ilə əlaqəsi olan tədqiqatçılar tərəfindən yazılıb.
Məsələn, bir neçə il əvvəl Sietldəkı Vaşinqton Universiteti alkoqolun 40 yaşdan yuxarı insanlar üçün faydalı ola biləcəyini söyləyib. Bu tədqiqatın nəticələrinə görə, gündə bir stəkan qırmızı şərab potensial olaraq ürək xəstəliyi, insult və diabet riskini azaldır.
Bununla belə, bütün əvvəlki araşdırmaların təhlilinə əsaslanan hazırkı araşdırma alkoqolun sağlamlıq üçün hər hansı faydasını təkzib edir. Problem ondadır ki, keçmiş tədqiqatlar ciddi metodoloji qüsurları nəzərdən qaçırıblar. Əsas problemlərdən biri o idi ki, içki içməyən qruplar arasında ölüm riski çox vaxt yüksək qiymətləndirilmişdi, çünki bura sağlamlıq səbəbi ilə içməyi dayandıran xeyli sayda alkoqolik daxil idi. İnsanların bu faizini "kəssəniz", məlumatlar kəskin şəkildə dəyişir.
Son təhlillər müəyyən edib ki, istənilən miqdarda alkoqol qəbul etmək müxtəlif növ xərçəng, qaraciyər xəstəliyi və insult da daxil olmaqla, vaxtından əvvəl ölümün müxtəlif səbəbləri riskini əhəmiyyətli dərəcədə artırır. Müvafiq olaraq, alkoqol istehlakı (hətta "lap azacıq miqdarda") birbaşa sağlamlıq nəticələri və vaxtından əvvəl ölüm riski ilə bağlıdır.
Bundan əvvəl bal arısının zəhərinin xərçəng hüceyrələrini məhv etdiyi barədə məlumat verilmişdi.
 

Dünyapress TV

Xəbər lenti