“Avropa İttifaqının Ermənistana missiya göndərməsi ideyası daha çox bu ölkənin müttəfiqi olan Fransanın dəstəyilə reallaşdırılır”.
Bunu Baku TV-yə açıqlamasında rusiyalı politoloq Sergey Markov bildirib.
O, vurğulayıb ki, Azərbaycanın razılığı olmadan bölgəyə dəvət edilən bu missiya yalnız Ermənistanın ərazisində fəaliyyət göstərəcək.
“Bu missiyanın Qarabağa səfəri barədə söhbət belə gedə bilməz. Bunun üçün Azərbaycanın razılığı olmalıdır. Azərbaycanın razılığını qazanmaq üçün isə Aİ daha balanslaşdırılmış bəyanatlar verməli və daha neytral mövqe tutmalıdır”, - deyə Markov qeyd edib.