Vardanyan Xankəndini nə vaxt tərk edəcək?
Rusiya vətəndaşlığından nümayişkaranə surətdə məhrum edilmiş erməni milyonçu Ruben Vardanyan bir sıra yeni açıqlamalar verib ki, bunları şərh etməmək sadəcə olaraq mümkün deyil. Onlar çox gülüncdür. Ruben Karlenoviçin dəhşətli illüziyaların əsirliyində olduğu ağrılı şəkildə aydındır. Özü də reallıqdan təcrid olunmuş halda yaşasa, yaxşı olardı. Amma, yox, o, hamını bu işə batırır.

“Bütün normal dövlətlərin və cəmiyyətlərin liderləri Laçın dəhlizində yolu açmalıdırlar”, - deyə o, “Artsax: blokada ayı” adlı Xankəndi-İrəvan telekörpüsü zamanı bildirib. Tədbirin adı, eləcə də formatı Vardanyan və onun kuratorlarının mövcud reallıqlardan çıxış etmək istəmədiklərindən xəbər verir.

O, hansı qondarma “Artsax”dan danışır ki, Ermənistan Praqada keçirilən dördtərəfli görüşdən sonra Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Xankəndinin bir hissəsi olduğu, Vardanyanın qanunsuz məskunlaşdığı Qarabağ iqtisadi rayonunu tanıyıb?! Xankəndi-İrəvan telekörpüsü isə ağrılı şəkildə qrossmeyster Benderin vəd etdiyi, lakin heç vaxt Yeni Vasyukidə baş tutmayan planetlərarası şahmat konqresinə bənzəyir.

Vardanyanın səsləndirdiyi təklif daha gülməli idi. Göründüyü kimi, o, dövlətləri "normal" və "anormal" olaraq ayıraraq tramvay kobudluğuna yol verir. O, bu seçim üçün kriteriyaların adını çəkməyib. Ancaq xatırlatmaq istəyirəm ki, Paşinyanın fikrincə, Ermənistan öz təhlükəsizliyini təkbaşına təmin edə bilməz və Rusiya İrəvanın təhlükəsizliyinin təminatçısıdır.

Bu, Ermənistanın sadəcə olaraq müstəqil xarici siyasət yürüdə bilməyəcəyi barədə bəyanat idi. Çünki Ermənistan Respublikasının təhlükəsizliyinin qarantı olan Rusiya rəsmi İrəvanı, Moskvaya sərf etməyən bir şey haqqında fikirləşsələr, həmişə onları ayıltmaq üçün mexanizmlərə sahibdir.

Eyni zamanda, sual belə yaranır: bəs Ermənistan necə, “normal” dövlətdirmi? Cavab bəllidir.

Yeri gəlmişkən, "normallıq" və "anormallıq" haqqında. Vardanyanın nə qədər asan və sadə şəkildə inkar etdiyinə diqqət yetirmək məntiqlidir. "Blokada 100% deyil" dedi. “Bizim də öz həyat yolumuz var ki, bu da bəzi dərman və ərzaq gətirməyə imkan verir”, - deyə bildirdi.

Hansı yoldur və haradan keçdiyini dəqiqləşdirməyib. Amma deyilənlər belə Xankəndidən səslənən yalanların nə qədər gülünc olduğunu başa düşməyə kifayət edirdi.

Üstəlik, onun tərəfindən deyilənlər insanda güclü təəssürat yaradır ki, böyük siyasətlə məşğul olmağa qərar verən bu personaj sadəcə olaraq öz yalanlarının selində boğulur. Eyni zamanda, bu, ən böyük siyasətin əsaslarını tam səhv başa düşməyi nümayiş etdirir. Belə olmasaydı, Laçın dəhlizinin açılması məsələsi ilə bağlı nə bilim, kimə müraciət edib, boş-boş danışmağa başlamazdı.

Rusiya sülhməramlılarının himayəsində olan onun özü də bilməyə bilməz ki, bu yolu bağlayan onlardır. Və onlar hələ də əngəl törədir, azərbaycanlı ekoloqların Qarabağ separatçıları tərəfindən talan edilmiş Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına daxil olmasına mane olurlar. Vardanyan isə artıq rusların bizim torpaqlarda uzun müddət qalmaq arzusunda olduğunu gizlətmir.

“Sülhməramlılar burada qalmalı və onilliklər boyu qalaraq regionda təhlükəsizliyi təmin etməlidirlər”, - deyən Vardanyanın səfehliyini anlamaq üçün 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı oxumaq kifayətdir. "Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti, əgər tərəflərdən heç biri bu müddəanın tətbiqini dayandırmaq niyyətinin bitməsinə 6 ay qalmış bəyan etməzsə, avtomatik olaraq növbəti 5 illik dövrlərə uzadılmaqla 5 ildir", - deyə bəyanatda vurğulanır.

Azərbaycan dəfələrlə bildirib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirilmə zonasında qalma müddətini uzatmaq niyyətində deyil. Bu, üçtərəfli bəyanatın bu bəndini həyata keçirmək üçün kifayətdir. Sadəcə olaraq, 2025-ci ilin aprelində Azərbaycan bu barədə Rusiya və Ermənistana rəsmi məlumat verəcək. Bundan sonra, 2025-ci ilin noyabrında bizim torpaqlarımızda Rusiya sülhməramlıları olmayacaq.

Və bununla bağlı yalnız bir sual yaranır: Vardanyan 2025-ci ilin noyabrına qədər Xankəndini tərk edəcək, yoxsa daha da təxribatlar təşkil etməyə çalışacaq? Şəxsən mən hesab edirəm ki, bu layihə daha əvvəl sabun köpüyü kimi partlayacaq.
 //AYNA//

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
22 Noyabr 2024 Haaqada İrəvana təzminat davası: söhbət 100 milyardlardan gedir - Hələ GEC QALMIŞIQ...
21 Noyabr 2024 1 003 Xocalı əsirini ermənilərdən xilas edən Allahverdi Bağırovun ailəsi DANIŞDI VİDEO
20 Noyabr 2024 Azadlıq günün mübarək, Ağdam
19 Noyabr 2024 Qədim tarixi yurd yerimiz Kəlbəcər
19 Noyabr 2024 Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
16 Noyabr 2024 Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
15 Noyabr 2024 Problemlərin həlli Azərbaycan və Ermənistana prespektiv və sülh vəd edir -ŞƏRH
14 Noyabr 2024 Kimin qələbə qazanacağının fərqi yoxdur, önəmli olan qısa müddətdə Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək dəmir və quru yolun çəkilməsidir.
12 Noyabr 2024 “Son 4 il ərzində 382 nəfər Ermənistanın hərbi işğalı dövründə basdırdığı minaların qurbanı olub”
11 Noyabr 2024 Azərbaycanla Ermənistanın şərti sərhədindən YENİ GÖRÜNTÜLƏR
09 Noyabr 2024 Zəfər Günü münasibətilə Xankəndidə atəşfəşanlıq - VİDEO
08 Noyabr 2024 ​8 noyabr - Azərbaycan xalqının Zəfər Günüdür
07 Noyabr 2024 Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hazırda təqribən 30 min nəfər yaşayır – TƏHLİL
06 Noyabr 2024 Bakı elə bir təzminat tələb edir ki, uduzsaq… – Erməni medası
05 Noyabr 2024 İki cəbhədə bütöv Zəfər - nə separatçılar var, nə sülhməramlılar...
05 Noyabr 2024 Dünyaya səs salan Xankəndidəki Zəfər paradı
02 Noyabr 2024 Ermənilərin Okamposu onları ifşa etdi - Ermənistan işğalçıdır
02 Noyabr 2024 Sərhəddə gərginlik: Müharibə istəyən qüvvələr... - Seyidov detalları açıqladı
01 Noyabr 2024 “Qarabağ sensasiyası” davam edir: muzdlular, kimyəvi silahlar və ipəkqurdu tırtılları - Nebenzidən Aşota qədər heyrətamiz nağıl

Dünyapress TV

Xəbər lenti