Azərbaycan Prezidenti İlham Əliyevin son müsahibəsindəki mesajlar göz qabağındadır. Görünür, onun çıxışı Nikol Paşinyan rejiminə son xəbərdarlıq olacaq. Bu, təhdid deyil, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci ildə Üçtərəfli Bəyanat imzalamasından sonra keçən müddət ərzində yekun nəticədir. Əliyev diqqətə çatdırdı ki, Ermənistan bu müddət ərzində üzərinə götürdüyü öhdəliklərin əksəriyyətini yerinə yetirmədi və sülh müqaviləsinin imzalanması prossesi bir addım belə irəli getmədi.
Bu fikirləri Cənubi Qafqaz ölkələrinin Strateji Araşdırmalar Mərkəzinin direktoru Yevgeni Mixaylov səsləndirib.
“Əsas nəticə ondan ibarətdir ki, regionda yalnız Azərbaycan və Rusiya sülh istəyir. Xüsusilə Rusiyanın xüsusi hərbi əməliyyat keçirdiyi bir vaxtda Kremlə yeni bir münaqişə lazım deyil. Artıq əminliklə demək olar ki, 2023-cü il Azərbaycan Qarabağın qalan hissəsini, Xankəndi də daxil olmaqla, öz nəzarətinə qaytaracağı il ola bilər. Ermənistan ardıcıl olaraq Azərbaycan və Rusiya ilə bağlı təxribatlar törədir. İrəvan bizim sülhməramlılarımızdan razı deyil. Bu baxımdan Fransanın Qarabağa missiyasının yeridilməsi ilə bağlı çağırışları da təsadüfi deyil”, - deyə o qeyd edib. //Axar.az//