Ermənilərin ötən il Laçın yolu ilə qeyri-qanuni gətirilən materiallardan istifadə edərək Qarabağda tikdiyi üç hərbi obyektin görüntüsü sosial şəbəkələrdə yayılıb.
Bu, adıçəkilən yolun müstəsna olaraq humanitar məqsədlərlə istifadəsini nəzərdə tutan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq ermənilərin Laçın yolundan hərbi məqsədlərlə istifadə etdiklərinin daha bir əyani sübutudur.
Azərbaycan tərəfinin Qarabağ ermənilərinin sərbəst hərəkəti üçün maneənin olmadığına dair bəyanatına və Azərbaycanın zərurət olduqda onlara köməklik göstərmək niyyətinə baxmayaraq, özlərini Qarabağ ermənilərinin liderləri olaraq təqdim edən şəxslər yerli əhalinin Laçın yolundan istifadəsinə əngəl törədir.