Qarabağla bağlı məkrli ssenarilər və ya Parislə Moskvanın “sülhyaratma” missiyası
İlham İsmayıl: ““Status” məsələsini ortaya atacaqlar, muxtariyyətdən danışacaqlar, Kosovo variantından söz açacaqlar”

44 günlük Vətən müharibəsindəki qələbədən sonra xarici güclər tərəfindən Azərbaycana zaman-zaman təzyiqlər göstərilib. Son aylarda isə bu təzyiqlərin elementləri daha da çoxalmaqdadır. Bu günlərdə Fransa Senatı Azərbaycana sanksiyalar tələb edən qətnaməni yekdil səs çoxluğu ilə qəbul etdi. Bununla yanaşı, fransa Prezidenti ölkəmiz əleyhinə bəyanatlar səsləndirməkdədir.

Rusiya isə Qarabağda sülhməramlı adı altında yerləşdirdiyi hərbi kontingentinin uzun müddət bölgədə qalması üçün bir çox planlar həyata keçirməkdədir. İstər Qarabağdakı erməni separatçılarına hərbi dəstək olsun, istər siyasi dəstək – Rusiya əlindən gələni əsirgəmir. Azərbaycan bu cür təzyiqlərə diplomatik formada cavab verir, amma ekspertlər bunu yetərli saymırlar.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl AYNA-ya deyib ki, ümumiyyətlə, 13-14 sentyabr əməliyyatlarından sonra ermənilərin dünyadakı təbliğat maşınları elə işlədi ki, Azərbaycan beynəlxalq təzyiq hədəfinə çevrildi.

Onun sözlərinə görə, ermənilərin anti-Azərbaycan təbliğatına dəstək verən qüvvələr, xüsusən də Fransa canfəşanlığını əskik etmədi və etmir: “Guya biz Ermənistan ərazisinə keçmişik, Ermənistan ərazisini “işğal” etmişik və s. Fransa Senatının qəbul etdiyi qətnamədə də bizi “işğalda” ittiham edirlər. Azərbaycanı “aqressor”, “təcavüzkar” kimi təqdim etməklə həm ermənilərin maraqlarına xidmət edirlər, həm də öz maraqlarını təmin etməyə çalışırlar. Söhbət Fransanın bölgəyə gəlmək maraqlarından gedir”.

“Hesab edirəm ki, Senatın qətnaməsi ilə iş bitmədi. Azərbaycana xarici təzyiqlər artacaq. Bu baxımdan, düşünürəm ki, bizə qarşı olan beynəlxalq güclərə, xüsusən də Fransaya kəskin cavablar verilmədlidir. Təkcə Xarici İşlər Nazirliyi səviyyəsində yox, bir çox məsələlərdə Fransa hədəfimizdə olmalıdır. Fransa bilməlidir ki, belə qətnamələr, Azərbaycana qarşı sanksiyalar heç vaxt sülhə xidmət edə bilməz. Belə addımlar əksinə, qızışdırıcılıq rolunu oynayır və əldə olunmuş hansısa xırda razılaşma belə heç olur. Sülhün olmaması isə birinci növbədə Ermənistanın ziyanınadır. Ermənilər də bunu anlamalıdırlar, Fransadan anti-Azərbaycan qətnamələri yox, sülhə doğru real addımlar atılmasını istəməlidirlər. Rəsmi Parisin diqqətinə çatdırılmalıdır ki, Fransa sülh yox, düşmənçilik yaratmaqla məşğuldur”, - deyə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin ehtiyatda olan polkovniki vurğulayıb.

İ.İsmayılın qənaətincə, ikinci təzyiq dalğası Rusiyadandır: “Necə ki, onlar da Fransanın atdığı addımlara bənzər addımlar atırlar. Düzdür, hansısa qətnəmə qəbul etmirlər, amma Qarabağda sülhməramlı adı altında yerləşdirdikləri hərbi kontingent təxribatlarla məşğuldur. Guya ki, onlar atəşkəsi qoruyurlar, amma son günlər atəş səslərinin sayı artır, separatçılar mövqelərimizə atəş açırlar.

Sülhlə bağlı isə bir qarış da xidmətləri yoxdur. Bunu müşahidə edən separatçı ünsürlər, revanşistlər, İrəvan hökuməti dirçəldiklərini göstərən bəyanatlar verirlər. Məsələn, Seyran Ohanyan parlamentdəki çıxışında dedi ki, “biz dişimizi göstərməliyik”. İki il bundan qabaq, müharibə dövründə və müharibədən sonra bunların səsləri çıxmırdı. İndi bunlar hamısı Azərbaycanı hədəfə aldıqlarını bildirirlər. Paşinyanın özü kəskin çıxış edir, Azərbaycanı “soyqırımı”da ittiham edir. Bunlar hamısı Rusiyanın dəstəyinin nəticələridir”.

“Yenə deyirəm, bu hay-harayın hamısı bir xətdən – Rusiyadan gəlir. Kremldən göstəriş gəlib ki, “soyqırımı” ifadəsindən istifadə edin. Onsuz da ermənilər yüz illərdir “əzabkeş” obrazına bürünüblər. Rusiya bununla məqsədinə nail olmağa çalışır”, - deyə ekspert vurğulayıb.

“2025-ci ildə sülhməramlıların qalma müddəti bitir. Azərbaycan rəhbərliyi dolayısı ilə mesajlar verir ki, kontingent çıxmalıdır. Rusiya kontingenti çıxarmağa razılaşacaq? Mən buna inanmıram, buna inanmaq sadəlövhlük olar”, - İ.İsmayıl əlavə edib.

Ekspertin sözlərinə görə, Rusiyanın Qarabağla bağlı bir çox ssenarisi var: “Onlardan biri də sülhməramlıların orda qalması üçün “soyqırımı” yalanlarından istifadə etməkdir. Sabah BMT-yə müraciət edəcək ki, “Azərbaycan aqressordur, 100 min ermənini qıra bilər, (hansı ki, 100 min yox, 20 min erməni var, ya yoxdur) biz olmasaq, Qarabağ erməniləri soyqırımına məruz qalacaqlar” və s. maksimum çalışacaqlar ki, bizim elə bir obrazımızı yaratsınlar ki, hətta Rusiyanın düşməni olan digər qlobal güclər də onunla bu məsələdə razılaşacaqlar. Bununla da BMT-dən mandat almağa çalışacaq. BMT də belə qərar verəcək ki, o zaman ABŞ və Fransadan da sülhməramlı missiya olsun. Beləcə, bütün qlobal məsələlərdə bir-birinə zidd olan, amma Qarabağ məsələsində bir-birini dəstəkləyən qüvvələr bölgədə yerləşəcəklər. Bundan sonra “status” məsələsini ortaya atacaqlar, muxtariyyətdən danışacaqlar, Kosovo variantından söz açacaqlar”.

“Düşünürəm ki, Azərbaycan incə, amma yeri gələndə sərt siyasəti ilə, addımları ilə bu oyunların qarşısını almalıdır. Ölkəmizə qarşı təzyiqlərə adekvat, bir qədər də sərt cavab verilməlidir”, - İ.İsmayıl fikrini tamamlayıb.

Müəllif: Anar Bayramoğlu
 

Bölmənin digər xəbərləri

24 Noyabr 2024 Laçındakı zəlzələnin görüntüləri – VİDEO
23 Noyabr 2024 Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
22 Noyabr 2024 Haaqada İrəvana təzminat davası: söhbət 100 milyardlardan gedir - Hələ GEC QALMIŞIQ...
21 Noyabr 2024 1 003 Xocalı əsirini ermənilərdən xilas edən Allahverdi Bağırovun ailəsi DANIŞDI VİDEO
20 Noyabr 2024 Azadlıq günün mübarək, Ağdam
19 Noyabr 2024 Qədim tarixi yurd yerimiz Kəlbəcər
19 Noyabr 2024 Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
16 Noyabr 2024 Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
15 Noyabr 2024 Problemlərin həlli Azərbaycan və Ermənistana prespektiv və sülh vəd edir -ŞƏRH
14 Noyabr 2024 Kimin qələbə qazanacağının fərqi yoxdur, önəmli olan qısa müddətdə Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək dəmir və quru yolun çəkilməsidir.
12 Noyabr 2024 “Son 4 il ərzində 382 nəfər Ermənistanın hərbi işğalı dövründə basdırdığı minaların qurbanı olub”
11 Noyabr 2024 Azərbaycanla Ermənistanın şərti sərhədindən YENİ GÖRÜNTÜLƏR
09 Noyabr 2024 Zəfər Günü münasibətilə Xankəndidə atəşfəşanlıq - VİDEO
08 Noyabr 2024 ​8 noyabr - Azərbaycan xalqının Zəfər Günüdür
07 Noyabr 2024 Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hazırda təqribən 30 min nəfər yaşayır – TƏHLİL
06 Noyabr 2024 Bakı elə bir təzminat tələb edir ki, uduzsaq… – Erməni medası
05 Noyabr 2024 İki cəbhədə bütöv Zəfər - nə separatçılar var, nə sülhməramlılar...
05 Noyabr 2024 Dünyaya səs salan Xankəndidəki Zəfər paradı
02 Noyabr 2024 Ermənilərin Okamposu onları ifşa etdi - Ermənistan işğalçıdır
02 Noyabr 2024 Sərhəddə gərginlik: Müharibə istəyən qüvvələr... - Seyidov detalları açıqladı

Dünyapress TV

Xəbər lenti