“Paşinyanın qaçmaq şansı yoxdur, çünki…” -
“Azərbaycan və Ermənistan arasında rəsmi İrəvanı narahat edən ən mühüm məsələlər üzrə ortaq mövqeləri müəyyənləşdirmək mümkün olmayıb”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyada səfərdə olarkən Vladivostokdakı erməni icmasının nümayəndələri ilə görüşündə deyib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycanın mövqelərinin üst-üstə düşmür:

“Söhbət Qarabağ problemindən gedir. Azərbaycanın mövqeyi nədir? Onlar hesab edirlər ki, Qarabağ problemi həll olunub və artıq müzakirə olunacaq bir şey yoxdur. Bizim mövqeyimiz Azərbaycanın mövqeyi ilə üst-üstə düşmür”.

Qeyd edək ki, Paşinyanın bir-birilə ziddiyət təşkil edən açıqlamaları diqqət çəkir.

O, Brüssel görüşündən sonra ölkəsinə qayıdanda Azərbaycan və Ermənistan arasında ilin sonuna qədər sülh müqaviləsinin imzalanacağını açıqlamışdı. Amma həmin Paşinyan Rusiyaya səfər etdikdə görüşlə bağlı danışarkən mövqelərin üst-üstə düşmədiyini bəyan edir. Düzdür, onun belə fərqli fikirlər səsləndirməsi ilk hal deyil və görünən odur ki, son da olmayacaq. Amma maraqlı məqam odur ki, Paşinyan nə üçün hər dəfə fərqli bəyanatlar səsləndirir?

Əslində onun bir-biri ilə əlaqəsi olmayan açıqlamalarındakı əsas məqsədi nədir? DİA.AZ-ın məlumatına görə, AMEA Qafqazşünaslıq İnstitunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə Cebhe.info-ya bildirib ki, Nikol Paşinyanın sülh müqaviləsinin imzalanması ilə bağlı açıqlamaları heç də təsadüfi deyil:

“Belə açıqlamalarda yayındırıcı cümlələrin istifadə olunması erməni siyasətçilərinin ənənəvi xarakterik xüsusiyyətidir. Azərbaycan ilə Ermənistan arasında hələ müharibədən əvvəlki dövrdə uzun illər ərzində aparılan danışıqlarda erməni siyasətçilərinin xarakterinin bu xüsusiyyətini dəfələrlə müşahidə etmişik. Tərəflər arasında danışıqlar prosesini yaxından izləyənlər yaxşı xatırlayır ki, vaxtilə Ermənistana rəhbərlik edən Robert Köçəryan danışıqların həlledici mərhələsində qarın nahiyyəsində hansısa ağrıların olmasını bəhanə edərək danışıqlar masasını tərk edərək, biabırçı şəkildə qaçmışdı. Hələ Sovet dönəmində Bakıdan Xankəndiyə gedən azərbaycanlılara ofisiant xidməti göstərmiş, sonradan Ermənistana başçılıq etmiş Serj Sarkisyanın da danışıqlar masasından qaçmasına dair çoxlu faktlar var. Nikol Paşinyan üçün isə indiki vəziyyətdə belə bir şans yoxdur. Bu, Paşinyanın xarakterinin digərlərindən ciddi fərqlənməsindən irəli gəlmir. Bunun başlıca səbəbi Azərbaycanın 44 günlük müharibədə regionda yaratdığı yeni geosiyasi situasiya, o cümlədən Prezident İlham Əliyevin beynəlxalq aləmdə və diplomatiyada qazandığı ardıcıl qələbələrdir. Paşinyan başa düşür ki, indiki şəraitdə Azərbaycanın diqtə etdiyi şərtlərdən qaçmaq onun özü və ölkəsi üçün məhvə bərabərdir”.

Tarixçinin sözlərinə görə, Paşinyan sadəcə olaraq ölkəsinin daxilindəki faşist və radikal mövqedən çıxış edən qüvvələri sakitləşdirmək siyasəti yürüdür:

“Müəyyən məqamlarda onun bəzi açıqlamalarına regionda marağı olan hansısa dövlətlərin münasibəti də təsir göstərə bilir. Amma artıq Ermənistanda məsələlərə məntiqlə yanaşan şəxslər başa düşürlər ki, başqa çıxış yolu yoxdur”.
 

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Mövqelərimiz yenidən atəşə tutuldu
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə- VİDEO
18 Aprel 2025 Bu gün Başlıbel faciəsindən 32 il ötür
17 Aprel 2025 Təhməzovlarla Vəliyevin ortaqlığı: Sarıcalıda su daman evləri onların tikdiyi üzə çıxdı
15 Aprel 2025 Petrosyanla bağlı yalan danışdığı elə məhkəmədə sübut olundu
15 Aprel 2025 Şəhid atasını aldadaraq pulunu oğurladılar - VİDEO
14 Aprel 2025 Qarabağ Universitetinin yeni fakültələri Şuşa və Xocalıda fəaliyyətə başlayacaq
12 Aprel 2025 O videonu Arayikə izlətdilər- Timsahın göz yaşları...
10 Aprel 2025 Mövqelərimiz yenə atəşə tutuldu
09 Aprel 2025 “Böyük Qayıdış”ın zəfər həftəsi
08 Aprel 2025 Ağdaban faciəsindən 33 il ötür
07 Aprel 2025 Qarabağda bir gündə 4 nəfər minaya düşüb - YENİLƏNİB
06 Aprel 2025 Türkiyənin adından Qarabağ haqda pis xəbər yayıldı: səfirlik REAKSİYA VERDİ– FOTO
05 Aprel 2025 Suqovuşan kəndinə növbəti köç karvanı yola salındı
05 Aprel 2025 Zəngəzur dəhlizi ilə bağlı mühüm gəlişmə...
03 Aprel 2025 32 ildir açıq qalan sual: Kəlbəcərin işğalının qarşısını almaq mümkün idimi?
02 Aprel 2025 Qələbəyə aparan yol - Aprel döyüşlərindən doqquz il ötür
01 Aprel 2025 “300-ə yaxın müsəlman məscidi, 500-dən artıq müsəlman qəbiristanlığı barədədə hesabat versin”-DEPUTAT
29 Mart 2025 Azərbaycan öz Milli Qəhrəmanına BELƏMİ SAYĞISIZDIR? - BU NƏDİ BELƏ?..
28 Mart 2025 Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Sarıcalı kəndinə səfərdən görüntülər paylaşılıb - VİDEO

Dünyapress TV

Xəbər lenti