Qaçanı isə qovarlar, bütün vasitələrlə Ermənistanı məcbur etməliyik -
Brüssel görüşlərindən sonra Ermənistan siyasi rəhbərliyinin Moskvaya çağrılması ənənəsinə sadiq qalan tərəflər bu dəfə də zamanı fövtə vermədilər və artıq Paşinyan Uzaq Şərqdə Putinlə, Mirzoyan isə Moskvada Lavrovla görüşüb. Bu görüşlər haqqında verilən rəsmi xəbərlərdən konkret bir təsəvvür yaranmasa da, bilirik ki, Rusiyadakı görüşlərdən sonra indiyədək həyata keçən bir razılaşma olmayıb. 44 günlük müharibədən sonra da baş verənlər, Ermənistan və Kremlin uzlaşdırılmış siyasəti nəticəsində getdikcə 26 illik “atəşkəs dövrü”nə bənzəməyə başlayır. Avropa da, Rusiya da, hətta Ermənistan da sülhdən danışır və təəssüf ki, yalnız danışırlar, reallaşan sülhə tərəf addım isə.., hələ ki, yoxdur. Səbəbi də sadədir, danışıqları aparan tərəflərin və vasitəçilərin sülh haqqında fərqli yanaşmaları və ona uyğun siyasətləri olduğundan fikirlər üst-üstə düşmür. Azərbaycanın yanaşması beynəlxalq hüquqa, BMT Nizamnaməsinə, beynəlxalq hüququn ərazi bütövlüyü kimi imperativ prinsiplərinə əsaslandığı üçün Rusiya və Ermənistan bu siyasətə açıq etiraz və irad bildirməkdən çəkinirlər, amma müəyyən şərtlər irəli sürməklə də sülh müqaviləsinin imzalanmasının zaman məsafəsini süni şəkildə uzadırlar. İndiyədək Qərbin də mövqeyində ikili standartlar olsa da, nəhayət Brüssel zamanın süni şəkildə uzadıldığının fərqindədir və istər ikinci, istərsə də sonuncu görüşdə razılaşmaların reallaşması üçün konkret vaxt müəyyənləşdirib. Amma Brüsseldə söz verib razılaşan Ermənistan rəhbərliyi Kreml liderləri ilə görüşəndən və ya telefon danışıqlarından sonra adətən hadisələr əks istiqamətdə cərəyan etməyə başalayır və indi də o proses davam edir.
Ermənistan baş naziri Azərbaycanla ilin sonunadək sülh müqaviləsinin bağlanmasının mümkünlüyü barədə öz yaxın ətrafına məlumat verir, Ararat Mirzoyan isə Azərbaycanın təklif etdiyi beş maddə ilə prinsipcə razı olduqlarını deyir, amma “Dağlıq Qarabağ”la əlaqədar əlavə şərtlərinin olduğunu və bu şərtlər nəzərə alınmazsa “hərtərəfli sülhdən söhbət gedə bilməz” deyərək, faktiki sülh müqaviləsini dalana doğru aparır. Mirzoyan bu bəyanatını hələ Moskvaya səfərə getməmiş, Sergey Lavrovla telefon danışığından sonra 3 sentyabrda açıqlamışdı.

Bu gün də dünyanın o başında Putin Paşinyanla Qarabağı müzakirə ediblər. Putin:”Təbii ki, ən həssas məsələlərdən biri də Dağlıq Qarabağ ətrafında təhlükəsizliklə bağlı vəziyyətidir”-deməklə, Qarabağ probleminin Rusiyadan asılılığını, başqa vasitəçiyə ehtiyac olmadığını vurğulamış olub. Paşinyan da tələsik Rusiya lideri ilə həmfikir olduğunu təsdiqələyərək “ ..Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı missiyası.. asan missiya deyil, biz bu barədə dəfələrlə danışmışıq və..ümumiyyətlə, Dağlıq Qarabağda təhlükəsizliyin təmin olunması baxımından bizim hər zaman müzakirə etdiyimiz nüanslar var və hesab edirəm ki, bu gün də bu məsələləri müzakirə etmək çox faydalı olardı”. Uzaq Şərqdə iki ölkə rəhbərinin Qarabağdan detallı olaraq nəyi müzakirə etdiyi məlum olmasa da, bir məsələ məlumdur:-Rusiya və Ermənistanın birgə siyasəti münaqişənin son mərhələsinin tezliklə həll olmamasına , sülh müqaviləsinin imzalanmasını qeyri-müəyyən zamana sürüklənməsinə hesablanıb. Bunun üçün Rusiyanın da, Ermənistanın da xeyli bəhanələri, yalançı sülh istəyi mövcuddur. Paşinyanın dediyi “hər zaman müzakirə olunan nüanslar”ın zaman başlanğıcının yaşı az deyil. Ona görə də Xankəndidə separatçı rejim hələ də ayaqdadır.

Qarşıda uzun- uzadı çəkəcək proseslərə diqqət edək: noyabrda ikitərəfli komissiya Brüsseldə görüşüb delimitasiya işlərini müzakirə edəcək; Brüssel razılaşmasına görə hər iki dövlətin XİN rəhbərləri “bir ay müddətində mətn layihəsini hazırlamağın şərtlərini” müzakirə edəcəklər, noyabrda isə ölkə liderləri Brüsseldə görüşüb sülh müqaviləsi layihəsinin mətnini müzakirə edəcək; sərhədlərin delimitasiya və demarkasiya işlərinə qış fəslindən sonra hazırlıq görülməsi üçün yenidən görüşmək razılaşdırılacaq; Zəngəzur dəhlizi ilə əlaqədar danışıqlar davam edəcək, yolun çəkilməsi müzakirə olacaq və qərara alınacaq ki, yol çəkilişi bitəndən sonra statusu müəyyənləşdirilsin və sairə bu qəbildən aylarla uzanan danışıqlar davam edəcək.

Danışıqlar davam edir, Xankəndidə isə separatçı rejim daxilə və xaricə hesablanan addımlar atmaqla qeyri-müəyyənlikdə çabalayan Qarabağ ermənilərinə ümid verməyə çalışırlar. David Babayanın ABŞ-a səfəri, Rusiya milyarderinin xoşbəxt gələcək xəyalları ilə Xankəndində yerləşmək planlarının hədəfi miqrasiya meyllərinin qarşısını almağa hesablanıb. Təbliğatlarından da qalmırlar. Diasporanın təşəbbüsü ilə bu günlərdə terrorçu, 1992-də Şuşanın işğalında iştirak edən Aşot Qulyanın məktəb qarşısında qoyulan büstünün açılışını edir, büstün Şuşaya baxdığını və bunun bir simvol olaraq gələcəkdə Şuşanı “azad etmək” haqqında məktəblilər arasında təbliğatını aparırlar. Rusiya bizi Xankəndi və ətrafından maksimum uzaq tutmağa çalışır.

Deməli, bir daha vurğulayırıq ki, işin başından- Xankəndidən yapışmalıyıq.., əks halda müzakirə olunan “nüanslar” göstərir ki, məğlub ölkə havadarına güvənərək ( ermənilər heç vaxt özlərinin deyil, başqalarının əli ilə problemlərini həll etməyə çalışıblar) sülhdən qaçır. Qaçanı isə qovarlar, bütün vasitələrlə Ermənistanı məcbur etməliyik. Bu vasitələrin başında Xankəndinə Azərbaycan dövlət nəzarətinin bərpasının gündəmə gətirilməsi durur. 10 Noyabr 2020 bəyanatında keçmiş Dağlıq Qarabağ ərazisinə azərbaycanlı qaçqınların doğma yurdlarına qayıtması müddəasının həyata keçirilməsi, bu siyasətin başlanğıcı olmalıdır. Başqa siyasi-hərbi variantlar, istiqamətlər də var. Ümumiyyətlə, Brüssel görüşündən sonra Ermənistanın və Rusiyanın sərgilədiyi mövqe apardığımız siyasətdə bəzi sərt korrektələr etməyi tələb edir.moderator

İlham İsmayılQaçanı isə qovarlar, bütün vasitələrlə Ermənistanı məcbur etməliyik -

İlham İsmayıl

Bölmənin digər xəbərləri

24 Noyabr 2024 Laçındakı zəlzələnin görüntüləri – VİDEO
23 Noyabr 2024 Bakı və Ankaradan İrəvana ULTİMATUM - Zəngəzurla bağlı...
22 Noyabr 2024 Haaqada İrəvana təzminat davası: söhbət 100 milyardlardan gedir - Hələ GEC QALMIŞIQ...
21 Noyabr 2024 1 003 Xocalı əsirini ermənilərdən xilas edən Allahverdi Bağırovun ailəsi DANIŞDI VİDEO
20 Noyabr 2024 Azadlıq günün mübarək, Ağdam
19 Noyabr 2024 Qədim tarixi yurd yerimiz Kəlbəcər
19 Noyabr 2024 Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
16 Noyabr 2024 Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
15 Noyabr 2024 Problemlərin həlli Azərbaycan və Ermənistana prespektiv və sülh vəd edir -ŞƏRH
14 Noyabr 2024 Kimin qələbə qazanacağının fərqi yoxdur, önəmli olan qısa müddətdə Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək dəmir və quru yolun çəkilməsidir.
12 Noyabr 2024 “Son 4 il ərzində 382 nəfər Ermənistanın hərbi işğalı dövründə basdırdığı minaların qurbanı olub”
11 Noyabr 2024 Azərbaycanla Ermənistanın şərti sərhədindən YENİ GÖRÜNTÜLƏR
09 Noyabr 2024 Zəfər Günü münasibətilə Xankəndidə atəşfəşanlıq - VİDEO
08 Noyabr 2024 ​8 noyabr - Azərbaycan xalqının Zəfər Günüdür
07 Noyabr 2024 Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hazırda təqribən 30 min nəfər yaşayır – TƏHLİL
06 Noyabr 2024 Bakı elə bir təzminat tələb edir ki, uduzsaq… – Erməni medası
05 Noyabr 2024 İki cəbhədə bütöv Zəfər - nə separatçılar var, nə sülhməramlılar...
05 Noyabr 2024 Dünyaya səs salan Xankəndidəki Zəfər paradı
02 Noyabr 2024 Ermənilərin Okamposu onları ifşa etdi - Ermənistan işğalçıdır
02 Noyabr 2024 Sərhəddə gərginlik: Müharibə istəyən qüvvələr... - Seyidov detalları açıqladı

Dünyapress TV

Xəbər lenti