Vardanyanın vəsatəti təmin edildi
Bu gün Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın da məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

Modern.az xəbər verir ki, Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin yeni inzibati binasında eyni hakimlərdən ibarət tərkibdə açıq keçirilən ilkin iclasda Ruben Vardanyanın anket məlumatları dəqiqləşdirilib.

Ruben Vardanyan özünün seçdiyi müdafiəçi və rus dilinə tərcüməçi ilə təmin olunub.

Məhkəməyə sədrlik edən hakim Zeynal Ağayev Ruben Vardanyana qanunvericiliyin tələblərini, o cümlədən təqsirləndirilən şəxs kimi hüquq və vəzifələrini, habelə etiraz hüququnu izah etdikdən sonra Vardanyandan vəsatətinin olub-olmamasını soruşub.

R.Vardanyan və müqavilə əsasında hüquqi yardım göstərən müdafiəçisi iki vəsatət verib.

Onlardan biri R.Vardanyan barəsində cinayət işinin Azərbaycan xalqına qarşı ağır cinayətlərin törədilməsində ittiham olunan erməniəsilli 15 şəxsin barəsində işə birləşdirilərək bir icraatda baxılması, digər vəsatət isə cinayət işinin materialları ilə tanış olmaq üçün təqsirləndirilən şəxsə əlavə vaxtın verilməsi barədə olub.

Dövlət ittihamını müdafiə edən prokuror cinayət işlərinin bir icraatda birləşdirilməsi barədə vəsatətə etirazını bildirərək məhkəmədən təmin olunmamasını, cinayət işi ilə tanış olmaq üçün əlavə vaxt verilməsinə dair vəsatətin isə təmin olunmasını məhkəmədən xahiş edib.

Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyinə əsasən, məhkəmə icraatı zamanı cinayət işlərinin eyni icraatda birləşdirilməsi nəzərdə tutulmadığından məhkəmə tərəfindən bu vəsatət təmin olunmayıb.

İbtidai istintaq zamanı R.Vardanyana bildiyi dildə cinayət işi materialları ilə tanış olub öz müdafiəsinə hazırlaşmaq üçün kifayət qədər vaxt verilsə də, məhkəmə təqsirləndirilən şəxsin xahişini nəzərə alaraq vəsatətin təmin olunması barədə qərar qəbul edib və ona iş materialları ilə tanış olmaq üçün əlavə 10 gün vaxt verib.

Həmçinin ittiham tərəfi iş materialları ilə tanış olmaq üçün təqsirləndirilən şəxsə əlavə vaxt verilməsinə etiraz etməyib.

Məhkəmənin hazırlıq iclası yanvarın 27-də davam edəcək.

Bölmənin digər xəbərləri

23 Yanvar 2025 Füzuli rayonunda cümə axşamı mərasimi ləğv olundu
20 Yanvar 2025 Ağdamda beş yeni məhəllə salınır: Şəhər sıfırdan inşa edilir - VİDEO
20 Yanvar 2025 Cəbrayıl xəstəxanasında bitməyən cinayətlər – Bu dəfə “baş təsərrüfat qardaşı” TUTULUB
18 Yanvar 2025 Bugünkü məhkəmə prosesindən - VİDEO
16 Yanvar 2025 Azad edilmiş ərazilərdə 3 min km-dən artıq yol salınıb – VİDEO
15 Yanvar 2025 Şuşa, Xocalı və Ballıcaya növbəti köç yola salındı
14 Yanvar 2025 Sülh, yoxsa gərginlik - Paşinyanın təklifləri Bakıya nə deyir?
13 Yanvar 2025 Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salındı
11 Yanvar 2025 Erməni nazirdən həyasız iddia: azərbaycanlıların qayıdışı ərazi iddiasıdırsa...
08 Yanvar 2025 "Nikol Paşinyan Ermənistan ordusuna nəzarəti itirib, sülh müqaviləsini gündəlikdən çıxartmağa çalışır"
07 Yanvar 2025 Ermənistan niyə TƏXRİBAT törətdi? - Rusiya bu işin ARXASINDADIR?
01 Yanvar 2025 Veysəloğlu Şirkətlər Qrupu Xankəndidə keçirilən "Qış nağılı" yarmarkasına sponsor oldu
27 Dekabr 2024 Ballıcaya ikinci köç yola salındı
24 Dekabr 2024 Paşinyan Ermənistanın eks-prezidentlərini keçmiş Qarabağ məsələsi ilə bağlı debata ÇAĞIRDI
23 Dekabr 2024 İllər sonra azad Şuşa, Xankəndi və Xocalıda da respublika fənn olimpiadaları keçirilir - Foto
23 Dekabr 2024 "Bakıda hesab edirlər ki, bu, onlara dəhlizi nəzarətə götürmək hüququ verir" - Vardan Oskanyan
23 Dekabr 2024 Növbəti köç karvanı Şuşaya yola salındı – Fotolar
21 Dekabr 2024 İrəvan “Zəngəzur dəhlizi olmayacaq” deyir, amma olacaq, çünki...
21 Dekabr 2024 Niyə belə deyilir - Qarabağın pambıq bəyləri
19 Dekabr 2024 Qarabağda nə qədər erməni qalıb? – Prezident açıqladı

Dünyapress TV

Xəbər lenti