|
Tanınmış prodüser, teleaparıcı aparıcı Tarix Əliyev (Tolik) verilişində müğənniləri ağladıb.
Müğənni Vəfa Şərifova "Tarixin bir günü" verilişində aparıcının verdiyi suallar qarşısında özünü saxlaya bilməyib və gözləri dolub:
“Xoşbəxt ola bilmərəm. Tamam olmayan nüanslar var. Çox şükür övladlarım var. Allah onları qorusun. Mənim üçün hər şey onlardan və sənətimdən ibarətdir. Bir qadın olaraq xoşbəxtəmmi? Deyiləm. Olmuşammı? Olmamışam heç vaxt”.
Daha sonra aparıcı Tarix Əliyevin çıxışı isə studiyada qonaq olan müğənni Şəbnəm Qəhrəmanovanın göz yaşlarını saxlaya bilməməsinə səbəb olub. Ş.Qəhrəmanova ağlaya-ağlaya efiri tərk edib. Bu hadisələr həm tamaşaçıların, həm də sosial media izləyicilərinin diqqətini çəkərək geniş müzakirələrə səbəb olub./Yenisabah.az/