Azərbaycanın üzləşdiyi mina təhlükəsi Britaniya parlamentində - FOTO
Britaniya parlamentində Azərbaycanın üzləşdiyi mina təhlükəsi barədə məlumatlılığın artırılması məqsədilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Britaniya parlamentində fəaliyyət göstərən Partlayıcı qurğulardan qaynaqlanan təhlükələr qrupu və mina qurbanlarına uzun müddətli dəstək məsələlərini təşviq edən REVIVE adlı qeyri-hökumət təşkilatının Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) və Azərbaycanın Britaniyadakı səfirliyinin dəstəyi ilə təşkil etdiyi tədbir “Azərbaycanda mina fəaliyyəti və mina qurbanlarına yardım” mövzusuna həsr olunub.

Tədbirdə Britaniya parlamentinin, Britaniya Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin nümayəndələri, britaniyalı akademik və ekspertlər, minalardan təmizləmə məsələləri ilə məşğul olan təşkilatların üzvləri və media təmsilçiləri iştirak ediblər.

Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov 30 illik işğal və hətta ondan sonrakı zamanda Ermənistanın Azərbaycan ərazilərində minlərlə mina basdırması və bunun ağır humanitar nəticələrindən bəhs edib. İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsinin regionda sülhün əldə edilməsi üçün vacib amillərdən biri olduğunu deyən səfir Süleymanov bu istiqamətdə göstərdiyi maliyyə və ekspert dəstəyinə görə Britaniya hökumətinə təşəkkür edib. Minaların təkcə insan həyatı üçün deyil, ətraf-mühit üçün də zərərli olduğunu bildirən səfir təhlükənin bu aspektinə diqqət çəkmək üçün Azərbaycan tərəfindən atılacaq addımlar, o cümlədən bu il Bakıda keçiriləcək COP29 tədbiri çərçivəsində mövzu üzrə keçirilməsi planlaşdırılan yan tədbir barədə məlumat verib. Ötən ilin iyun ayında ANAMA-nın müxtəlif beynəlxalq tərəfdaşlar, o cümlədən “Mine Advisory Group” ilə tərəfdaşlıq nəticəsində Azərbaycanda ilk qadın minatəmizləmə qruplarının yaradılması üçün təlimlərin keçirilməsinə istinad edən səfir bu məqamı ölkə gündəmi üçün bütün vacib məsələlərdə qadınların roluna verilən əhəmiyyət kimi xüsusi vurğulayıb.

Parlamentdə fəaliyyət göstərən Partlayıcı qurğulardan qaynaqlanan təhlükələr qrupunun sədri, İcmalar Palatasının deputatı Matthew Offord qeyd edib ki, həddindən artıq ağır və çətin təhlükə olmasına baxmayaraq minalar məsələsinə beynəlxalq diqqətin lazımı səviyyədə olmaması təəssüf doğurur. O, sədrlik etdiyi qrupun Azərbaycandakı mina təhlükəsi ilə bağlı gördüyü işlərdən qürur duyduğunu söyləyib, əməkdaşlıq üçün Azərbaycan tərəfinə minnətdarlıq edib, görülən işin Azərbaycan üçün faydaları ilə yanaşı, qazanılmış təcrübənin mina təhlükəsi ilə üzləşən digər coğrafiyalarda da tətbiqi baxımından vacib olduğunu bildirib. M.Offord qrupun Azərbaycana bu xüsusda dəstəyini siyasi yanaşma kimi deyil, məhz humanitar əsaslı və əhalinin gələcək rifahına yönəlmiş fəaliyyət kimi vurğulayıb.

Daha sonra ANAMA İdarə Heyəti sədrinin müavini Samir Poladov “Mina çirklənməsi və onun dayanıqlı inkişafa təsirləri” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda Azərbaycanın üzləşdiyi mina çirklənməsinin miqyası, Ermənistan tərəfindən təkcə hərbi deyil, mülki obyektlərin, hətta qəbiristanlıq və su quyularının belə minalanması, mina insidentlərinin qurbanları və partlayışların baş verdiyi ərazilər üzrə statistika barədə məlumat verilib. S.Poladov, həmçinin ANAMA-nın ərazilərin minalardan təmizlənməsi istiqamətində gördüyü işlər və istifadə edilən texnikadan danışıb. ANAMA-nın mina riskləri üzrə əhali arasında maarifləndirmə istiqamətində həyata keçirdiyi tədbirlərə də diqqət çəkən S.Poladov mina təmizləmə fəaliyyətinin Azərbaycanda 18-ci dayanıqlı inkişaf məqsədi elan edildiyini nəzərə çatdırıb. Təqdimatın sonunda bu günədək minalardan təmizləmə fəaliyyətində Azərbaycana dəstək olan ölkə və təşkilatlara təşəkkür edilib, təhlükənin miqyası və çətin xarakteri xatırladılaraq beynəlxalq tərəfdaşların minatəmizləmə səylərinə dəstəyi davam etdirmələri xahiş olunub.

Tədbir zamanı Britaniya Müdafiə Nazirliyinin rəsmisi Nigel Marş qurumun ANAMA ilə birlikdə mina çirklənməsinin həlli istiqamətində gördüyü işlər və Britaniyanın müvafiq şirkətlərinin həyata keçirdiyi təlimlər barədə danışıb. O, Azərbaycanda mina çağırışı ilə bağlı keçirilən beynəlxalq konfransların bu barədə məlumatlılığın artırılması və daha çox tərəfdaş cəlb edilməsi baxımından faydalı olduğunu deyib.
Britaniyada fəaliyyət göstərən “Mine Advisory Group” – MAG adlı qeyri-hökumət təşkilatının nümayəndəsi qurumun Azərbaycanda həyata keçirdiyi layihələr və qabiliyyətlərin artırılmasına verdiyi töhfələrdən söz açıb.

Beynəlxalq əsasda fəaliyyət göstərən və 2022-ci ildə Britaniyada da filialı açılan APOPO adlı qeyri hökumət təşkilatının nümayəndəsi Alan Mathers minaların yerinin müəyyən edilməsi üçün qeyri-ənənəvi metodların - təlimləndirilmiş siçovullar və itlərdən istifadəsinin az xərclə daha effektiv nəticələrin əldə edilməsindəki rolundan danışıb, ANAMA ilə birgə Azərbaycanda keçirdikləri birgə layihə barədə məlumat verib.

Sonda çıxış edən, REVIVE təşkilatının rəhbəri Nigel Ellway parlament qrupunun sədri Matthew Offordla birlikdə ötən iki il ərzində bir neçə dəfə Azərbaycana səfər etdiyini və mina təhlükəsinin yaratdığı çətinliklərlə yerində yaxından tanış olduğunu deyib. O, həmçinin Azərbaycanın azad edilmiş ərazilərində işğal zamanı dağıdılmış milli və dünya əhəmiyyətli mədəni abidələrin bərpasında ərazilərin minalanması səbəbindən yaranmış çətinlikləri diqqətə çatdırıb. Bu məsələni ötən ilin dekabrında Londonda yerləşən Viktoria və Albert Muzeyində mina təhlükəsinin mədəni irsə dağıdıcı təsirləri mövzusunda keçirilən tədbirdə də qaldırdığını deyən N.Ellway bu məqamın diqqətdə saxlanılmalı olduğunu vurğulayıb.

Tədbir sual-cavab sessiyası ilə başa çatıb.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-03_1709694760_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-03_1709694760_3.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-03_1709694760_4.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-03_1709694760_5.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-03_1709694760_6.jpg
 
 
 

Bölmənin digər xəbərləri

21 Noyabr 2024 1 003 Xocalı əsirini ermənilərdən xilas edən Allahverdi Bağırovun ailəsi DANIŞDI VİDEO
20 Noyabr 2024 Azadlıq günün mübarək, Ağdam
19 Noyabr 2024 Qədim tarixi yurd yerimiz Kəlbəcər
19 Noyabr 2024 Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
16 Noyabr 2024 Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
15 Noyabr 2024 Problemlərin həlli Azərbaycan və Ermənistana prespektiv və sülh vəd edir -ŞƏRH
14 Noyabr 2024 Kimin qələbə qazanacağının fərqi yoxdur, önəmli olan qısa müddətdə Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək dəmir və quru yolun çəkilməsidir.
12 Noyabr 2024 “Son 4 il ərzində 382 nəfər Ermənistanın hərbi işğalı dövründə basdırdığı minaların qurbanı olub”
11 Noyabr 2024 Azərbaycanla Ermənistanın şərti sərhədindən YENİ GÖRÜNTÜLƏR
09 Noyabr 2024 Zəfər Günü münasibətilə Xankəndidə atəşfəşanlıq - VİDEO
08 Noyabr 2024 ​8 noyabr - Azərbaycan xalqının Zəfər Günüdür
07 Noyabr 2024 Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hazırda təqribən 30 min nəfər yaşayır – TƏHLİL
06 Noyabr 2024 Bakı elə bir təzminat tələb edir ki, uduzsaq… – Erməni medası
05 Noyabr 2024 İki cəbhədə bütöv Zəfər - nə separatçılar var, nə sülhməramlılar...
05 Noyabr 2024 Dünyaya səs salan Xankəndidəki Zəfər paradı
02 Noyabr 2024 Ermənilərin Okamposu onları ifşa etdi - Ermənistan işğalçıdır
02 Noyabr 2024 Sərhəddə gərginlik: Müharibə istəyən qüvvələr... - Seyidov detalları açıqladı
01 Noyabr 2024 “Qarabağ sensasiyası” davam edir: muzdlular, kimyəvi silahlar və ipəkqurdu tırtılları - Nebenzidən Aşota qədər heyrətamiz nağıl
31 Oktyabr 2024 Sakinlər Qarabağda torpaqları nə zaman icarəyə götürə biləcək - açıqlama
28 Oktyabr 2024 Bərdənin üçüncü dəfə raket atəşinə tutulmasından 4 il ötür

Dünyapress TV

Xəbər lenti