300 ildə ilk dəfədir ki, Qarabağda xristian Milad bayramı keçirilmir
“1723-cü ildən bəri ilk dəfə artsax/dağlıq qarabağ Milad bayramını qeyd etmir”.

Moderator.az xəbər verir ki, bunu Ermənistanın “@reartsakh” telegram-kanalı yazır.

Daha sonra xəbərə əlavə edilən şəklin 2023-cü ildəki Xankəndindəki separatçı-terrorçu rejim rəhbərliyinin son Milad mərasimində çəkildiyi bildirilir.

Fotoda 3 keçmiş xunta rəhbəri və sabiq “dövlət naziri”- Putinin milyarder “desant”ı Ruben Vardanyan da var.

Qeyd edilir ki, onların hamısı hazırda Bakıda həbsdədir...

Zəruri arayış:

Doğrudur, XVIII əsrin əvvəlində Azərbaycanın Yuxarı Qarabağ ərazisində xristianlar yaşayıb və Milad bayramını qeyd ediblər. Lakin onların hələ müsəlmanlıqdan öncə xristian olmuş qədim türk tayfalarına mənsubluğunu tarixi faktlar təsdiqləyir.

Bunu Qarabağda 5 “erməni məliki” kimi təqdim edilən məliklərdən dördünün- İsay, Şirvan, Sergey və İosifin məhz 1723-cü ilin martında rus çarı I Pyotra yazdıqları məktub da sübut edir. Məktubdan aydın olur ki, o zaman Azərbaycanda yaşayan xristianlar özlərini alban (avqan) adlandırmışlar…

Türk qövmlərinin araşdırmaçısı, filologiya elmləri doktoru İlhami Cəfərsoy yazır:

"Mirzə Adıgözəl bəyin, Mirzə Camal Cavanşirin erməni məlikləri kimi təqdim etdikləri Qarabağ məlikləri erməni deyildilər. Onlar Lori dərəsindən, Arpa çayı boyundan, Göyçə gölü vadisindən Qarabağa köçüb gələn xristian türklər idilər...

Qafqaz canişinlərinin tapşırığı ilə yazılan bu əsərlərdən elə bir elmi yenilik gözləmək olmazdı. Eyni zamanda, bizim rus poqonlu mirzələr qədim mənbələri bilmirdilər. Yalnız Abbasqulu ağa Bakıxanov yunan və latın tarixçilərinin bəzilərinin əsərləri ilə tanış idi...

Qarabağ məlikləri xristian olsalar da, müsəlman adı daşıyırdılar: Məlik Həsən, Məlik Şahnəzər, Məlik Allahqulu, Məlik Usub, Məlik Ulubab, Məlik Hüsü, Məlik Hətəm və b. (Qarabağnamələr 2006. s.43-45). Bu da onunla bağlıdır ki, Cənubi Qafqazın zadəgan nəsilləri Bizans ilə xilafətin arasında qaldıqlarına görə dəfələrlə gah xristian, gah müsəlman olmuşdular.
Yalnız Dizax məlikləri olan Yeqan övladları İslam dinini çox sonralar - Nadir şahın zamanında qəbul etdilər.

Yeqan və Yuqan çox qədim türk nəsilləridir. Əbdürrəşid əl-Bakuviyə (XIV əsr) görə, Yaqan Nuh peyğəmbərin nəvəsi, Samın oğludur (Bakuvi 1992. s.99).

Kesariyalı Prokopiyə görə, imperator Yustinianın Eqan adlı qoşun başçısı vardı. O, mənşəcə hun idi (Trever 1959. s.193). Övliya Çələbi yazır ki, macarların XVI əsrin sonlarında Yaqanoğlu soyadlı bir tayfa başçısı olmuşdur (Gvliə Çelebi 1983. s.231).

Bu məlumat onu göstərir ki, vaxtilə hun tayfa ittifaqına daxil olan yaqanların bir qolu Macarıstanda yurd salmış, bir qolu Bizans ərazisinə köçmüşdür.

Yaqanlar və yuqanlar orta əsr tarixçilərinin əsərlərində türk nəsilləri kimi xatırlanırlar. Xarəzmşah Təkəşin bir qızı Yaqandağdu ləqəbi ilə məşhur idi (Petruşevskiy 1949. s.244). Bayburtlu Osmanın yazdığına görə, oğuzların Yaqan adlı bəyi olmuşdur. Yaqan bəy Anadolunun fəthində iştirak etmişdir (Bartolğd 1999. s.238).(yeni azerbaycan.com, 07.12.2016).

Bu faktlar da onu göstərir ki, Qarabağda sırf ermənilər yalnız XIX əsrin əvvəlində Rusiya imperiyasının Osmanlı və İran ərazisindəki hayların kütləvi köçünü təşkil etməsindən sonra peyda ola və Milad bayramını qey edə bilərdi... Beləliklə, məlum olur ki, XVIII əsrin əvvəlində Qarabağda Miladı qeyd edənlər ermənilər, haylar yox, xristian dininə sitayiş edən türk tayfaları olub...

P.S. Fəqət, eyni zamanda onu da unutmayaq ki, XIX əsrin əvvəllərindən başlayaraq hayları Qarabağa köçürmüş və XX əsrin əvvəlindən həmin ərazidə erməni-türk münaqişə və müharibələrini təşkil etmiş Rusiya imperiyasının "sülhməramlı" ordusu hələ də Qarabağdadır və xristianların digər bayramları kimi Miladı da qeyd edirlər...
 

Bölmənin digər xəbərləri

22 Noyabr 2024 Haaqada İrəvana təzminat davası: söhbət 100 milyardlardan gedir - Hələ GEC QALMIŞIQ...
21 Noyabr 2024 1 003 Xocalı əsirini ermənilərdən xilas edən Allahverdi Bağırovun ailəsi DANIŞDI VİDEO
20 Noyabr 2024 Azadlıq günün mübarək, Ağdam
19 Noyabr 2024 Qədim tarixi yurd yerimiz Kəlbəcər
19 Noyabr 2024 Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
16 Noyabr 2024 Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
15 Noyabr 2024 Problemlərin həlli Azərbaycan və Ermənistana prespektiv və sülh vəd edir -ŞƏRH
14 Noyabr 2024 Kimin qələbə qazanacağının fərqi yoxdur, önəmli olan qısa müddətdə Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək dəmir və quru yolun çəkilməsidir.
12 Noyabr 2024 “Son 4 il ərzində 382 nəfər Ermənistanın hərbi işğalı dövründə basdırdığı minaların qurbanı olub”
11 Noyabr 2024 Azərbaycanla Ermənistanın şərti sərhədindən YENİ GÖRÜNTÜLƏR
09 Noyabr 2024 Zəfər Günü münasibətilə Xankəndidə atəşfəşanlıq - VİDEO
08 Noyabr 2024 ​8 noyabr - Azərbaycan xalqının Zəfər Günüdür
07 Noyabr 2024 Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hazırda təqribən 30 min nəfər yaşayır – TƏHLİL
06 Noyabr 2024 Bakı elə bir təzminat tələb edir ki, uduzsaq… – Erməni medası
05 Noyabr 2024 İki cəbhədə bütöv Zəfər - nə separatçılar var, nə sülhməramlılar...
05 Noyabr 2024 Dünyaya səs salan Xankəndidəki Zəfər paradı
02 Noyabr 2024 Ermənilərin Okamposu onları ifşa etdi - Ermənistan işğalçıdır
02 Noyabr 2024 Sərhəddə gərginlik: Müharibə istəyən qüvvələr... - Seyidov detalları açıqladı
01 Noyabr 2024 “Qarabağ sensasiyası” davam edir: muzdlular, kimyəvi silahlar və ipəkqurdu tırtılları - Nebenzidən Aşota qədər heyrətamiz nağıl
31 Oktyabr 2024 Sakinlər Qarabağda torpaqları nə zaman icarəyə götürə biləcək - açıqlama

Dünyapress TV

Xəbər lenti