Prezident İlham Əliyev Yeni il təbrikində 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlərin, qaçqınların qayıdacağını söyləyərkən, Kərkicahan, Malıbəyli, Turşsu kəndləri və Xocalı qəsəbəsi ilə yanaşı Xankəndinin də adını çəkdi. “İl ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar” deyən dövlət başçısı bu prosesin sürətlənəcəyini vurğuladı. Xankəndinin məskunlaşdırılması o deməkdir ki, rəsmi Bakı ermənilərin Qarabağa qayıdışını gözləyən deyil. Aydın oldu ki, onlar Azərbaycan vətəndaşlığını qəbul etmək istəmirlər. Demək qayıtmayacaqlar. Belə olan halda Xankəndinə keçmiş sakinlərin köçürülməsi ilə yanaşı, şəhərin tamamilə məskunlaşdırılması siyasətinə də üstünlük veriləcək. Eyni məntiqlə Hadrutun da məskunlaşdırılması barədə qərar verilməsi mümkündür. Elxan Şahinoğlu Teref: Xocanin Blogu