Absurd teatrının son səhnələri oynanılır -
Yaxın illərdə (ola bilər ki, he, bir zaman) Qarabağda ermənilərlə azərbaycanlıların birgəyaşayışı, ermənilərin ümumiyyətlə Azərbaycan dövlətində yaşaması mümkün deyil. Və bunu azərbaycanlılar, Azərbaycan hökuməti deyil, vaxtilə Qarabağda yaşayan ermənilər istəmirlər.

Özlərini absurd teatrının aktyoru kimi aparan, reallıqdan ayrı düşən bu şəxslər, 30 ildən artıq müddətdə qeyri-qanuni şəkildə Azərbaycan ərazisində fəaliyyət göstərən erməni təşkilatları Qarabağa qayıtmaq üçün şərt irəli sürürlər. Məsələn, “Artsaxın” (onlar hələ də Qarabağı belə adlandırmaqda davam edirlər) 150-dən çox “partiya, ictimai təşkilat, KİV və icması” 10 dekabr İnsan Haqları Günü, eləcə də “Artsax respublikasının müstəqilliyi barədə referendum, Artsax respublikasının konstitusiyası günü” ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb.

Müraciətdə ənənəvi olaraq Azərbaycanı irqçilikdə, etnik təmizləmədə ittiham edən ermənilər Qarabağı tərk etmək “səbəblərindən” bəhs edərək, tarixə baş vururlar və təbii ki, bu zaman həmin tarixi öz bildikləri kimi də qələmə verirlər. Azərbaycan cəmiyyəti bu “tarixə” yaxşı bələd olduğundan, onun üzərində geniş dayanmağa ehtiyac yoxdur.

Müraciətin maraqlısı tərəfi isə ermənilərin hələ də Qarabağa qayıtmaq üçün şərtlər irəli sürməsi və bu şərtlərin absurdluğudur.

Bəs ermənilər hansı şərtləri irəli sürüblər?

Birinci: Onlar “Artsax respublikası vətəndaşlarının” Azərbaycanın yurisdiksiyasına qayıtmasını istisna edir, Azərbaycan ordusunun, polisinin və hakimiyyət orqanlarının Qarabağdan, eləcə də “1992-ci ildə etnik təmizləmə həyata keçirilən Şaumyan rayonundan” çıxarılmasını tələb edirlər.

İkinci: Onların tələbinə görə, “Artsaxın” bütün “sərhədi” boyunca BMT-nin çoxmillətli beynəlxalq sülhməramlı qüvvələri yerləşdirilməli və silahsız zona yaradılmalıdır.

Üçüncüsü: “Beynəlxalq hüquqa malik olan” Laçın “dəhlizi” BMT idarəçiliyinə verilməlidir.

Dördüncüsü: “Artsax ərazisi” ermənilərin qayıtmasını təmin etmək üçün BMT idarəçiliyinə verilir. Qarabağın yekun statusunu müəyyən edəcək referenduma qədər BMT idarəçiliyi davam edir və sonra referendumun nəticələri bütün ölkələr tərəfindən tanınır.

Beşincisi: Azərbaycan heç bir separatçını təqib etmir, həbs olunan və məhkum edilən bütün ermənilər (o cümlədən, Bakı həbsxanasında saxlanılan separatçı liderlər) dərhal buraxılır. Eyni zamanda, Azərbaycan vətəndaşlarının və onun “muzdlularının” törətdiyi “cinayətləri” araşdırmaq üçün tribunal yaradılır və eyni tribunal “Artsax vətəndaşlarına” qarşı irəli sürülən hərbi cinayət ittihamlarını araşdıra bilər.

Müraciət BMT Baş katibi, BMT Təhlükəsizlik Şurası, ATƏT sədri, ATƏT Minsk Qrupu həmsədrləri, Avropa Şurası (Baş katib, AŞPA sədri, Nazirlər Şurası sədri), Avropa İttifaqı Şurası prezidenti, Avropa Parlamenti sədri, MDB baş katibi, KTMT baş katibi, NATO baş katibinə ünvanlanıb.

Yəni, bu qədər “sadə”. Azərbaycan, yuxarıda sadalanan şərtləri yerinə yetirməlidir və ancaq bundan sonra Qarabağ erməniləri həmin əraziyə qayıtmaq barədə düşünə bilərlər.

Bu müraciəti oxuyandan sonra başa düşürsən ki, reallığı anlamağa başlayan Ermənistan ermənilərindən fərqli olaraq, Qarabağ erməniləri hələ də nə baş verdiyini dərk etmir, dünyada, bölgədə hansı proseslər getdiyini, özlərinin hansı vəziyyətdə olduqlarını anlamırlar (anlamaq istəmirlər). Onlar hələ də güman edirlər ki, bu torpaqları qaytarmaq üçün minlərlə qurban verən, əsassız beynəlxalq hücumların ən gərgin dövrünü geridə buraxan Azərbaycanı təzyiq vasitəsilə güzəştə getməyə məcbur edə bilərlər.

Amma bir şey aydındır ki, artıq ermənilər geriyə qayıtmayacaqlar. Şərtlər (ümumiyyətlə şərt sürmələri) absurddur, özləri geriyə qayıtmaq istəmirlər, buna onların milyonlarla vəsaitə göz dikən təşkilatları imkan verməyəcək.

Mümkündür ki, onların çox cüzi bir hissəsi hansısa zaman kəsiyindən sonra geriyə dönmək qərarı qəbul etsin. Amma bu, bəlkə də barmaqla sayıla bilinəcək qədər olsun.

Hələlik isə… son məlumata görə, artıq Qarabağdan köçən 17 min erməni bir daha geri qayıtmamaq üçün Ermənistanın özünü də tərk ediblər.

Bəlkə irəli sürülən şərtlər dünyaya səpələnib, özlərinə daha yaxşı yer tapmaq üçün bir vasitədir?

Mənbə: Press Klub
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır

Bölmənin digər xəbərləri

22 Noyabr 2024 Haaqada İrəvana təzminat davası: söhbət 100 milyardlardan gedir - Hələ GEC QALMIŞIQ...
21 Noyabr 2024 1 003 Xocalı əsirini ermənilərdən xilas edən Allahverdi Bağırovun ailəsi DANIŞDI VİDEO
20 Noyabr 2024 Azadlıq günün mübarək, Ağdam
19 Noyabr 2024 Qədim tarixi yurd yerimiz Kəlbəcər
19 Noyabr 2024 Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
16 Noyabr 2024 Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
15 Noyabr 2024 Problemlərin həlli Azərbaycan və Ermənistana prespektiv və sülh vəd edir -ŞƏRH
14 Noyabr 2024 Kimin qələbə qazanacağının fərqi yoxdur, önəmli olan qısa müddətdə Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək dəmir və quru yolun çəkilməsidir.
12 Noyabr 2024 “Son 4 il ərzində 382 nəfər Ermənistanın hərbi işğalı dövründə basdırdığı minaların qurbanı olub”
11 Noyabr 2024 Azərbaycanla Ermənistanın şərti sərhədindən YENİ GÖRÜNTÜLƏR
09 Noyabr 2024 Zəfər Günü münasibətilə Xankəndidə atəşfəşanlıq - VİDEO
08 Noyabr 2024 ​8 noyabr - Azərbaycan xalqının Zəfər Günüdür
07 Noyabr 2024 Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hazırda təqribən 30 min nəfər yaşayır – TƏHLİL
06 Noyabr 2024 Bakı elə bir təzminat tələb edir ki, uduzsaq… – Erməni medası
05 Noyabr 2024 İki cəbhədə bütöv Zəfər - nə separatçılar var, nə sülhməramlılar...
05 Noyabr 2024 Dünyaya səs salan Xankəndidəki Zəfər paradı
02 Noyabr 2024 Ermənilərin Okamposu onları ifşa etdi - Ermənistan işğalçıdır
02 Noyabr 2024 Sərhəddə gərginlik: Müharibə istəyən qüvvələr... - Seyidov detalları açıqladı
01 Noyabr 2024 “Qarabağ sensasiyası” davam edir: muzdlular, kimyəvi silahlar və ipəkqurdu tırtılları - Nebenzidən Aşota qədər heyrətamiz nağıl
31 Oktyabr 2024 Sakinlər Qarabağda torpaqları nə zaman icarəyə götürə biləcək - açıqlama

Dünyapress TV

Xəbər lenti