Cocuq Mərcanlı sainləri nədən NARAZIDIR?
“Lələ Təpə yüksəkliyi 7 ildir işğaldan azad olunub. Ancaq hələ də ölənlərimizi oradakı qəbiristanlıqda dəfn edə bilmirik”.

Bu sözləri Toplum Tv-yə müsahibə verən Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd sakini Elməddin Nəcəfov deyir. Danışır ki, artıq 30 ildir sakinlər öz yaxınlarını, doğmalarını kəndin qəbiristanlığında dəfn edə bilmirlər.

“Hörmətli prezidentimiz və vitse-prezidentimizdən tələbim odur ki, bu camaata yazıqları gəlsin. Neçə ildir köçmüşük ora. Daha bəsdir. Nə zamana kimi ölülərimizi orda-burda dəfn edəcəyik? Qəbirlərimiz dağıdılıb, qazılıb və heç kəs də boynuna almır. Dövlət qurumları bu işdə kömək etsin, heç olmasa, yerdə qalan qəbirlərimizi bərpa edək. Dağılan sümükləri də toplayıb bir abidə düzəldək. Sümüklərimiz qalıb ortalıqda”, - kənd sakini söyləyir.

Kənd qəbiristanlığı Lələ Təpə yüksəkliyində yerləşir. Lələ Təpə yüksəkliyi 2016-cı ildə işğaldan azad edilib. Kənd sakini deyir, qəbiristanlıq azad olunduqdan sonra camaat sevinirdi ki, vəfat edən doğmalarını öz torpaqlarında basdıra biləcəklər. Bununla bağlı Elməddin Nəcəfov Şərqi Zəngəzurun iqtisadi rayonu üzrə prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyevin qəbulunda olub. Hacıyevin cavabı kənd sakinlərini məyus edib:

“Bütün kənd camaatının imzasını toplamışam. Məktub şəklində yazıb, teleqram vurmuşam. Axırda qəbulda bir zülmlə dedilər ki, yaxşı, ölən olarsa, zəng edin. Oraya da gətirib post qurublar, postdan da bizi buraxmırlar. Deyirlər, gərək portalda qeydiyyatdan keçəsiniz. Belə də olmur axı. Kimin ölüsü olanda hamı istəyir gedib öz kəndinin qəbiristanlığında basdırsın”, - Elməddin Nəcəfov deyir.

Lələ Təpə yüksəkliyi işğaldan azad olunduqdan sonra Elməddin Nəcəfov kəndin ağsaqqalı kimi qəbiristanlığın minalardan təmizlənməsi üçün Cəbrayıl rayon İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Nazirlər Kabineti, Prezident Administrasiyası, həmçinin Minatəmizləmə Agentliyinə çoxsaylı müraciətlər edib, rəhbər şəxslərin qəbullarında olub. Deyir, müraciətlərdən sonra qəbiristanlıq minalardan təmizlənib. Amma kənd camaatını qayğılandıran başqa problem üzə çıxıb:

“İndi düz qəbiristanlığın ortasından “Azəriqaz” qaz xətti çəkir. Bizim kəndin qəbiristanlığı 15-ci əsrdən bəri elə formada salınıb ki, səliqəli deyil. Qəbirlər cərgəylə olmayıb. Kim nə cür gətirib basdırıb. Hətta qəbiristanlığın içi ilə piyada getmək çətindir. Mən elə zülmlər çəkmişəm, qapı-qapı yalvarmışam qurumların hamısına. Kaş oradakı minalar təmizlənməyəydi, elə o qəbiristanlıq minalı qalaydı. Bizi gözləyirdilər? SOCAR-ın prezidenti deyir, ola bilməz oradan qaz keçsin. Azəriqaz deyir, bizim xəbərimiz yoxdur. Heç kəs boynuna götürmür”.

Toplum Tv məsələ ilə bağlı “Azəriqaz” İstehsal Birliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, sözügedən ərazidəki qaz xətti magistral qaz xəttidir, “Azəriqaz”-ın xətti deyil. Bu səbəbdən SOCAR-ın tərkibindəki Qaz ixrac idarəsinə müraciət etməyimizi bildirdi.

SOCAR-ın mətbuat xidməti sorğunu Qaz İxrac İdarəsinə yönləndirdiyini bildirib. Amma material saytda yayımlandığı müddətədək sorğuya cavab təqdim edilməyib.

Elə bu ilin iyun ayında Cocuq Mərcanlı kənd sakinləri Biləsuvarda yerləşən Cəbrayıl rayonu İcra Hakimiyyətinin önündə etiraz aksiyası keçirmişdilər. Sakinlər öz güzaranlarından gileylənib, kənddə yaşayış şəraitinin ürəkaçan olmamasını dilə gətirmişdilər.

Kənd sakinlərinin şikayətləri ilə bağlı Toplum Tv Cəbrayıl rayonu İcra Hakimiyyətinin nümayəndəsi Sücəddin Yusifovla əlaqə saxlayıb. Qurumun nümayəndəsi bildirib ki, Cəbrayıl rayonunda gedən işləri Şərqi Zəngəzur iqtisadi rayonu üzrə prezidentin xüsusi nümayəndəliyi həyata keçirir. Qəbiristanlığın fəaliyyəti ilə bağlı hansısa işlərin görülməsi rayon icra hakimiyyətinin səlahiyyətləri xaricindədir:

“Hazırda Biləsuvar rayonu ərazisindəki qəsəbələrdə məskunlaşmışıq. İşğaldan azad olunmuş bütün rayon ərazisi, eyni zamanda Cocuq Mərcanlı kəndindəki bütün fəaliyyəti Şərqi Zəngəzur üzrə xüsusi nümayəndəlik həyata keçirir. Bizim ora müdaxilə etməyə, hansısa bir işlə məşğul olmağa imkanımız yoxdur. Yəni bizim səlahiyyətimiz yoxdur ki, orada fəaliyyət göstərək, kənddə yaşayan sakinlərə nədəsə köməklik göstərək”, - Sücəddin Yusifov bildirib.

Şərqi Zəngəzur üzrə prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Nicat Kərimov Toplum Tv-yə verdiyi açıqlamasında bildirib ki, hazırda Cocuq Mərcanlı kəndində heç bir problem yoxdur.

Cəbrayılın Cocuq Mərcanlı kəndi 1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal edilmişdi. 1994-cü ildə Azərbaycan ordusunun keçirdiyi “Horadiz əməliyyatı” zamanı kənd işğaldan azad edilmişdi.

Elməddin Nəcəfov deyir, işğaldan əvvəl kənddə 430 ailə yaşayırmış. İndiyədək 150 ailə kəndə köçürülüb. Kəndə qayıdacağı günü gözləyən ailələrdən biri də elə Nəcəfovlar ailəsidir. Amma İndi Elməddin Nəcəfovu qayğılandıran tək şey kəndin qəbiristanlığının taleyidir.

Mənbə: Toplum TV
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

Bölmənin digər xəbərləri

22 Noyabr 2024 Haaqada İrəvana təzminat davası: söhbət 100 milyardlardan gedir - Hələ GEC QALMIŞIQ...
21 Noyabr 2024 1 003 Xocalı əsirini ermənilərdən xilas edən Allahverdi Bağırovun ailəsi DANIŞDI VİDEO
20 Noyabr 2024 Azadlıq günün mübarək, Ağdam
19 Noyabr 2024 Qədim tarixi yurd yerimiz Kəlbəcər
19 Noyabr 2024 Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
16 Noyabr 2024 Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
15 Noyabr 2024 Problemlərin həlli Azərbaycan və Ermənistana prespektiv və sülh vəd edir -ŞƏRH
14 Noyabr 2024 Kimin qələbə qazanacağının fərqi yoxdur, önəmli olan qısa müddətdə Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək dəmir və quru yolun çəkilməsidir.
12 Noyabr 2024 “Son 4 il ərzində 382 nəfər Ermənistanın hərbi işğalı dövründə basdırdığı minaların qurbanı olub”
11 Noyabr 2024 Azərbaycanla Ermənistanın şərti sərhədindən YENİ GÖRÜNTÜLƏR
09 Noyabr 2024 Zəfər Günü münasibətilə Xankəndidə atəşfəşanlıq - VİDEO
08 Noyabr 2024 ​8 noyabr - Azərbaycan xalqının Zəfər Günüdür
07 Noyabr 2024 Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hazırda təqribən 30 min nəfər yaşayır – TƏHLİL
06 Noyabr 2024 Bakı elə bir təzminat tələb edir ki, uduzsaq… – Erməni medası
05 Noyabr 2024 İki cəbhədə bütöv Zəfər - nə separatçılar var, nə sülhməramlılar...
05 Noyabr 2024 Dünyaya səs salan Xankəndidəki Zəfər paradı
02 Noyabr 2024 Ermənilərin Okamposu onları ifşa etdi - Ermənistan işğalçıdır
02 Noyabr 2024 Sərhəddə gərginlik: Müharibə istəyən qüvvələr... - Seyidov detalları açıqladı
01 Noyabr 2024 “Qarabağ sensasiyası” davam edir: muzdlular, kimyəvi silahlar və ipəkqurdu tırtılları - Nebenzidən Aşota qədər heyrətamiz nağıl
31 Oktyabr 2024 Sakinlər Qarabağda torpaqları nə zaman icarəyə götürə biləcək - açıqlama

Dünyapress TV

Xəbər lenti