Erməni apostol kilsəsi Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun bir hissəsində iki əsrdən çoxdur Rusiya imperiyası tərəfindən məskunlaşdırılmış və hazırda həmin imperiyanın "sülhməramlı" adlanan ordusunun himayəsində bəslənən hayklara daha 300 ton humanitar yük göndərib.
TEREF.AZ moderator.az-a istinadla xəbər verir ki, bu haqda "Armenianreport" məlumat yayıb.
"Bütün ermənilərin katolikosu II Qareginin səyləri və onun vasitəçiliyi ilə Dağlıq Qarabağa vaxtaşırı 300 ton humanitar yük, o cümlədən zəruri ərzaq və uşaq qidası göndərmək mümkün olub", - erməni kilsəsinin sosial xidmət mərkəzinin direktoru keşiş Markos Manqasaryan belə deyib.
Keşiş Manqasaryan yükün göndərilməsində Rus Pravoslav Kilsəsinin də rolunu qeyd edərək, iki bacı kilsənin xüsusilə humanitar xidmətdə bir-birinə yardım etdiyini vurğulayıb.
Xatırladılır ki, erməni kilsəsi mütəmadi olaraq Qarabağa yardım göndərir.