Qarabağın dağlıq hissəsi yalnız etnik ermənilərdən ibarət olmayıb
Rusiya sülhməramlılarının sülhyaratma işinin başlıcası qaçqınları geri qaytarmaqdır
Erməni- rus ( yaxud rus- erməni ) etnik təmizləmə siyasətinin (bütün dünyada belə təmizləmə faşizm kimi qəbul edilir ) Qarabağ bölgəsinin hakim etnosunu – Azərbaycan türklərini yüz illərdir yurdlarından qaçaq etməsi son bir neçə ildə isə, yumşaq desək, görməzliyə vurması bir niyyətə xidmət edir : GUYA QARABAĞIN YUXARI HİSSƏSİNDƏ ERMƏNİLƏRDƏN ÖZGƏ KİMSƏ OLMAYIB. (?)Elə indi də bu “gopologiya” hökm sürür. Erməni yalanı və züytutan havadarları keçmiş Dağlıq Qarabağ bölgəsində yaşayan əhalinin hamısının (?) ermənilərdən ibarət olduğunu sırıyırlar. Bunun belə olmadığını tarix, statistika, əhalinin siyahıya alınması sübut etsə də, yalan Fransanın, Rusiyanın və digər ölkələrin rəsmi binalarında yayılır. İndi də Xankəndi və ətrafında yalnız ermənilərin yaşaya biləcəyi vurğulanır. Düzdür, son 30 ilin erməni - rus-bolşevik işğalı bölgəni tam olaraq erməni etnosunun təkhakimiyyətliyinə verib, amma bu o demək deyil ki, burada yalnız erməni yaşayıb.
2020-ci ilin 10 noyabr üçtərəfli razılaşmasının başlıca bəndi qaçqınların doğma evlərinə qayıtmasının gerçəkləşməsidir. Aydındır ki, Qarabağdan, onun dağlıq hissəsindən qaçqın düşənlər işğala uğrayan Azərbaycan türkləridir. Ermənilər 30 ildir qonaq olduqları, pənah gətirdikləri azərbaycanlıların evlərini yağmalayıb, adlarını -izlərini silmək yolunu tutublar. Pənahəli xanın goru çatlamasın, neyləsin, pənahına sığınanlar gorlarımızı eşim-eşim ediblər, şuşalılar heç dədələrinin gor evlərini də tapa bilmir. Şuşanı və şuşalılar bir yana, zorla igidlərimiz qopardı düşmən əlindən. Bəs Xocalı, Xankəndi, Ağdərə ?..Sülhməramlılar niyə üçtərəfli razılaşmaya əsasən qaçqın Azərbaycan türklərinin evlərinə geri qaytarılması missiyasını yerinə yetirmək istəmir? Xocalının təmiz türk ocağı olmasını dünya bilməmiş deyil, özlərini lal-kar-korluğa qoyublar. Xankəndindən qovulan 15 min azərbaycan türkünün ( azərbaycanlı ona görə yazmıram ki Xankəndi, Qarabağ erməniləri də azərbaycanlıdırlar, Azərbaycanda yaşayan azərbaycanlı sayılır, nə olsun milliyyətcə ermənidir, ya rusdur -M. B. ) evlərinə qayıtması niyə baş vermir? Sülhməramlılar sülhyaratma missiyalarını düşmənçiliklə yerinə yetirməkdən əl çəksələr, gerçək sülh yaranar. Yoxsa, Qarabağın yalnız ermənilərdən ibarət olduğunu iddia edib, sülhə “ güllə atmaq” , erməni azərbaycanlılar ilə türk azərbaycanlılar arasında ədavəti qızışdırmaq sülhə gətirməyəcək.
Ermənistan rəsmilərinin Qarabağın yalnız ermənilərdən ibarət olması barədə yalanlarının yalandan o yana keçmədiyinin sübuta ehtiyacı olmasa da , diplomatik korpusun bunu vaxtaşırı vurğulamağı vacibdir. Təkcə 30 il qabaqkı 15 min qaçqın (biz hələ qaçqınlıq, məcburi köçkünlük otuzilliyinin artımını demirik ) Xankəndi türkünün evlərinə erməni qohum – qonşularının yiyələnməsi çox şey deyir.
Başlıca deyim isə odur ki, ermənilər Qarabağın dağlıq hissəsində heç vaxt monoetnik millət qrupu olmayıb. Və olmayacaqlar da!
Məğrur Bədəlsoy
Teref.az

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Mövqelərimiz yenidən atəşə tutuldu
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə- VİDEO
18 Aprel 2025 Bu gün Başlıbel faciəsindən 32 il ötür
17 Aprel 2025 Təhməzovlarla Vəliyevin ortaqlığı: Sarıcalıda su daman evləri onların tikdiyi üzə çıxdı
15 Aprel 2025 Petrosyanla bağlı yalan danışdığı elə məhkəmədə sübut olundu
15 Aprel 2025 Şəhid atasını aldadaraq pulunu oğurladılar - VİDEO
14 Aprel 2025 Qarabağ Universitetinin yeni fakültələri Şuşa və Xocalıda fəaliyyətə başlayacaq
12 Aprel 2025 O videonu Arayikə izlətdilər- Timsahın göz yaşları...
10 Aprel 2025 Mövqelərimiz yenə atəşə tutuldu
09 Aprel 2025 “Böyük Qayıdış”ın zəfər həftəsi
08 Aprel 2025 Ağdaban faciəsindən 33 il ötür
07 Aprel 2025 Qarabağda bir gündə 4 nəfər minaya düşüb - YENİLƏNİB
06 Aprel 2025 Türkiyənin adından Qarabağ haqda pis xəbər yayıldı: səfirlik REAKSİYA VERDİ– FOTO
05 Aprel 2025 Suqovuşan kəndinə növbəti köç karvanı yola salındı
05 Aprel 2025 Zəngəzur dəhlizi ilə bağlı mühüm gəlişmə...
03 Aprel 2025 32 ildir açıq qalan sual: Kəlbəcərin işğalının qarşısını almaq mümkün idimi?
02 Aprel 2025 Qələbəyə aparan yol - Aprel döyüşlərindən doqquz il ötür
01 Aprel 2025 “300-ə yaxın müsəlman məscidi, 500-dən artıq müsəlman qəbiristanlığı barədədə hesabat versin”-DEPUTAT
29 Mart 2025 Azərbaycan öz Milli Qəhrəmanına BELƏMİ SAYĞISIZDIR? - BU NƏDİ BELƏ?..
28 Mart 2025 Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Sarıcalı kəndinə səfərdən görüntülər paylaşılıb - VİDEO

Dünyapress TV

Xəbər lenti