Azərbaycan 10 Noyabr Bəyanatı imzalanandan sonra Rusiya sülhmərmalılarının müvəqqəti yerləşdiyi ərazilərdə intensiv kəşfiyyat-nəzarət tədbirləri həyata keçirib. Bu əlamətləri göstərən informasiyalar az olmayıb, hərçənd ki, həmin yayılan məlumatların dəqiqliyini təftiş etmək imkanlarımız olmayıb. Bəzi informasiyalar özləri iddia səviyyəsində olsa belə, bu elə ümumi planın tərkib hissəsi idi. Azərbaycan getdikcə kəşfiyyat imkanları və texniki vasitələr hesabına vizual nəzarət imkanlarını gücləndirmişdi, hətta Qarabağdakı erməni əhali arasındakı vahimə yaradan hadisələr belə olurdu. Sülhməramlıların müvəqqəti məsuliyyət zonasındakı Azərbaycanın həyata keçirdiyi tədbirlər həmin ərazilərin suveren çətirimiz altına keçməsi yönündə mühüm addımlardır. Hadisələr diqqətlə izlənilməlidir, Azərbaycanın “səssiz müharibə” ilə bir çox əraziyə nəzarəti bərpa etməsi yuxarıda qeyd etdiyim kəşfiyyat-nəzarət həmlələrinin həlledici nəticəsidir. Təbii ki, bir çox hadisəni, hərbi əməliyyatları, onun nəticələrini, danışıqları, verilən bəyanatları nəzərə alsaq, inam artır ki, Azərbaycan Xankəndiyə də, Xocalıya da nəzarəti bərpa edəcək. Zəngəzur dəhlizinə gəlincə, onun açılması beynəlxalq zərurətlərdən doğur. Ancaq Ermənistan dəhlizlə bağlı öhdəliyindən yayınır. Ona görə də, Azərbaycan dəhlizin açılması üçün şərtlərini hərbi miqyasda göstərməkdən başqa seçimə malik olmaya bilər. (Globalinfo.az üçün şərhim) Aqşin Kərimov Teref.az