Vardanyan Araikin separatçı "hakimiyyətini" "yerə sürtdü" -
Rəşad Bayramov: “Ermənilər anladılar ki, Vardanyan amili gərginliyi daha da artırır, Azərbaycanın təzyiqlərini gücləndirir”
Erməni oliqarx, qondarma "Dağlıq Qarabağ Respublikası"nın keçmiş "dövlət naziri" Ruben Vardanyan seperatçıların daxilindəki ziddiyyətləri tənqid edib.

"Niyə 10 il əvvəl Ermənistanı və Artsaxı xilas etmədiniz" sualına Ruben Vardanyan belə cavab verib: “Mən xilaskar deyiləm. Mən xilaskarlara yox, məsuliyyət daşımağa, irəli getməyə, insanlara rəhbərlik etməyə hazır olan liderlərə, liderlərə inanıram. On il əvvəl Artsaxda güclü hökumət var idi, o, Artsax xalqı üçün uyğun hesab etdiyi bir ölkə qururdu. Mən buna inandım və onlara kömək etdim. Etdiyimin yaxşı bir hərəkət olduğunu düşündüm. Bəlkə də müdrikliyim kifayət deyil, amma əminəm ki, bir xilaskar ola bilməz. Biz reallığa və başımıza gələnlərə vicdanla baxmalı, tənqid etməkdən qorxmamalı, həm də yaxşı gələcəyə sahib olmaq üçün bunu konstruktiv şəkildə etməliyik”.

Göründüyü kimi, Vardanyan demək istəyir ki, Araik Arutunyanın hakimiyyəti sabun köpüyü kimi bir şeydi. Bu mövqe əslində onların arasında ciddi ziddiyyətin olduğunu və Rubenin Qarabağa həqiqətən Rusiya tərəfindən göndərildiyini sübut edir.

Politoloq Rəşad Bayramov qəzetimizə bildirdi ki, Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina edib, guya erməni soydaşlarının taleyinə biganə qalmayaraq onlara dəstək üçün Qarabağa gələcəyi ilə bağlı fikirləri meydana çıxan kimi ifşa olundu: “Azərbaycanda hamı bunun Kremlin yeni Qarabağ oyunu olduğunu bəyan etdi və ciddi etiraz fikirləri yüksəldi.

Vardanyanın gəlişi ilə Qarabağda yaşayan ermənilər arasında narazı kütlə xeyli artdı. Separatçıların “rəhbərliyi” arasında qarşıdurmalar başladı, çünki tərəflərdən heç biri qanunsuz əldə edilən pullardan əl çəkmək istəmirdi. Vardanyanın isə öz pullarını Qarabağda ac-yalavac ermənilərə xərcləmək fikri yox idi. Vardanyan Qarabağda çox qalmayacağını yaxşı bilirdi. Kremlin onu Paşinyanın yerinə hazırladığını, eyni zamanda, Azərbaycanın da onun Qarabağda yaşamasına çox göz yummayacağını hamıdan daha yaxşı anlayırdı. Ona görə də imkan varkən bir az da pul qazanmaq üçün təbii sərvətlərdən gələn gəlirləri də ələ keçirmək məqsədi güdməyə başladı. Azərbaycan ekoloqlarının Laçın-Xankəndi yolundakı ekoloji aksiyası Vardanyanın planlarını pozdu. Qarabağdan pul qazana bilmədiyini və öz pullarının xərclənəciyinin görən Vardanyanın tezliklə Qarabağdan qaçmağa meylləndi. Vardanyan üçün üç variant qalırdı: ya Azərbaycanın təhlükəsizlik orqanları tərəfindən həbs ediləcəkdi, ya qaçacaqdı, ya da fiziki olaraq hansısa formada məhv ediləcəkdi. Görünür, Vardanyan ikincini – qaçmağı seçdi. İndi Vardanyan “vəzifəsindən istefa” edə, ya etməyə bilər – bu artıq texniki məsələdir. Bir sözlə, “Vardanyan layihəsi” baş tutmadı, Azərbaycana təzyiq elementi kimi işləmədi. Eləcə də Vardanyanın özü nə Qarabağdakı ermənilərin dəstəyini qazana bildi, nə də vəziyyətlərini düzəldə bildi. Ermənilər anladılar ki, Vardanyan amili daha da gərginliyi artırır, Azərbaycanın təzyiqlərini gücləndirir. Məhz buna görə də o, gündəmdə qalmağın yeganə yolunu Araiki tənqid etməkdə görür”.

Məhəmmədəli QƏRİBLİ
 

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Mövqelərimiz yenidən atəşə tutuldu
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə- VİDEO
18 Aprel 2025 Bu gün Başlıbel faciəsindən 32 il ötür
17 Aprel 2025 Təhməzovlarla Vəliyevin ortaqlığı: Sarıcalıda su daman evləri onların tikdiyi üzə çıxdı
15 Aprel 2025 Petrosyanla bağlı yalan danışdığı elə məhkəmədə sübut olundu
15 Aprel 2025 Şəhid atasını aldadaraq pulunu oğurladılar - VİDEO
14 Aprel 2025 Qarabağ Universitetinin yeni fakültələri Şuşa və Xocalıda fəaliyyətə başlayacaq
12 Aprel 2025 O videonu Arayikə izlətdilər- Timsahın göz yaşları...
10 Aprel 2025 Mövqelərimiz yenə atəşə tutuldu
09 Aprel 2025 “Böyük Qayıdış”ın zəfər həftəsi
08 Aprel 2025 Ağdaban faciəsindən 33 il ötür
07 Aprel 2025 Qarabağda bir gündə 4 nəfər minaya düşüb - YENİLƏNİB
06 Aprel 2025 Türkiyənin adından Qarabağ haqda pis xəbər yayıldı: səfirlik REAKSİYA VERDİ– FOTO
05 Aprel 2025 Suqovuşan kəndinə növbəti köç karvanı yola salındı
05 Aprel 2025 Zəngəzur dəhlizi ilə bağlı mühüm gəlişmə...
03 Aprel 2025 32 ildir açıq qalan sual: Kəlbəcərin işğalının qarşısını almaq mümkün idimi?
02 Aprel 2025 Qələbəyə aparan yol - Aprel döyüşlərindən doqquz il ötür
01 Aprel 2025 “300-ə yaxın müsəlman məscidi, 500-dən artıq müsəlman qəbiristanlığı barədədə hesabat versin”-DEPUTAT
29 Mart 2025 Azərbaycan öz Milli Qəhrəmanına BELƏMİ SAYĞISIZDIR? - BU NƏDİ BELƏ?..
28 Mart 2025 Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Sarıcalı kəndinə səfərdən görüntülər paylaşılıb - VİDEO

Dünyapress TV

Xəbər lenti