Mingəçevirdə qadını sifarişlə həbs etdirmək istəyirlər?Şok müraciət!
Mingəcevirli xanim Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etdi – Kecmiş ərim qaynanamla birləşib aliment tələbiylə məni həbs etdirmək istəyir.

Müraciətdə deyilir:
“Hörmətli Birinci vitse-prezident Mehriban Əliyevaya

Mingəcevir şəhər sakini Məmmədova Tünzalə Yaşar qızı tərəfindən

Müraciət
Hörmətli Azərbaycanın birinci xanımı Mehriban Əliyeva,mən Məmmədova Tünzalə Yaşar qızı bir ana kimi yazib sizdən xahiş edirəm,bütün mənəvi dəyərləri aşaraq məni məhkəmələr və huquq mühafizə orqanlariyla sındırmaga calişan kecmiş həyat yoldaşımı və onun arxasında duran imkanlı qaynanamın şər-böhtanlarından qurtarasiniz.
Məlumat ücün deyim ki,iki il bundan qabaq həyat yoldaşım anası ilə birgə Baki şəhər Xətai rayon Məhkəməsində boşanma ilə baglı ərizə ilə müraciət edib.Məhkəmədə iki oglan övladim təhsilini Bakida davam etdiyi ücün “14 illik ailəli oldugum evdə” atasiyla və kecmiş qaynanamla birgə yaşamaq şərtilə qarşılıqlı razilaşma ilə boşandıq.Hətta məhkəmədə qaynanam dilindən yazili izahat qoydu ki,mən gəlinimdən aliment tələbi etməyəcəyəm
Mehriban xanim,onuda deyim ki,həyat yoldaşım Ənvər anadan olandan psixoloji problemi olduğundan əllillik dərəcəsi alıb.Və psixoloji problemli olduğundan o hər azaman anasınin təsiri altinda olub.Biz boşansaq da uşaqlarım və kecmiş ailəmlə əlaqələrimi uşaqlarıma görə davam etdirmişəm.Sənəddə ayrılsaq da mənim cehizlərim və bütün geyim-paltarlarim qeydiyyatda oldugum ər evimdə qalıb. Usaqlarım bayram və tətildə bizə gəlib qaliblar,dərs acilanda isə məktəbə gedirdilər.
Amma sonradan qaynanam uşaqlaımıı təhsildən uzaqlaşdirib tərbiyəsini pozdugunu görüb,onlara etiraz edib uşaqlarımı geri istəyəndə kecmiş qaynanam mənlə prinsip apararaq aliment tələbiylə Mingəcevir Şəhər Məhkəməsində iddia qaldırıb müəyyən maddiyyat qarşılığında uşağı mənim əlimdən alıb özümə də 300 AZN aliment pulu kəsdirdi.
Yanvar ayının sonunda məhkəmə qərarı verilsə də cəmi iki ay sonra mart ayında ünvanım telefon nömrəm olduğu halda məni Mingəcevir məhkəmə icraçısı icradan yayınmaq adıyla DİN xüsusi axtarışına verib.
Guya ki,3 ay ərzində yığılıb qalan 1500 manat alimenti ödəməkdən yayınmışam və buna görə məni İnzibati Xətəlar Məcəlləsi ilə Mingəcevir Şəhər Məhkəməsində həbs etdirmək lazımdır.
Hörmətli Mehriban xanım,təhsilim olmadığından, hüquqlarımı bilmədiyimdən qaynanam Qasımova Lalə İbrahim qızı məndən qisas almaq məqsədilə aliment tələbin irəli sürür.Cünki adam cox böyük imkan sahibidir, Bakının ən bahalı mərkəzi küçəsində Xətai rayon Nobel prospektində qiyməti yüzminlərlə ölçülən iki evi və ABŞ-da biznesi belə var.Onuda qeyd edim ki,men o deyilen evlərin birində (Xətai rayon Nobel prospekti 3.mənzil 30-da) qeydiyyatda olsam da qanunsuzluq edərək MİS-ə rüşvət verərək mənim xəbərim olmadan o evdən qeydiyyatdan çıxardıb.
Qaynanam Lalə Qasimova ildə iki dəfə Amerikaya gedib ordan dollarla sosial yardımlar alıb, məndən xəbərsiz 2 oglan övladımı ABŞ-da sığınacaq almaq ücün sənədlər düzəldib ölkədən qacırtmaq istəyir.

Buna rəğmən adam məndən əl cəkmir, alimenti ödəməkdən yayınmaq adıyla məni 08-04-2025-ci il tarixində Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin əməkdaşı Babayev Orxan Azad oğlunun əliylə həbs etdirməyə cəhd etdi.Sag olsun Mingəçevir Məhkəmə hakimi mənə qarşı qurulan oyunları pozub inzibati həbsə atdırmadi.Amma onlar yenə də məni haram yolla qazandığı puldan basaraq Məhkəmə icraçısının əliylə Məhkəmədə həbs etdirmək istəyirlər.Cünki bilirlər men heç yerdə işləmirəm,ali təhsilim yoxdu hüququmu bilmirəm.
Sonda onu da qeyd edim ki, men 03.04.2025 tarixdə, saat 11:15 da, Bakı Şəhəri Xətai Rayon Məhkəməsində 2(011)-2668/2025 saylı iş üzrə iddiaçı qismində məhkəməyə müraciət etmişəm.
Martin 4-də işə baxılıb,hal-hazırda uşaq tələbiylə olan məhkəmə prosesim davam edir.
Hörmətli Mehriban xanım,bu neçə illərdə sizin qadınların sosial rifahının yüksəldilməsi, onların hüquqlarının qorunması, bizə verilən dəyərin və göstərilən qayğının bariz nümunəsinə arxalanaraq
göydə Allah yerdə sizi deyib bu zalımlardan sizə sığınıb kömək istəyirəm.

Redaksiyadan:Faktla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Tünzalə Məmmədova
simalregion.az

Dünyapress TV

Xəbər lenti