“Mən efir adamıyam. 28 ildir Azərbaycan mediasına, dövlətinə, xalqına, millətinə alnıaçıq, üzüağ xidmət edən jurnalistəm, aparıcıyam. Televiziya aparıcısı əlbəttə ki, televiziyada olmalıdır. Nəhayət ki, mən də qayıtdım”
Bunu Moderator.az -a açıqlamasında tanınmış teleaparıcı Aytən Səfərova deyib. O daha sonra bildirib ki, baş verən avtomobil qəzasında o günahkar deyil.
“İşimlə bağlı istintaq hələ ki, davam edir. Azərbaycanın hüquq-mühafizə orqanlarının bu məsələdə obyektiv qərar çıxaracağına inanıram. Kadrlar var. Kadrlarda da hər şey görünür. Allah qoysa o kadrlar ictimailəşəndə hamı gör deyəəcək və biləcək ki, mənim orada heç bir günahım yoxdur” deyə aparıcı bildirib. Aytən Səfərova övladlarından da danışıb.
“Balaca oğlun Nizami 1-ci sinfə getdi. Ortancıl oğlum artıq 4-cü sinif şagirdidir. Qızım da 2-ci kurs tələbəsidir. Gələcəyin psixoloqudur. Kliniki psixologiya ixtisasında təhsil alır. Gələcəkdə Azərbaycanda hüquq-mühafizə orqanlarında psixoloq kimi çalışmaq istəyir. İnşallah, təki elə də olsun. 4-cü sinifdə oxuyan oğlum polis olmaq istəyir. Mən elə bilirdim ki, bu sadəcə bir həvəsdir, görürəm ki, yox israrlıdır. Balaca oğlum da hələ heç bilmir məktəb nədir?” deyə aparıcı bildirib.