"Azərbaycan Beynəlxalq Bankı"nın (ABB) sabiq rəhbəri Cahangir Hacıyevin həyat yoldaşına məxsus dəbdəbəli London şəhərciyi və qolf klubu müsadirə edilib.
Gundemxeber.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA) məlumat yayıb. Böyük Britaniyada Hacıyevanın əldə etdiyi sərvətin mənbəyini araşdırılıb. Məlumatda bildirilir ki, hələ 2018-ci ilin noyabrında NCA Hacıyevanın qızının 500 min dollar dəyərində zərgərlik məmulatını müsadirə edib. Daha sonra 2019-cu ilin yanvarında NCA Hacıyevanın ərindən hədiyyə olaraq aldığı 1,5 milyon dollarlıq "Cartier "üzüyünü müsadirə edib. İndi isə Hacıyeva Londonun Naytsbricdəki 17,8 milyon dollarlıq evindən, həmçinin Berkşir ştatının Askot şəhərindəki qolf klubundan imtina etməyə razılaşıb. NCA hesab edir ki, həm ev, həm də qolf klubu külli miqdarda dələduzluq, oğurluq və çirkli pulların yuyulması yolu ilə əldə edilib. NCA-nın məlumatında o da qeyd olunub ki, müsadirə olunan əmlak satışa çıxarılacaq və satışdan əldə edilən xalis gəlirin 70%-ni Böyük Britaniya hökumətinə təhvil veriləcək. Yerdə qalan 30% isə Hacıyevaya qaytarılacaq.