Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vitse-prezidenti və baş naziri, Dubayın hökmdarı Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun qızı Şeyxa Mahranın "İnstagram"dakı paylaşımı maraq doğurub.
TEREF teleqraf.com-a istinadən bildirir ki, şahzadə sosial şəbəkə hesabında ərindən boşandığını elan edib.
Şahzadə paylaşımında ərindən boşadığını deyib: "Əziz ərim, sən başqa işlərlə məşğulsan, boşandığımızı elan edirəm. Mən səndən boşanıram, boşanıram, boşanıram. Özünə yaxşı bax. Sənin keçmiş arvadın".
Əvvəlcə sosial şəbəkə izləyiciləri şahzadənin hesabının oğurlandığını düşünüb. Ancaq sonradan hər iki tərəf sosial şəbəkədə bir-birini izləməni dayandıraraq toy fotolarını silib.
Cütlük ötən ilin aprelində möhtəşəm mərasimlə evlənib və ilk övladları 2 ay əvvəl dünyaya gəlib.