Uzun illər Rusiyanın "Rossiya 1" telekanalında yayımlanan "Vesti" proqramının aparıcısı olmuş Fəridə Kurbanqaleyeva axtarışa verilib.
Jurnalistə qarşı cinayət işi Rusiya Daxili İşlər Nazirliyi tərəfindən açılıb.
Fəridə Kurbanqaleyeva Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2 (terror fəaliyyətinə ictimai çağırış, terrora ictimai bəraət qazandırmaq və ya terrorizmin təbliği) maddəsi ilə ittiham olunur.
Məlumat üçün əlavə edək ki, Fəridə Kurbanqaleyeva hazırda Praqada yaşayır. O, Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına qarşı çıxıb, mütəmadi olaraq Kreml siyasətini tənqid edir.