Ardını oxu...
Plexanov adına Rusiya İqtisad Universitetinin Politologiya və Sosiologiya kafedrasının dosenti, “Rusiya Zabitləri” Ekspert Şurasının üzvü Aleksandr Perenciyev Ermənistanın nəqliyyat kommunikasiyalarının, o cümlədən Zəngəzur dəhlizinin açılması istiqamətində heç bir real istək nümayiş etdirməməsi ilə bağlı danışarkən bildirib ki, bundan Azərbaycan yox, erməni ictimaiyyəti narahat olmalıdır.

DİA.AZ xəbər verir ki, bu barədə o, Oxu.Az-a müsahibəsində deyib:

“Bu, Bakını narahat etməməlidir. Qoy Azərbaycan, Rusiya və digər maraqlı dövlətlər öz iqtisadiyyatlarını inkişaf etdirsinlər, əsas vəzifə budur. Əgər, məsələn, İrəvan birgə və sərfəli layihələrdə iştirak etmək istəmirsə, onda nə etməli? Hər şey məğlub Ermənistandan yan keçməklə baş tutacaq. Ona görə də, bundan Azərbaycan yox, erməni ictimaiyyəti narahat olmalıdır.

Əgər Ermənistanda irəliyə doğru hərəkəti revanşizm əngəlləyirsə, qoy istədiklərini etsinlər. Ancaq onun yanında nəinki inkişafa davam edəcək, həm də dünyanın digər ölkələri, o cümlədən Rusiya ilə sıx əlaqədə olacaq Azərbaycan və Türkiyə var.

Ermənistan Rusiyanın müttəfiqidir, o cümlədən Avrasiya İqtisadi İttifaqı çərçivəsində də. Amma İrəvan əməkdaşlığa yox, Moskvadan yardım almağa köklənib. Rusiya isə həmişə kömək etməyəcək. İndi bütün beynəlxalq münasibətlərin, o cümlədən iqtisadi münasibətlərin institusional dizaynı dəyişir. Amma Ermənistanda nədənsə buna əhəmiyyət vermirlər.

Amma Azərbaycan və Türkiyə başa düşürlər ki, Qərbin olmadığı yeni iqtisadi birliklərdə və modellərdə qarşılıqlı faydalı əsaslarla iştirak etmək lazımdır. Ermənistanda isə iqtisadi yardıma (Rusiya Federasiyasından - red.) öyrəşiblər, qisas almaqdan danışırlar, amma bunlar boş şeylərdir.
Ardını oxu...
Azərbaycan Silahlı Qüvvələrinin keçmiş Laçın dağ-atıcı alayının ilk komandiri, ehtiyatda olan polkovnik Arif Paşa Gundem.az-a müsahibə verib.

Materialı təqdim edirik:

– Arif bəy, Laçının Azərbaycana qaytarılmasına sayılı günlər qalıb. Laçın dedikdə ilk yada düşən şəxslərdən biri sizsiniz. İstərdim ki, 30 il öncəyə qayıdaq. Laçının müdafiəsinə cavabdeh olan şəxs kimi sizin işğala münasibətinizi bilmək maraqlı olardı…

– Mən Laçın şəhərində doğulmuşam, laçınlıyam. Hələ sovet dövründə rayon Xalq Deputatları İcraiyyə Komitəsi sədrinin müavini olmuşam. 1988-ci ilin iyununda Laçın rayon Xalq Cəbhəsini yaratmışam və ona başçılıq etmişəm. Cəbhənin İdarə Heyyətinin üzvü seçilmişəm. Sonrakı fəaliyyətim barədə isə yəqin ki, məlumatınız var. Bəli, mən Laçının müdafiəsinə cavabdeh şəxs olmuşam. Laçın işğal olunandan sonra 1993-cü ilin avqust ayında ölüm cəzası nəzərdə tutulan 13 maddə ilə ittiham olunmuşam. 1994-cü ilin sentyabrın 21-də Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından qaçırılmışam. Daha sonra özüm məhkəməyə müraciət etmişəm ki, barəmdə istintaq aparılsın, hökm verilsin. 1995-ci ilin mayında bəraət almışam.

– Qayıdaq Laçının işğalına…

– Bəli, mən hələ o zaman da bildirmişəm ki, Laçını ermənilərə Rusiyaya bağlı qüvvələr verdi. O vaxt həm siyasi, həm də hərbi rəhbərlikdə Rusiyaya bağlı olan qüvvələr vardı.

– Bəlkə konkret ad çəkəsiniz?
– 4-cü istiqamət üzrə ərazinin məsul komandiri Elbrus Orucov, onun təsiri altında olmuş, hazırda Rusiyada yaşayan Şahin Musayev. Bunlar Laçının verilməsində bilavasitə günahkar olan şəxslərdir. Rusiya imkan vermədi ki, o adamlar həbs edilsinlər.

– Bəs, sizi niyə həbs etdilər?

– Mən Laçın alayının komandiri idim. Amma Laçının işğalından 18 gün qabaq vəzifəmdən kənarlaşdırılmışdım. Qərargah rəisi Şahin Musayev milli adamları sevmirdi, ona görə də onları ordudan uzaqlaşdırırdı. Milli məfkurəli adamlar ya işdən çıxarılırdı, ya həbs edilirdi, ya da öldürülürdü. Rusiya KQB-si Azərbaycanda at oynadırdı. Mənə qarşı gülünc ittihamlar irəli sürülmüşdü. Üst-üstə 5 il həbsdə qaldım. Milli Məclisin amnistiyası ilə azadlığa çıxmışam. Bizə qarşı repressiya aparanlar 2017-ci ildə Tərtər hadisələrini törədən şəbəkə idi. Milli motivli düşmənçilik, qisasçılıq aparırdılar bizə qarşı. Şükürlər olsun ki, bunlar keçmişdə qaldı. Və biz bu gün doğma Laçınımıza qayıtmaq ərəfəsindəyik.

– Siz Qarabağın işğalını Rusiyanın üzərinə atırsınız. Nə dəyişdi ki, 2020-ci ildə Rusiya Azərbaycanın öz torpaqlarını azad etməsinə mane ola bilmədi?

– Burada bir neçə səbəb var. Ermənistandakı siyasi vəziyyət, Azərbaycan və Rusiya rəhbərliyi arasında münasibətlər və Rusiyanın əvvəlki imkanlarının olmaması. Bu gün Rusiyanın başı öz problemlərinə qarışıb. Rusiyanın türk nəfəsliyi qalıb. Putin ağılsız deyil ki, o nəfəsliyi bağlasın. Bizim qələbəmizin 3 əsas səbəbkarı var. Ali baş komandan ordu və xalq.

– Vaxtilə Xətai rayonunun prokuroru olmuş, hazırda mühacirətdə yaşayan həmyerliniz Mahir Cavadov da sizi Laçını ermənilərə verməkdə ittiham edirdi. Buna münasibətiniz necədir?

– Mənim həbsimin səbəbkarlarından biri də elə Mahir Cavadovdur. Cavadovlar mənim mərhum prezident Heydər Əliyevə qarşı guya terror planımın olması barədə yuxarılara məlumat verdilər və həbsimə bais oldular. Amma sonradan günahsızlığım təsdiq olundu. Ümumiyyətlə, Mahir Cavadovun ağılı yerində deyil. Ağzına gələni danışır. Mən Mahirə təklif etmişdim ki, gəl təkbətək görüşək. Qorxdu, gəlmədi.

– Hazırda ermənilər Laçın şəhəri və ətraf kəndlərdəki evləri yandırırlar. Azərbaycan ordusu bu prosesin qarşısını ala bilərmi?

– Ermənilər eyni vandallğı 2021-ci ildə Kəlbəcərdə də törətmişdilər. Biz imkan verməməliydik ki, ermənilər oranı yenidən odlasınlar. Özümüzü hədsiz humanist kimi göstəririk. Amma unutmamalıyıq ki, özümüzü nə qədər humanist aparsaq belə, Qərbin, Rusiyanın bizə münasibəti dəyişməyəcək. Biz milli iradəyə, daxili gücə güvənməliyik. Biz mütləq yeni Laçın yolunda Nəzarət Buraxılış Məntəqəsi qurmalıyıq. Bunu etməsək ermənilər Qarabağda min hoqqadan çıxacaqlar. Yandırmaq, qırmaq, məhv etmək erməni xislətinin göstəriciləridir.

– Əhalinin Laçına qayıdışını necə görürsünüz? Sizcə, qısa müddət ərzində əhali yurd-yuvalarına qayıda biləcəkmi?

– Mən də istərdim ki, əhali Laçına tez qayıtsın. Amma bu proses bizdən asılı olmayan səbəblərə görə çətindir. Ərazilər minalanıb, ev yox, təsərrüfat yox. Yəqin ki, dövlətin qayıdışla bağlı müəyyən proqramları var. Bir neçə gün öndə “Qaçqınkom”da Laçın, Zabux və Sus kəndlərinin sakinlərilə görüş oldu. Görünür, hökumət Laçın sakinlərini daha tez yerləşdirmək istəyir. Əhalinin Qarabağa köçürülməsi dövlətimizin mövqelərinin orada daha da güclənməsinə səbəb olacaq.

– Sizin Laçındakı eviniz qalırmı?

– Ermənilər Laçına girəndə, bəlkə də ilk yandırdıqları ev mənim evim olub. Onlar məni yaxşı tanıyırdılar. Laçın Alayının komandiri olmuşam. Ermənilərə qarşı bir sıra uğurlu əməliyyatlarımız olub. Onlar məndən qisas almaq istəyirdilər. Həm o vaxtı Dağlıq Qarabağ muxtar vilayətinin erməni rəhbərliyi, həm də Ermənistanın xüsusi xidmət orqanları məni axtarırdılar. 1988-dən mən Qarabağın müdafiəsinə qalxmışam. 88-ci ilin fevralın 15-də Xankəndində erməni separatizminin fəaliyyətə başlamasından iki gün sonra erməni separatizminə qarşı gizli silahlı təşkilat yaratdım. 88-də AXC-nin Laçın rayonu üzrə müdafiə komitəsini yaratmışam. Komitənin sədri olmuşam. İlk milli əsgər marşımız mənin komandiri olduğum alayda səsləndirilib. Azərbaycan DTX-sı, milisi, siyasi rəhbərliyi bizim əleyhimizə idi. Bir tərəfdən də ermənilər ayağa qalxmışdılar. Yəni ermənilər üçün mən sıradan biri olmamışam. Laçına qayıdaq, daha gözəl evlər tikərik.

– Hazırda Dağlıq Qarabağda erməni separatçılarına rəhbərlik edənlərdən kimləri tanıyırsız? Onlarla təmaslarınız olubmu?

– Mənim şəxsən tanıdığım separatçı ermənilərdən çoxu bu gün dünyada yoxdur. Sərkisyanı, Köçəryanı biz adam yerinə qoymurduq. Bizim heç vaxt ağlımıza gəlməyib ki, 60 minlik bir toplum Azərbaycanı məğlub edə bilərdi. Təbii ki, onları Rusiya idarə edirdi. Onda Araik-zad tanınmırdı. Kim idi ki, o? İnşallah, onun da cəzası veriləcək. Mən Xankəndidəki ermənilərin gələcəyini Qarabağda görmürəm. Heç ermənilər də bizimlə bir yerdə qalmaq istəmirlər. Mən həmişəm qeyd etmişəm ki, Qarabağ erməniləri üçün xilas yolu Azərbaycan vətəndaşlığıdır.

 
Ardını oxu...
“TikTok” proqrama mətn əsasında şəkil yarada bilən süni intellekt aləti əlavə edib.

Yeni effekt “AI greenscreen” adlanır.

Ondan istifadə üçün istədiyiniz şəklin təsvirini mətn formasında yazmalı və proqramın onu yaratmasını gözləməlisiniz.

“TikTok” tərəfindən yaradılan şəkillər video fon kimi istifadə edilə bilər.

Proqram abstrakt təsvirlər təqdim etsə də, açıq şəkildə erotik və ya zorakı görüntülər yaratmır.
Ardını oxu...

Mənbə: ferra.ru
 
 
 

Ardını oxu...
“İran regionda coğrafi sərhədlərin dəyişdirilməsi ilə qəti şəkildə razılaşmayacaq”. Xatırladaq ki, bunu keçən həftə İran prezidenti İbrahim Rəisi Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığında deyib.

Rəisi iki ölkəni bir-biri ilə tarixi və dərin əlaqələr bağladığını qeyd edərək, Tehranla İrəvan arasında daimi iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra İslam Respublikasının prezidenti son günlər Qafqaz regionunda müşahidə olunan gərginliyə toxunub.

“Qafqaz regionunda sülhün və təhlükəsizliyin təmin olunmasının ən yaxşı yolu atəşin dayandırılması barədə üçtərəfli bəyannamə imzalayan ölkələrin sazişin müddəalarına hörmətlə yanaşması və qalan problemləri dialoq və diplomatik vasitələrlə həll etməsidir. İran heç bir halda regionda coğrafi sərhədlərin dəyişdirilməsini qəbul etmir”, – deyə İbrahim Rəisi bildirib.

Ermənistanın baş naziri Nikol Paşinyan telefon danışığı zamanı “son günlər Azərbaycanla gərginləşən vəziyyətlə bağlı” ətraflı məlumat verib.

Paşinyan Tehran-İrəvan münasibətlərinin inkişafından da məmnunluğunu bildirib.

Onun sözlərinə görə, İrəvan iki ölkə arasında yüklərin tranzitini asanlaşdırmağa, infrastruktur, o cümlədən yollar və energetika sahəsində əməkdaşlığı genişləndirməyə hazırdır.

Burada ən maraqlı məqam İran prezidentinin konkret nə demək istədiyi ilə bağlıdır? O, hansı sərhəd dəyişikliyindən danışır? Sərhəd dəyişikliyini kim istəyir? Tehran doğrudanmı hesab edir ki, Azərbaycan Ermənistanın Sünik bölgəsini, Zəngəzuru ələ keçirməyi planlaşdırır? Yoxsa bu, başqasına xəbərdarlıqdır? Amma kimə?

Bəlkə Rəisinin bu çıxışı “Azadlıq” radiosunun erməni xidmətinin Meğri şəhərinin hakimiyyət orqanlarına istinadla verdiyi son xəbərlə bağlıdır? Orada deyilir ki, Rusiya sərhədçiləri bir müddət əvvəl Sünik bölgəsinin yollarında, Meğridən Aqarağ, Şvanidzor, Alvank, Nrnadzor istiqamətinə gedən yollarda beş modul keçid-buraxılış məntəqəsi quraşdırıblar.

Bu mənbələrə görə, Rusiya FTX-nin sərhədçiləri bütün vətəndaşları və nəqliyyat vasitələrini saxlayıb yoxlayır və yalnız bundan sonra onların hərəkətinə icazə verirlər. Bundan əvvəl Rusiya sərhədçiləri yalnız İranla sərhədə nəzarət edirdilər.

Ermənistandakı bir sıra siyasi qüvvələr rus sərhədçilərinin bu yola nəzarət etməsi xəbərini yolun Zəngəzur dəhlizi çərçivəsində Azərbaycana təhvil verilməsinə hazırlıq kimi qiymətləndiriblər. Dia.az xəbər verir ki, politoloq, Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu bu məqamlarla bağlı fikirlərini Press Klubla bölüşüb:

– Burada çoxlu suallar ortaya çıxır. İran prezidenti bunun mətbuata çıxacağını bilə-bilə niyə belə bir bəyanat verib? Düşünürəm ki, bu, əvvəlcədən razılaşdırılıb, əks halda Rəisinin bu sözləri ictimaiyyətə açıqlanmazdı. Və çox güman ki, bu, Azərbaycana ünvanlanmayıb. Düşünürəm ki, bu mesaj ilk növbədə Ərdoğanın Putinlə Soçi görüşündən sonra Rusiya və ya Türkiyəyə ünvanlanıb. Soçi görüşündən sonra Rusiyanın liberal dairələrində belə şərhlər yayılmağa başlayıb ki, guya Türkiyə lideri Rusiyanı üstələyib, Putin Türkiyədən dəstək müqabilində Cənubi Qafqaz və Suriyada mövqelərini təhvil verir.

Biz Türkiyə rəsmilərinin Rusiyaya qarşı bir sıra yumşaq bəyanatlar səsləndirdiyinin şahidi olduq və mümkündür ki, bunu rəhbər tutan iranlılar indi Rusiyanın Türkiyəyə müəyyən güzəştlərə gedəcəyini düşünürlər. Bu, ilk növbədə Zəngəzur dəhlizinin açılması qorxusu ilə bağlıdır. Və ola bilsin ki, Rusiya sərhədçilərinin Meğridəki sərhəd məntəqələrini nəzarətə götürməsi İranda narazılığa səbəb olub. Axı İranın Rusiya ilə əməkdaşlığı və tərəfdaşlığı çox şərtlidir. Mən həmişə bunu demişəm. Hətta Suriyada onların öz aralarında o qədər dərin ziddiyyətləri var ki, Rusiya İsrail təyyarələrinə orada yerləşən İran hərbi obyektlərini və İranpərəst qüvvələrə məxsus bazaları bombalamağa icazə verir. Yəni, bəlkə də ilk növbədə regionda gedən prosesləri bu cür qavraması Tehranın Moskvaya inamsızlığını artırır. İkincisi isə Tehran hesab edir ki, Ankara ilə Moskva arasında Türkiyənin bölgəyə buraxılması ilə bağlı hansısa gizli razılaşması var.

Məncə bütün bunlar bir qədər şişirdilib. İlk növbədə, Rusiya bir çox sahələrdə kifayət qədər mürəkkəb geosiyasi oyun oynayır və mən Rusiyanın istər Suriyada, istərsə də Cənubi Qafqazda Türkiyəyə hər hansı güzəştə gedəcəyini düşünmək fikrindən uzağam. Çünki Cənubi Qafqazın itirilməsi Moskva üçün Stavropola qədər bütün torpaqların, yəni eyni zamanda Şimali Qafqazın itirilməsi demək olacaq.

İran anlayır ki, bu gün Rusiya Federasiyası üçün Tehranla razılıqdansa, Ankara ilə razılığa gəlmək daha vacibdir. Çünki Ankara da Moskva ilə ikili-üçlü oyun oynayır. Yəni demək istəyirəm ki, bu, Türkiyədən çox Rusiyaya mesajıdır. Rusiya FTX qoşunlarının Ermənistanda hərəkəti, yeni sərhəd məntəqələrini nəzarətə götürməsi Tehranın sonda Rusiya Federasiyasının Zəngəzur dəhlizinin açılmasına razılıq verə biləcəyindən ehtiyatlanmasına səbəb olur. İran bunu istəmir – Xamneyi Putin və Ərdoğanın Tehrana səfəri zamanı açıq şəkildə bildirmişdi. Rəisi isə daha da irəli gedərək bunu daha sərt formada təkrarlayır.

Amma tutaq ki, İran bunu istəmir. Deyək ki, həqiqətən də regionda sərhədlərə bəzi dəyişikliklər edilməsi güman edilir (baxmayaraq ki, mən bunu tamamilə qəbuledilməz və qeyri-mümkün hesab edirəm, çünki Ermənistan müstəqil dövlət və beynəlxalq hüququn subyekti kimi qəbul edilir) – amma bu halda belə, Tehranın fikri sonuncu olaraq soruşulacaq. Belə bir şey olarsa, çətin ki, kimsə İranla hesablaşsın. Baxmayaraq ki, bunun baş verəcəyini düşünmürəm.
 
Ardını oxu...
DİA.AZ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin Hafta.az-a müsahibəsini təqdim edir:

- Musa müəllim, məlum olduğu kimi, bu yaxınlarda Prezident İlham Əliyevin müharibə əlillərinə xüsusi qayğısını əks etdirən növbəti sosial dəstək proqramına start verilib. Belə ki, Nazirlər Kabinetinin yeni təsdiq etdiyi Qaydaya uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb. Bu addımın əhəmiyyəti haqqında fikirlərinizi bilmək istərdik. Ümumiyyətlə, hökumət tərəfindən müharibə əlilləri, şəhid ailələri və bu kateqoriyadan olan digər insanlar üçün daha hansı dəstək proqramları nəzərdə tutulur?

- Qarabağ müharibəsi şəhidləri, qaziləri, müharibə veteranları cəmiyyətimizin ən hörmətli üzvləridir. Onlara həm dövlətimiz, həm də cəmiyyətimiz tərəfindən yüksək səviyyədə qayğı və diqqət göstərilir. Azərbaycan qanunvericiliyi ilə bu kateqoriyadan olan insanlara bir sıra güzəşt və imtiyazlar müəyyən edilib. Eyni zamanda, cənab Prezidentin Fərman və Sərəncamları ilə onların pensiya təminatı, müavinət və təqaüd təminatı yüksək səviyyədə həyata keçirilir. Qarabağ qaziləri və şəhid ailələri üzvləri ən yüksək Prezident təqaüdü və pensiya ilə təmin olunmuşlar. Bu qəbildən olan insanlara bir sıra aktiv və passiv sosial müdafiə tədbirləri nəzərdə tutulub və ardıcıl olaraq həyata keçirilir. Həmin tədbirlərdən də biri bu yaxınlarda cənab Prezidentin Sərəncamı ilə artıq həyata keçirilməyə başlayan Birinci Qarabağ müharibəsi qazilərinin sosial sığorta haqlarının ödənilməsi ilə bağlıdır. Məlumdur ki, Birinci Qarabağ müharibəsi bitəndən sonra həmin dövrdə şəhid olanlar üçün 11 min manat sığorta haqları ödənilmişdi. O proses bitənə yaxın artıq Vətən Müharibəsi başladı. Vətən Müharibəsi şəhidlərinin və qazilərinin də problemlərinin həlli istiqamətində dövlətin xeyli büdcə yükü yaranmışdı. Lakin buna baxmayaraq Birinci Qarabağ müharibəsində qazi olan, sağlamlığını itirən və əlillik dərəcəsi alan insanlara da dövlətin qayğısı olaraq I dərəcə əlilliyə görə - 8 800, II dərəcə əlilliyə görə - 6 600, III dərəcə əlilliyə görə - 4 400 manat olmaqla sığorta ödənişi həyata keçirilməyə başlanmışdır. Bu da cənab Prezidentin sözügedən qəbildən olan insanlara yüksək diqqət və qayğısının bariz nümunəsidir.

Demək olar ki, istər Birinci, istərsə də İkinci Qarabağ müharibəsi qazilərinin və şəhidlərinin mənzil təminatı da yüksək səviyyədə həyata keçirilir. Artıq 2014-cü ilə qədər növbəyə duran şəhid ailələri və qazilərin hamısı mənzillə təmin olunub. Eyni zamanda, İkinci Qarabağ müharibəsi şəhid ailələrinin hamısına artıq mənzillər verilib. Birinci Qarabağ müharibəsi qazilərinin isə 2024-cü ilə qədər hamısının mənzillə təmin olunması barədə cənab Prezident göstəriş verib və hal-hazırda bu proses davam edir. İndiyə qədər ehtiyacı və tibbi göstərişi olan 7500-dən çox Qarabağ müharibəsi qazisinə minik avtomobilləri verilib ki, bunların da böyük əksəriyyəti Birinci Qarabağ müharibəsinin qaziləridir. Matorlu araba və ən yüksək səviyyədə, yəni, dördüncü nəsil rəqəmsal texnologiyalar əsasında işləyən protezlərlə təminatda da həm Vətən Müharibəsi, həm də Birinci Qarabağ müharibəsi qaziləri bu qayğı ilə əhatə olunmuşdur. Onların övladlarının təhsil haqlarının özəl ya dövlət universitetlərində oxumaqlarından asılı olmayaraq dövlət tərəfindən ödənilməsi, güzəştli şərtlərlə ipoteka kreditlərinin verilməsi, mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə torpaq sahələrinin ayrılması, kiçik biznes qurmaq məqsədilə istər Sahibkarlığa Kömək Fondundan güzəştli şərtlərlə biznes kreditləri verilməsi, istərsə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünəməşğulluq proqramına növbədənkənar cəlb olunması və ilk növbədə təmin olunması, sanatoriya, kurort müalicəsi, ölkə daxilində müalicəsi olmayanların xaricə göndərilməsi və dövlət büdcəsi hesabına müalicəsinin təmin edilməsi və digər sosial müdafiə tədbirləri mütəmadi olaraq həyata keçirilir. Və bu cənab Prezidentin, hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu qəbildən olan insanlara qayğısının, diqqətinin nünunəsi olaraq bütün Azərbaycan cəmiyyətinə bir mesajdır ki, həmin insanlar bizim torpaqlarımızın işğaldan azad olunmasında, Vətənimizin qorunmasında, ərazi bütövlüyünün təmin olunmasında həyatlarını, sağlamlıqlarını itiriblər, xəsarət alıblar. Və cəmiyyətin hər bir üzvü də bu insanlara yüksək qayğı göstərməlidir. Yəqin ki, bu proses davam edəcək və bundan sonrakı dönəmlərdə də həmin insanların istər pensiyalarının, müavinət, təqaüdlərinin artırılması, istər mənzil-məişət şəraitinin yaxşılaşdırılması, istərsə də iş yerləri ilə təmin olunması istiqamətində dövlətin siyasəti davam edəcəkdir.

- Hazırda digər ölkələr kimi Azərbaycanda da sürətli inflyasiya prosesi gedir. Hökumətin antiinflyasiya tədbirlərini nə dərəcədə effektli hesab etmək olar? Sizcə, bu istiqamətdə əlavə olaraq daha hansı addımların atılmasına ehtiyac var?

- Hesab edirəm ki, hökumətin antiinflyasiya tədbirləri öz nəticələrini verməkdədir. Artıq proqnozlaşdırılan kimi inflyasiyanın artım sürəti aşağı düşüb və ilin ikinci yarısında və ilin sonuna qədər inflyasiyanın daha aşağı tempdə olacağı gözlənilir. Buna görə də ərzaq məhsullarının, xidmətlərin qiymətinin artımı ilə əlaqədar hökumətin gördüyü tədbirlər, atdığı addımlar o cümlədən əmək haqlarının, təqaüdlərin artırılması, pensiyaların məbləğinin artırılması istiqamətində görülən işlər bundan sonra da davam edəcək. Əgər ehtiyac yaranarsa belə bir dövlət proqramı da qəbul oluna bilər. Və yaxud da cənab Prezidentin Sərəncamı ilə müvafiq qurumlara tapşırıqlar da verilə bilər. Xatırlayırsınızsa, ötən ilin oktyabrın 16-da ölkə Prezidentinin “Antiinflyasiya tədbirlərinin gücləndirilməsi və inflyasiya şəraitində vətəndaşların sosial rifahının qorunması” ilə bağlı Sərəncamı olmuşdu. Həmin Sərəncama müvafiq olaraq bu ilin əvvəlindən əmək haqlarının artırılması, pensiya, təqaüd və digər sosial ödənişlərin artırılması baş vermişdir. Amma hələlik proseslər hökumətin nəzarəti altındadır və hökumətin ilin sonuna qədər verdiyi proqnozlar özünü doğruldur. Və inflyasiyanın orta məbləği təxminən 12-13 faiz olacağı gözlənilir.

- İnflyasiya fonunda minimum əməkhaqqı və pensiyaların yenidən artırılması gündəmdədirmi?

- Azərbaycan qanunvericiliyinə görə, minimum əməkhaqqı ildə bir dəfə dövlət büdcəsi müzakirə olunarkən yaşayış minimumuna uyğun olaraq nəzərdə tutulur. Eyni zamanda, ehtiyac meyarı da həmin dövrdə qanunla müzakirə olunur. Hələlik bu məsələ gündəlikdə deyil. İstər yaşayış minimumunun, istər ehtiyac meyarının artırılması məsələsi yəqin ki, payızda dövlət büdcəsi müzakirə olunarkən gündəmə gələ biləcək.

- Son günlər ölkədə koronavirusa yoluxanların sayı yenidən artır. Belə fikirlər var ki, payızda təkrar karantin rejimi tətbiq oluna bilər. Sizcə, yoluxma tendensiyası bu şəkildə davam edərsə yenidən sərt karantin barədə qərar qəbul oluna bilərmi?

- Təəssüf ki, bütün dünyada koronavirus pandemiyası hələ də davam edir. Azərbaycanda da son ay ərzində yoluxma hallarının artması müşahidə olunur. Düzdür, indi yoluxmaya səbəb olan geniş yayılmış omikron ştammı nisbətən yüngül keçir, fəsadları azdır, ölümə nadir hallarda rast gəlinir. Amma bu heç birimizi arxayın salmalı deyil. Hesab edirəm ki, vaksinasiya prosesi bundan sonra da davam etməlidir. Payızda soyuqların düşməsi ilə əlaqədar olaraq hansı tədbirlərin görülməsini də yəqin ki, Operativ Qərargah özü müəyyən edəcəkdir.

Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibə verib.

AzToday.az müsahibəni təqdim edir.

– Cənab Prezident, ilk növbədə, icazənizlə bugünkü səfərinizlə bağlı təəssüratlarınızı öyrənmək istərdik.

– Mənim bölgələrə səfərlərim müntəzəm xarakter daşıyır, həm vəziyyətlə tanış olmaq, həm də əlavə göstərişlərin verilməsi üçün. Gedən işlərə, bildiyiniz kimi, özüm nəzarət edirəm və son illər ərzində bütün bölgələrdə quruculuq-abadlıq işləri daha geniş vüsət almışdır. Bu gün Ağsu, İsmayıllı rayonlarına səfərim çərçivəsində burada görülmüş və görüləcək işlər haqqında həm göstərişlər verilmişdir, eyni zamanda, məruzələr edilmişdir.

Son illərdə hər iki rayonda böyük infrastruktur layihələri icra edilmişdir. Demək olar ki, infrastruktur layihələrinin əsas hissəsi başa çatmışdır. İstər qazlaşdırma, istər elektrik enerjisi, su təchizatı, yolların tikintisi ilə bağlı çox böyük layihələr icra edilmişdir. Təkcə onu demək kifayətdir ki, dağlıq rayon olmasına baxmayaraq, İsmayıllı rayonunda qazlaşdırma 80 faizdən çoxdur, Ağsu rayonunda 100 faizə yaxındır. Bu iki rayonda son illərdə 10-dan çox elektrik yarımstansiyası inşa olunmuşdur və elektriklə təchizat tam təmin edilib. Yolların çəkilişi ilə bağlı – həm kənd yollarında, eyni zamanda, İsmayıllı-Muğanlı yolunun yeni hissəsində işlər icra edilir.

Sosial infrastrukturla bağlı böyük layihələr icra olunub. Hər iki şəhərdə – Ağsuda və İsmayıllıda 160 çarpayılıq xəstəxana tikilmişdir, 100-ə yaxın məktəb inşa edilmiş, ya da əsaslı şəkildə təmir olunmuşdur. İş yerlərinin yaradılması ilə bağlı böyük layihələr icra edilib. Bir sözlə, bu bölgənin gələcək inkişafı ilə bağlı çox güclü zəmin yaradılıb. Çünki bildiyiniz kimi, infrastruktur layihələri icra edilmədən inkişafdan söhbət gedə bilməz.

Bu gün isə yolüstü “Diri Baba” türbəsində gedən işlərlə tanış oldum. Bir müddət bundan əvvəl mənim tərəfimdən göstəriş verilmişdir ki, bu tarixi abidəmiz bərpa edilsin, həm konservasiya olunsun, həm də onun ətrafında turizm infrastrukturu yaradılsın. “Diri Baba” türbəsi öz nadirliyi ilə bütün Qafqaz bölgəsində seçilir. Yaşı 500 ildən çox olan bu türbə əsrlər boyu Azərbaycan xalqı tərəfindən müqəddəs yer kimi tanınıb. Əlbəttə, bizim borcumuzdur ki, bu qədim tarixi abidəni yaşadaq, ona yeni həyat verək, bərpa edək və onun ətrafında mövcud olan şərait də müasir standartlara cavab verməlidir.

Eyni zamanda, Basqal qəsəbəsinin inkişafı, Basqalın tarixi irsinin qorunması ilə bağlı bir neçə il bundan əvvəl mənim tərəfimdən xüsusi Sərəncam verilmişdir. Bu Sərəncam əsasında Dövlət Turizm Agentliyi burada artıq bir müddətdir ki, işlər aparır. İşlərin təqribən 50 faizi başa çatıb və bu gün hər kəs bunu görə bilər. Basqal bizim qədim kəndlərimizdən biridir, özünəməxsus tarixə malik olan bir yerdir. Əlbəttə, mən çox istəyirdim ki, həm bu yerin tarixi siması qorunsun, eyni zamanda, burada yaşayan insanlar üçün daha yaxşı şərait yaradılsın, – bunu da biz təmin etdik, – iş yerlərinin yaradılması üçün yeni imkanlar açılsın. Əminəm ki, Basqal qəsəbəsi Lahıc qəsəbəsi kimi, bu bölgənin çox qədim tarixi yaşayış məkanı olaraq öz simasını bütün dünyaya açacaq. Yəni, həm Azərbaycan vətəndaşları, həm ölkəmizdə olan qonaqlar, bildiyiniz kimi, indi Lahıca durmadan səfərlər edirlər. Əminəm ki, eyni aqibət Basqal qəsəbəsi üçün də olacaq. Bu məqsədlə bu tarixi yaşayış yerinin konservasiyası, bunun tarixi simasının qorunması xüsusi əhəmiyyət daşıyır.

Bu gün Basqal qəsəbəsinin girəcəyində yeni, 179 otaqlı müasir otelin açılışı oldu. Bu otelin açılışı, əlbəttə ki, bölgənin turizm potensialını böyük dərəcədə genişləndirəcək. Eyni zamanda, İsmayıllı rayonunda bu obyektlərin yaradılması yüzlərlə iş yerinin açılması deməkdir. Təkcə Basqaldakı oteldə 300-ə yaxın iş yeri açılır və orada işləyənlər də yerli vətəndaşlardır.

Bu gün, eyni zamanda, Ağsu rayonunda böyük aqroparkın fəaliyyəti də bölgə iqtisadiyyatına töhfə verir. Orada da 200-ə yaxın iş yeri açılıb.

Yəni, iş yerlərinin açılması prosesi Azərbaycanda daim aparılmalıdır. Çünki bizim əhalimiz artır, iş yerlərinə tələbat artır. Dövlət öz tərəfindən həm dediyim layihələrin icrası nəticəsində, eyni zamanda, özəl sektor üçün yaradılmış şərait nəticəsində yeni iş yerlərinin açılmasına böyük dəstək olur.

Əlbəttə ki, bu bölgənin həm turizm, həm kənd təsərrüfatı istiqamətləri bölgənin gələcək inkişafını təmin edəcək. Kənd təsərrüfatının inkişafı ilə bağlı əvvəlki illərdə qəbul edilmiş qərarlar öz bəhrəsini verir. Bildiyiniz kimi, bu gün ərzaq təhlükəsizliyi ilə bağlı dünyada çox böyük narahatlıq var. O cümlədən Azərbaycan da bu istiqamətdə fəal iş aparır. Görülmüş və görüləcək işlər nəticəsində biz özümüzü bu sahədə də təmin etmiş ölkəyə çevirəcəyik və ərzaq təhlükəsizliyi məsələləri, əminəm ki, Azərbaycanda maksimum dərəcədə təmin olunacaq.

– Cənab Prezident, növbəti sualımız ərzaq təhlükəsizliyi ilə bağlıdır. Artıq buna toxundunuz. Qiymətlərin durmadan artması, xüsusilə taxıl qıtlığı bu gün dünyada başlıca mövzulardan birinə çevrilib. Azərbaycanda bu istiqamətdə hansı tədbirlər nəzərdə tutulur, hansı addımlar atılır?

– Biz əlbəttə, öz iqtisadiyyatımızı dünya iqtisadiyyatına inteqrasiya edərək bazar iqtisadiyyatının bütün təməl prinsiplərini Azərbaycanda tətbiq etdik. Bu gün Azərbaycanın ümumi daxili məhsulunun strukturuna baxsaq, görərik ki, ümumi daxili məhsulumuzun əksər hissəsini özəl sektor formalaşdırır, həm yerli şirkətlər, həm xarici investorlar, xarici şirkətlər. Belə olan halda dünyada gedən istənilən iqtisadi proses bizə də təsirsiz ötüşmür, bizə də təsir edir. O cümlədən dünyada mövcud olan ərzaq mallarının bahalaşması da, əlbəttə ki, bizə də təsir edir. Bu il dünyanın əksər ölkələrində inflyasiya ikirəqəmli inflyasiyadır. Bildiyiniz kimi, inkişaf etmiş ölkələrdə inflyasiya çox aşağı səviyyədə olur. İndi biz hətta o ölkələrdə ikirəqəmli inflyasiyanı görürük.

Ərzaq mallarının qiymətinin qalxması da Azərbaycana bir növ, – əgər belə demək mümkündürsə, – idxal olunub. Çünki biz hələ də özümüzü tam, yəni, 100 faiz əsas ərzaq məhsulları ilə təmin edə bilmirik. Ancaq bu istiqamətdə ardıcıl işlər aparılır. Məsələn bizim üçün ənənəvi olmayan heyvandarlıq sahəsində, yəni, – mən sovet dövrünü nəzərdə tuturam, o vaxt heyvandarlıq Azərbaycanda demək olar ki, az inkişaf etmişdi, – bu gün biz özümüzü ət məhsulları ilə 90 faiz, quş əti ilə 80 faiz, süd, süd məhsulları ilə 85 faiz səviyyəsində təmin edirik. Əminəm ki, növbəti 3-5 il ərzində biz yüz faiz səviyyəsinə çıxacağıq, baxmayaraq ki, tələbat da artır. Çünki əhali artır.

Amma əfsuslar olsun ki, biz özümüzü taxılla hələ uzun illər tam təmin edə bilməyəcəyik. Özümüzü buğda ilə təminetmə əmsalı Azərbaycanda bu ilin əvvəlinə 62 faiz idi. Məhz bu məqsədlə xüsusi proqram işlənib hazırlandı, yeni növ subsidiyaların tətbiq edilməsinə start verildi və bunun nəticəsində əminəm ki, ərzaqlıq buğdanın Azərbaycanda istehsalı kəskin artacaq. Ancaq bu, vaxt tələb edəcək. Mən hesab edirəm ki, təqribən 3-4 il ərzində biz özümüzü ərzaqlıq buğda ilə 80 faiz səviyyəsində təmin edə bilsək, bu, çox böyük nəticə olacaqdır. Ona görə taxılın qiymətinin dünya bazarlarında qalxması bütün ölkələrə təsir göstərir. Ancaq bugünkü vəziyyət ondan ibarətdir ki, təkcə qiymətdən söhbət getmir, eyni zamanda, taxıl qıtlığı yaşanır. Bildiyiniz kimi, Rusiya-Ukrayna müharibəsi nəticəsində bir çox ölkələr fiziki cəhətdən öz əhalisini buğda ilə, taxılla təmin edə bilmirlər. Çünki taxılın əsas ixtracatçıları Rusiya və Ukrayna olduğu halda, indi müharibə əlbəttə ki, bu məsələdə çox böyük əngəllər törətmişdir. Ancaq Azərbaycanda bu sahədə heç bir problem yoxdur. Biz ənənəvi olaraq taxılı da, gübrəni də Rusiyadan alırıq. Rusiyalı tərəfdaşlarımızla əldə edilmiş razılaşmalar nəticəsində Azərbaycana istədiyimiz qədər həm gübrə, həm taxıl ixrac edilir və ediləcək. Gübrəyə gəldikdə isə, bildiyiniz kimi, biz özümüz də artıq gübrə istehsalçısı olmuşuq və hətta karbamid gübrəsini ixrac edirik. Amma digər gübrələr Azərbaycana idxal olunur.

Bir sözlə, bax, bu amillər reallıqdır və biz real həyatda yaşayırıq. Özümüzü bütün problemlərdən tam sığortalamaq üçün praktiki işlər aparırıq və aparacağıq. Əminəm ki, növbəti illərdə həm bu gün mövcud olan əkin sahələrində daha bol məhsul götürmək üçün suvarma layihələri, düzgün aqrotexniki tədbirlərin görülməsi və digər tədbirlər, subsidiyalar nəticəsində biz məhsuldarlığı böyük dərəcədə artıra biləcəyik. Eyni zamanda, biz artıq azad edilmiş torpaqlarda da əkin-biçinlə məşğuluq. Mənim göstərişimlə vaxt itirmədən əkin işləri aparılmışdır, minalardan təmizləmə işləri aparılmışdır. Hesab edirəm ki, gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar, o cümlədən ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində bizə böyük kömək göstərəcək.

– Elə bu mövzunun davamı olaraq, erməni işğalından azad edilmiş torpaqlarımızda Sizin göstərişinizlə əkin işləri aparılır. Azad edilmiş ərazilərdə, ümumiyyətlə, kənd təsərrüfatı sahəsində hansı işlər görülür?

– Azad edilmiş ərazilərdə həm kənd təsərrüfatı, həm maldarlıq, həm bitkiçilik üçün çox münbit iqlim və təbii şərait var. Biz, əlbəttə ki, maksimum dərəcədə bundan səmərəli şəkildə istifadə etməliyik. Eyni zamanda, ərzaq təhlükəsizliyi ilə bağlı mövcud olan məsələlər, bu günün məsələləri deyil. Sadəcə olaraq, Rusiya-Ukrayna müharibəsi nəticəsində bu məsələlər daha da kəskinləşir. Əlbəttə, torpaqlarımız işğalçılardan azad olunandan sonra mən dərhal göstəriş verdim ki, biz vaxt itirmədən bu torpaqlarda əkin-biçinlə məşğul olmalıyıq. Bu il 50 min hektarda taxıl əkilmişdir və artıq məhsul yığımı da sona çatmaq üzrədir. Düzdür, məhsuldarlıq çox aşağıdır, bu da təbiidir. Çünki uzun illər bu torpaqlar istifadəsiz qalmışdır, suvarma da yoxdur, dəmyə şəraitində taxıl yetişdirilir və birinci ildir ki, əkin aparılmışdır. Ona görə hektardan orta məhsuldarlıq təqribən 1 tondan aşağıdır. Ancaq əminəm ki, növbəti illərdə məhsuldarlıq daha da artacaq, əkin sahələri artacaq. Mən hesab edirəm ki, biz azad edilmiş torpaqlarda taxılçılıq üçün ən azı 100 min hektarı dövriyyəyə buraxmalıyıq və əlbəttə ki, bütün müasir aqrotexniki tədbirlərin görülməsi, o cümlədən suvarma məsələlərinin düzgün təşkil edilməsi şərtilə. Xüsusilə nəzərə alsaq ki, bizim əsas çaylarımız da erməni işğalına məruz qalmışdı. Mənfur düşmən bizi öz suyumuzdan da məhrum etmişdi. Bildiyiniz kimi, Tərtər çayının suyundan biz faktiki olaraq istifadə edə bilmirdik. Həkəri çayın suyundan, Bazar çayın suyundan istifadə edə bilmirdik. Bunlar, azad edilmiş torpaqlarda əsas çaylardır, amma o çayların sayı daha da çoxdur.

Ona görə bu amili nəzərə alsaq və azad edilmiş torpaqlarda kənd təsərrüfatının müasir planlı şəkildə ixtisaslaşma əsasında təşkili bizə imkan verəcək ki, oraya qayıdacaq insanlar əkin-biçinlə məşğul olmaqla öz güzəranını özləri təmin edəcəklər, yaxşı vəsait əldə edəcəklər, eyni zamanda, ölkəmizin ərzaqla təminatı və ixrac imkanları böyük dərəcədə artacaq. Məsələn, Kəlbəcər, Laçın, Zəngilan rayonlarında heyvandarlığın çox böyük perspektivləri var və biz vaxt itirmədən artıq ikinci ildir ki, çobanları qoyun sürüləri ilə oraya göndərmişik və bunun nəticəsini görürük. Arıçıları göndərmişik. Artıq Kəlbəcər və Laçın rayonlarında yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür. Artıq biz bal ixracatçısına çevrilmişik.

Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında taxılçılıq, o cümlədən üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri inkişaf etməlidir. Yəni, dövlət öz tövsiyələrini verəcək. Fermerlərə, oraya qayıdacaq vətəndaşlara həm dəstək göstərəcək, subsidiya verəcək, tövsiyə verəcək, onların yetişdirdikləri məhsulu bazarlara çıxarmaları üçün dəstək olacaq. Bu bölgələrdə – Şərqi Zəngəzur və Qarabağ bölgələrində kənd təsərrüfatının inkişafı, yenə də deyirəm, ən müasir əsaslar üzərində qurulmalıdır. Çünki biz faktiki olaraq işlərə sıfırdan başlayırıq, ona görə səhvə yol verə bilmərik. Vaxtilə Azərbaycanda aparılmış kənd təsərrüfatı islahatı zamanı buraxılan səhvlərə yol verə bilmərik. Hər şey düzgün, şəffaf olmalıdır və əminəm ki, bunun nəticəsində ən böyük məhsuldarlıq məhz işğaldan azad edilmiş torpaqlarda olacaq.

– Cənab Prezident, məlum olduğu kimi, avqustun əvvəllərində erməni təxribatı nəticəsində Qarabağda qarşıdurma baş verdi. Bu hadisə ilə bağlı nə deyə bilərsiniz?

– Bəli, Ermənistan tərəfi növbəti dəfə silahlı təxribata əl atdı. Bu hərbi təxribat nəticəsində bir hərbçimiz şəhid oldu. Allah ona rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ancaq hər kəs gördü və görməlidir ki, şəhidimizin qanı yerdə qalmadı. Biz dərhal “Qisas” əməliyyatı keçirərək şəhidimizin qanını aldıq və qarşı tərəfi ciddi cəzalandırdıq. Bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz. Biz öz torpağımızda istənilən əməliyyatı istənilən zaman apara bilərik. Sadəcə olaraq, “Qisas” əməliyyatının çox təsirli, ancaq qısamüddətli olması onu göstərir ki, bizim gücümüz də yerindədir, eyni zamanda, biz yeni müharibə istəmirik. Çünki İkinci Qarabağ müharibəsi gücümüzü göstərdi və biz istədiyimizə hərbi və ondan sonra hərbi-siyasi yollarla nail olduq. Digər arzularımıza da çatacağıq, zaman gələndə onlara da çatacağıq. Bizim gündəliyimizdə həm taktiki, həm strateji addımlarımızın təsbit edilməsi reallıqdır. Əminəm, Ermənistan da bilir ki, biz bilirik nəyi nə vaxt etmək lazımdır və nəyi deyiriksə, onu da edirik. Dəfələrlə Ermənistana xəbərdarlıq etmişdik ki, odla oynamasınlar, özlərini yaxşı aparsınlar, yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar. Əfsuslar olsun ki, bu dəfə də onlara dərs verməli olduq. Ümid edirəm ki, bu dəfə bu dərs onların yaddaşında qalacaqdır. “Qisas” əməliyyatı təkcə şəhidimizin qisasının alınması məqsədi daşımırdı. Digər məqsədlər, vəzifələr Ali Baş Komandan kimi mənim tərəfimdən qarşıya qoyulmuşdu və bütün vəzifələr icra edildi. Nəticə də bəllidir, bu barədə çox danışmaq istəmirəm. Təkcə onu demək istəyirəm ki, nə istəmişiksə, onu da etmişik, artıqlaması ilə və qarşı tərəf bunu bir daha qəbul etməyə məcburdur.

Prinsip etibarilə gələcəkdə Ermənistanın bu vəziyyətlə, yeni reallıqla barışması labüddür, çünki başqa yolu yoxdur. “Qisas” əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz, nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə hansısa telefon zəngi. Heç nə və heç kim. Bunu Azərbaycan xalqı yaxşı bilir. İkinci Qarabağ müharibəsi bunu göstərmişdir. Əminəm ki, qarşı tərəf də bunu bilir. Sadəcə olaraq, hərdənbir bunu unudur. Ona görə bax bu faciəvi hadisələr baş verir.

Biz müharibədə Zəfər çalmışıq. Biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Nə üçün bizim övladlarımız müharibədən sonra ölməlidir? Nə üçün ermənilər tərəfindən öldürülməlidir? Biz buna imkan verə bilmərik. Bir daha demək istəyirəm, əgər yenə də, buna oxşar təxribat təkrarlanarsa, cavab daha da sərt olacaq, daha da peşman olacaqlar, daha da gur səslə imdad diləyəcəklər. Amma yenə də deyirəm, bizim niyyətimiz yeni müharibə başlamaq deyil. Kifayətdir. Biz istədiyimizə nail olmuşuq. Biz istəyirik ki, erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etsin. Bu, Ermənistanın öhdəliyidir, 10 noyabr 2020-ci ildə Ermənistan tərəfindən imzalanmış kapitulyasiya aktında təsbit edilib və biz buna nail olacağıq və nail oluruq.

Onu da bildirməliyəm ki, “Qisas” əməliyyatından sonra yüzlərlə erməni hərbçisi Qarabağ bölgəsindən çıxarılıb. Bu onu göstərir ki, əfsuslar olsun ki, belə əməliyyatların təsiri var. Ona görə “əfsuslar olsun” deyirəm ki, buna gətirib çıxarmaq lazım deyildi. Sadəcə olaraq, Ermənistan bizim xəbərdarlıqlarımızı düzgün təhlil edib düzgün nəticə çıxarsaydı, buna ehtiyac qalmazdı. Hər halda, birinci biz başlamamışıq. Biz istədiyimizi təmin etmişik, öz torpağımızda möhkəmlənmişik və möhkəmlənəcəyik.

– Cənab Prezident, Azərbaycan tərəfi Ermənistana vaxt vermişdi ki, bu il avqust ayının sonuna qədər Laçın şəhəri, Zabux və Sus kəndlərini boşaldaraq geri qaytarsın. Bununla bağlı məsələ nə yerdədir?

– Əslində, bu tarixi Qarabağda Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazidə yaşayan yerli ermənilər bizdən xahiş etmişdilər. Biz də buna razılaşdıq. Onu da bildirməliyəm ki, 10 noyabr 2020-ci il Bəyannaməsində açıq-aydın göstərilir ki, yeni yol çəkiləcək və üç il ərzində bu yolun planlaşdırılması və razılaşdırılması təmin edilməlidir. Onu da bildirməliyəm ki, bu bəndi üçtərəfli Bəyanata saldıran məhz mənəm. Çünki 2020-ci il noyabrın 9-da son danışıqlar aparılarkən, – danışıqlar Rusiya Prezidenti Vladimir Putin vasitəsilə aparılırdı, Ermənistan rəhbərliyi, o cümlədən Rusiya özü də bu danışıqlarda fəal iştirak edirdi, – mən çox təkid edirdim ki, mütləq bu bənd salınmalıdır. Çünki Ermənistanı Xankəndi ilə birləşdirən yol Laçın şəhərinin içindən keçir. Əgər bu bəndi mən saldırmasaydım, o zaman Laçın şəhəri həmin bu beş kilometr enində olan zonaya düşəcəkdi və tez bir zamanda oraya keçmiş köçkünləri qaytarmaq mümkün olmayacaqdı. Ona görə mən təkid edirdim və buna nail oldum ki, bu, məhz o məqsədlə sənədə salındı.

Əlbəttə ki, bütün Qarabağda və Şərqi Zəngəzurda bildiyiniz kimi indi, genişmiqyaslı işlər aparılır, o cümlədən bu yolun tezliklə inşa edilməsi mənim tərəfimdən əsas vəzifə kimi qarşıya qoyulmuşdu. Biz bu yolu cəmi bir il ərzində inşa etdik, 32 kilometr uzunluğunda olan bir yoldur. Ondan əvvəlki dövrdə, İkinci Qarabağ müharibəsindən dərhal sonra biz bu yolun marşrutu ilə bağlı Rusiya tərəfi ilə danışıqlara başlamışdıq. Yəni, bu yol öz-özünə yaranmadı. Biz bu yolu razılaşdırdıq. Bir neçə marşrut var idi və nəticədə bu marşrut seçildi. Rusiya Müdafiə Nazirliyi ən yüksək səviyyədə bu marşrutu bizimlə razılaşdırdı və təsdiqlədi. Əgər başqa cür olsaydı, biz Rusiyanın müvəqqəti nəzarətində olan ərazidə necə yol inşa edə bilərdik? Yəni, bu, təbiidir. Əgər kimsə bizi ittiham etmək istəyir ki, biz nəyisə qanunsuz etmişik, yaxud da, hansısa birtərəfli addım atmışıq, qətiyyən belə deyil. Biz istənilən səviyyədə bunu sübut edə bilərik. İndi Rusiyanın rəsmi orqanlarına sorğu göndərilə bilər, necə bu yol tikilib bütün sənədlər var, bütün razılaşmalar var. Bu marşrut razılaşdırılmışdır. Əlbəttə ki, biz bu marşrutu Ermənistanla razılaşdırmalı deyildik. Çünki Ermənistanın buna heç bir aidiyyəti yoxdur. Sadəcə olaraq, Ermənistana bildirildi ki, Ermənistan sərhədinə çıxış hansı nöqtədən olacaq və onlar da öz tərəfindən yeni yolu o nöqtəyə gətirib çatdırmalı idilər. Amma əfsuslar olsun ki, bunu etmədilər. Nə üçün? Vaxtı uzatmaq üçün. Bunun başqa səbəbi yoxdur.

Biz bu yeni Laçın yolunu inşa etməyə başlayanda Rusiya tərəfi vasitəsilə Ermənistana müraciət etdik və dedik ki, – çünki mən təxmin edirdim ki, onların necə deyərlər belə hoqqabazlığı olacaq, -təklif etmişdik ki, gəlin biz də sizin ərazidə yol tikək. Orada cəmi 8-9 kilometrdir. İmtina etdilər bundan. Dedilər ki, yox, biz özümüz edəcəyik. Və nə vaxt buna başladılar?! Özü də buna başlamaq demək mümkün deyil, çünki elə ancaq texniki-iqtisadi əsaslandırmasını bunlar indi işləyirlər. O vaxt ki, biz artıq rəsmi məktubla Rusiya tərəfinə bildiriş göndərdik. Bildiriş göndərdik ki, bu yolu biz başa çatdırırıq avqustun 5-də və xahiş edirik ki, siz sülhməramlı kontingentin postlarını köhnə yoldan yeni yola keçirin. Bu da təbiidir. Biz bu məktubu onlara göndərəndə yəqin ki, Ermənistan tərəfi də o məktubla tanış oldu, ondan bir gün sonra Ermənistan bəyan etdi ki, biz bu yolun iqtisadi əsaslandırmasını başlamaq istəyirik və 2023-cü ilin sonuna qədər biz bunu inşa edəcəyik. Yəni, bu, faktiki olaraq manipulasiyadır. Tamamilə qeyri-ciddi və qeyri-adekvat addımdır. Biz dedik, əgər belədirsə, onda biz avqustun 5-də Laçın dəhlizinə giririk, postlar qururuq və baxarıq sonra siz necə hərəkət edəcəksiniz. Ondan sonra aləm dəydi bir-birinə və Qarabağda yaşayan ermənilər bizə müraciət etdilər, xahiş etdilər. Dəfələrlə xahiş etmişdilər ki, onlara avqustun sonuna vaxt verilsin. Biz də buna razı olduq. Çünki indi avqustun 5-i olmasın, 25-i olsun, sentyabrın 1-i olsun böyük fərq etmir. Eyni zamanda, Qarabağda yaşayan ermənilər bizə müraciət etdilər ki, Ermənistan sərhədinə birləşdiriləcək nöqtəyə qədər 4 kilometr qrunt yolu da Azərbaycan tiksin. Ona da biz razılaşdıq. Amma əlbəttə ki, Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Bu, təbiidir. Onların orada qalması, əslində, hərbi cinayətdir. Çünki o, Cenevrə konversiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Bəlkə də orada yaşayanlar Suriyadan, Livandan gəlmiş ermənilər bunu bilmirlər, amma Ermənistan rəhbərliyi bunu yaxşı bilir. Ona görə oradan bəzi xəbərlər gəlir, biri deyir ki, mən çıxmayacağam, o biri deyir ki, mən çıxmayacağam. Özləri bilər. Onlar hərbi cinayətkardırlar. Yenə də bizi, bizim səbrimizi sınağa çəkməsinlər. Öz xoşu ilə oradan çıxıb getsinlər. Haraya gedirlər bizi maraqlandırmır.

Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən Dövlət qaçqınkoma göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar və biz onları yaxın zamanlarda öz doğma yerlərinə qaytaracağıq.

Yəni, hadisə belə cərəyan etmişdir və buradan, bu hadisədən bir neçə nəticə çıxarmaq olar. Birincisi, Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərinə sadiqdir. Biz bu yolu da və digər addımlarımızı da bu öhdəliklər əsasında atmışıq və işləri görmüşük. Ermənistan isə, sadəcə olaraq, yenə də fitnəkarlıqla məşğuldur. Bir də ki, onlar başa düşməlidirlər, vaxt uzatmaq onlara heç nə verməyəcək. Əgər onlar fikirləşirlər ki, bir ildən, ya il yarımdan sonra nəsə dəyişəcək bunların xeyrinə, səhv edirlər. Nəsə dəyişə bilər, amma bizim xeyrimizə. Çünki dünyada, bölgədə gedən geosiyasi vəziyyət göz qabağındadır. Böyük siyasətçi olmaq lazım deyil ki, bunu hər kəs görsün. Azərbaycanın artan gücü, həm hərbi, həm iqtisadi, həm siyasi gücü, Ermənistanın faktiki olaraq, əgər belə demək mümkündürsə, təklənməsi və nə üçün təklənməsi ona görədir ki, onlar haqsızdırlar. Onlar nahaq iş görürlər. Onlar hələ də Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyiblər. Halbuki, mən onlara birbaşa demişəm özü də rəsmi qaydada. Əl çəkin ərazi iddialarından. Əl çəkməsəniz, o zaman biz də ərazi iddiası qaldıra bilərik Ermənistana qarşı. Ona görə vaxt uzatmaq onlara bir şey verməyəcək və eyni zamanda onlar başa düşməlidir bir nəticə də odur ki, Azərbaycan istədiyinə nail olur. Kimin hansı mövqedə olmasından asılı olmayaraq, nail olur və biz bir nöqtəyə vururuq və nəticə də hasil edilir.

Digər nəticə ondan ibarətdir ki, – mən bunu ilk dəfə deyirəm, çünki artıq bu prosesin təzahürləri var idi, sadəcə olaraq, yeni Laçın yolunun hadisəsi bunu daha da qabarıq şəkildə göstərdi, – Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirirlər. Bu, həqiqətdir. Əksinə, Azərbaycan hakimiyyəti öz təsir imkanlarını artırır. Bu, reallıqdır. Bunun səbəbi, məncə, ondan ibarətdir ki, Qarabağda yaşayan ermənilər açıq-aydın gördülər ki, Ermənistan hakimiyyəti onların problemlərini həll etmək iqtidarında deyil – nə təhlükəsizlik, nə iqtisadi, nə maliyyə, nə başqa. Heç bir problemi həll etmək iqtidarında deyil. Əksinə, gördü ki, Azərbaycan hakimiyyəti onlara öz vətəndaşları kimi yanaşır və mən bunu demişəm, birinci dəfə deyil. Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Nə qədər onlar bunu tez dərk etsələr və bu proses artıq başlayır, o qədər də hamımız üçün yaxşı olar.

Bu gün Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur. Belə cəhdlər olub, amma mən buna heç vaxt razılıq verməmişəm. Ermənistanın buna nə dəxli var. Bu, bizim daxili işimizdir. Bu gün danışıqlar masasında hər hansı bir statusdan, ümumiyyətlə, söhbət belə getmir. Nədən söhbət gedir? Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi. Mən də demişəm bəli, onların hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək və mən nəyi deyirəmsə, onu da həmişə icra edirəm. Yeni Laçın yolunun inşası zamanı biz bunu gördük. Çünki mən deyə bilərəm ki, biz bu yolu təzə inşa etməyə başlayanda rus sülhməramlıları bizim inşaatçıları elə bil ki, qoruyurdu yerli əhalidən, ya da ki, onları bizdən, bizim inşaatçılardan. Bilmirəm kimi kimdən qoruyurdu, amma hər halda onlar var idi orada. Bir müddətdən sonra onlar çıxıb getdilər və təqribən son 6-7 ay ərzində, ümumiyyətlə, yol boyunca bir dənə də Rusiyanın sülhməramlıları yox idi, ehtiyac yox idi. Bizim inşaatçılar oradakı kəndlərdə yaşayan yerli ermənilərlə təmasda idilər, hətta onların bəziləri gəlib kömək edirdi, təşəkkürünü bildirirdi ki, belə keyfiyyətli yol tikirik. Ermənistanın tarixində, nəinki Qarabağın, belə keyfiyyətli yol olmayıb. Onların tikdirdiyi yollar indi dağılır, bir il hələ keçməyib. Ona görə bu təmaslar artıq gedir və bu, çox önəmlidir, mən də bunu alqışlayıram. İnsanlar arasındakı təmaslar uzunmüddətli, sülhə xidmət göstərəcək.

Yenə də qayıdıram bu əsas mövzuya. Bu hadisələrin nəticələrindən, önəmli nəticələrindən biri də odur ki, Ermənistan öz təsir imkanlarını itirmək üzrədir, Azərbaycan hakimiyyətinin müsbət təsiri artır və atacaq. Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar, başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Başqa cür mümkün deyil. Yəni, biz real həyatda yaşayırıq. Həm iqtisadi, həm coğrafi, həm nəqliyyat nöqteyi-nəzərdən Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, tarix nöqteyi-nəzərdən, beynəlxalq hüquq nöqteyi-nəzərdən tərkib hissəsidir. Əgər Qarabağda kimsə yenə də, bilmirəm hansısa populizm naminə, yaxud da ki, indi, necə deyərlər, kimdənsə qorxduğu üçün hansısa statusdan, müstəqillikdən söhbət aparırsa, bilmək lazımdır ki, o, erməni xalqının birinci düşmənidir. Çünki Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Ancaq budur yol. Bu hadisələr onu göstərdi ki, biz yenə də anlayışla yanaşdıq. Biz deyə bilərdik ki, yox, ayın 5-idir vəssalam, çıxın gedin, biz gəlirik, dururuq, kim bizi dayandıra bilər? Heç kim bizi dayandıra bilməz. Yüz minlik ordunu kim dayandıra bilər. Özü də Laçın yolu bizim ayağımızın altında. Etmədik onu. Nə üçün? Çünki bizdən xahiş etdilər. Biz də dedik ki, yaxşı gözləyək, ayın sonuna qədər. Yəqin ki, eşitmişiniz, indi orada yerli ermənilər, yəni, nüfuz sahibləri orada yaşayan insanlara deyirlər ki, amanın günüdür, evləri yandırmayın, damları uçurmayın, o santexnikanı çıxarmayın, aparmayın. Yəni, iki il bundan əvvəl bunu deyirdilər? Yox! İki il bundan əvvəl onlar qürurlanırdılar bundan. Ayıb olmasın, bəzi əşyaları belinə alıb harasa aparır, bütün dünyanın gözü qarşısında rəzil oldular. Amma indi deyirlər ki, sənin evin deyil. Sən buraya gəlmisən, nə vaxt gəlmisən sən buraya? 1994-cu ildə. Bəs o vaxta qədər kim yaşayıb burada? Azərbaycanlı yaşayıb, çıx get.

Bax belə, vəziyyət bundan ibarətdir və deyə bilərəm ki, İkinci Qarabağ müharibəsindən təxminən iki il keçir, amma görün bu iki il ərzində nə qədər böyük dəyişikliklər baş verib. Mən hələ orada apardığımız bərpa, yenidənqurma işlərini kənara qoyuram, bunlar hamısı göz qabağındadır. Şüurda nə qədər dəyişikliklər baş verir. Nəyə görə? Düzgün siyasətimizə görə. Çünki müharibə başa çatandan dərhal sonra mən demişəm ki, bizə sülh lazımdır. Biz Ermənistanla sülh danışıqlarına başlamalıyıq. Hələ ki, müsbət cavab almamışıq, amma ümid edirəm ki, alacağıq. Delimitasiya komissiyası yaradılmalıdır. Ona da etiraz edirdilər, nəticədə razılaşdılar. Zəngəzur dəhlizi lazımdır, ona da etiraz edirdilər. İndi yaxın həftələrdə Zəngəzur dəhlizinin marşrutunu biz onlardan gözləyirik. Qarabağda yaşayan ermənilər, onlar da gördülər ki, Azərbaycandan onlara ancaq xeyir gələ bilər.

Ona görə mən gələcəyə nikbinliklə baxıram. Bir daha demək istəyirəm, biz istədiyimizə həmişə nail oluruq. İstədiyimiz də odur ki, bölgədə sülh olsun, əmin-amanlıq olsun, müharibə olmasın, Azərbaycan uğurla inkişaf etsin, xalqımız yaxşı, firavan yaşasın.

– Çox sağ olun, cənab Prezident, müsahibəyə görə təşəkkür edirəm.

– Sağ ol.

Ardını oxu...
Milli Məclisinin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədovun “Yeni Sabah”a müsahibəsi:

– Bildiyiniz kimi, Dövlət Gömrük Komitəsi (DGK) rəhbəri Səfər Mehdiyevin vəzifəsindən azad edildi və bəzi həbslər oldu. DGK-da baş verən son həbsləri və dəyişiklikləri necə qiymətləndirirsiniz?

– Vəziyyət elə əvvəldən gərgin olub ki, bu həbslər baş verib. Əgər DGK sədrinin müavini bu işlərlə məşğul olursa, həbslərin başlaması normaldır. Gömrükdən kifayət qədər böyük şikayətlər var idi. Hətta karqo əməliyyatları çox pis vəziyyətdə idi. Türklərin özü, eləcə də yerli sahibkarlar bu barədə mənə müraciət etmişdilər. Belə şikayətlər var idi və gömrüklə əlaqədar problem böyük idi. Ona görə də bu məsələlər yavaş-yavaş öz həllini tapmalı, gömrük sistemi təmizlənməli və normal insanlar gəlib dövlətə, millətə xidmət etmədilir.

– Bəziləri bildirir ki, baxmayaraq ki, bu dəyişiklər həyata keçirilib, amma problemlər hələ də qüvvədə qalmaqdadır. Problemlərin həlli üçün nə etmək lazımdır?

– Əlbəttə, problemlər hələ də qalmaqdadır. Birdən-birə 2-3 nəfəri dəyişməklə problemlər öz həllini tapmaz ki? Lakin müəyyən qədər müsbət addımlar atılır və mən bunu hiss edirəm. Bütün dəyişikliklərin nəticəsi olaraq biz bunu görürük. Yeni gələn cavan kadrlar və s. daha çox qanuna uyğun işləməyə çalışırlar. Düzdür, onların arasında da bəziləri var ki, əməllərində qanuna uyğun olmayan hərəkətlər var, amma əksəriyyəti normal işləyir və çalışırlar ki, problem yaranmasın. Çünki problem yaransa, onları da belə ağır cəzalar gözləyə bilər.

Amma mən belə hesab edirəm ki, yeni kadrların gəlməsi vacibdir. Dövlət başçısı onların qarşısında tələb qoyub ki, işləmək lazımdır, əhaliylə təmasda olmaq vacibdir və sahibkarları incitməmək lazımdır. Bu iradları da hamı qəbul etməli və buna əməl etməlidir.

– Səfər Mehdiyevin DGK sədri olduğu müddətdə ölkəyə bir sıra məhsulların gətirilməsində gömrük rüsumları bir xeyli qaldırılmışdı. Bir sıra ekspertlərin rəyinə görə isə ölkədə bahaçılığın əsas səbəblərindən biri də məhz bu olub. Lakin Səfər Mehdiyevin vəzifəsindən azad edilməsindən sonra indi də bu rüsumlar qüvvədədir. Müvafiq rüsumların dəyişdirilməsi yönündə onlara yenidən baxmaq mümkündürmü?

– Əvvəla, rüsumları komitə sədri müəyyən etmir. Rüsumları müəyyən edən Azərbaycan hökuməti – Nazirlər Kabinetidir. Biz xüsusi qərar qəbul etmişik ki, lazım olanda Nazirlər Kabineti rüsumları endirir. 0-dan 15-ə qədər rüsumun dərəcəsi var. Lazım olanda sıfırlayır, lazım olanda da qaldırır.

Məsələn, keçən il taxılda və digər məsələlərdə biz neçə dəfə təkliflər vermişik ki, Əlavə Dəyər Vergisi (ƏDV) azaldılsın. Bütün məhsullara 18% ƏDV şamil edilməməlidir. Elə məhsullar var ki, məsələn, ərzaq, gündəlik tələbat malları və s. məhsulların ƏDV-si 2-3% olmalıdır. Amma prestij məhsullar ki, var, məsələn, mebel, maşın və digər məhsullar; bunları qaldırın lap 25-30% qoyun. Amma gündəlik tələbat mallarını aşağı etmək lazımdır. Bu, həm qiymətlərə müəyyən təsir edəcək, həm də əhalinin sosial vəziyyətinin yaxılaşdırılmasına xidmət edəcək.

Ona görə də hökumət bu məsələyə baxmalıdır və rüsumları vaxtı-vaxtında dəyişdirməlidir. O cümlədən də ƏDV çox ciddi bir məsələdir. ƏDV-nin dəyişdirilməsinə çox böyük ehtiyac var. Dünyada belə praktikalar var: prestij məhsullara yüksək, gündəlik tələbat və qida mallarına isə aşağı ƏDV qoyulur.

İndi də bilirsiniz, dünyada ərzaq problemi ilə yanaşı bir sıra ciddi problemlər – inflyasiya, qiymət artımları və s. var. Ona görə də bu məhsulların ƏDV-sini azaltmağa böyük ehtiyac var.

Gömrük rüsumları hökumətin ixtiyarındadır. 0-dan 15-ə qədər rüsumlar var. İkincisi, qanunlar var və hər şey onlara uyğun olmalıdır. Mən rəsmi rüsumları deyirəm. Qeyri-rəsmi indi onlar nə istəyirlər, nə alıb-veriblər, bu, tamamilə başqadır. Elə vəziyyət belə olub deyə, bu dəqiqə həbslər başlayıb, yoxlamalar gedir.
 

Ardını oxu...
İran Prezidenti İbrahim Rəisi və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında növbəti dəfə telefon danışığı olub.

Rəisi İranın Qafqazdakı dəyişiklikləri qəbul etməyəcəyini bildirib:

“İran üçün regionda geosiyasi dəyişikliklər qəbuledilməzdir. Tehran sülh və sabitliyin təmin edilməsi, eləcə də Qafqaz regionunun böyüməsi və inkişafı üçün bütün imkanlarından istifadə etməyə hazırdır”.

Rəisinin Qafqazdakı dəyişiklikdən danışarkən nələri nəzərdə tutduğu sirr deyil. Rəsmi Tehran əslində Azərbaycan və Türkiyənin regionda gücünün, nüfuzunun artmasından narahatdır. Lakin reallıq budur ki, İranın istəyindən asılı olmayaraq, Türkiyə regionun aparıcı dövlətlərindən olmağı bacarıb. Qardaş ölkə artıq Qafqazdadır və İranın narahatlığı heç nəyi dəyişmir.

Dünya bunu Vətən müharibəsində Türkiyənin Azərbaycana dəstəyində, Ağdamdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində və “Şuşa Bəyannaməsi”ndə görüb. Dia.az-ın məlumatına görə, siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev Cebhe.info-ya açıqlamasında bildirib ki, Rəisinin kəskin fikirlərinin məhz Soçidə Türkiyə və Rusiya prezidentlərinin görüşündən sonra səslənməsi diqqət çəkir:

“İbrahim Rəisi Nikol Paşinyana təminat vermək istəyir ki, guya İran Qafqazda hər hansısa siyasi dəyişikliyə imkan verməyəcək. Rəsmi Tehran Azərbaycanın Cənubi Qafqazın lider dövlətinə çevrilməsini, regiondakı siyasi dəyişiklikləri və Türkiyənin Qafqazdakı siyasi hadisələrə daha çox yön verməsini qəbul edə bilmir. Maraqlıdır ki, onların narahatlığı Rusiya Prezidenti Vladimir Putin ilə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın görüşündən sonra başlayıb”.

Həmsöhbətimiz vurğulayıb ki, İran illərdir Türkiyənin gücünü həzm edə bilmir:

“Tehran Vətən müharibəsindən sonra Azərbaycanın yaratdığı yeni reallıqları da qəbul edə bilmir. Həmçinin, Azərbaycan-İsrail münasibətləri də onları həddindən artıq narahat edir. İran Türkiyənin Azərbaycanda təkcə siyasi deyil, iqtisadi və hərbi cəhətdən yerləşməsini həzm edə bilmir. Çünki hazırda Ağdamda türk və rus ordusu da birgə monitorinq aparır. Bununla yanaşı, Azərbaycanın birmənalı şəkildə Türkiyənin ordu sistemlərini qəbul etməsi və NATO səviyyəsində ordu yaratması da İranın xoşuna gəlmir. İran rəsmilərinin bütün açıqlamalarının arxasında yenə də məkr, hiylə və şeytanlıq dayanır”.

Politoloq qeyd edib ki, Rəisi sadəcə İranın deyil, həm də Rusiyanın dili ilə danışır:

“Rusiya Ukrayna müharibəsində aldadıldığını çox gözəl başa düşdü. Kreml çox ciddi bir oyuna çəkildi və bu oyun onu bataqlığa saldı. İndi də Rusiya batmaq üzrə olduğuna görə İranın dili ilə bəzi mesajlar verməyə çalışır. Ümumiyyətlə, Rusiya tarix boyu həmişə çoxüzlü siyasət yürüdüb və heç bir zaman imperiya ambisiyalarından əl çəkməyib. Putin Avropada uduzduğunu Qafqazda əvəzləmək və özünü sığortalamaq istəyir. Lakin o da alınmır. Çünki Ərdoğan həddindən artıq ağıllı siyasət yeridib. Nəzərə almaq lazımdır ki, İranın Ermənistandakı keçmiş səfiri də bir sərsəm bəyanat verib. Onun fikrincə, guya İran ona görə Azərbaycana qarşıdır ki, Türkiyə Suriyada döyüşənləri İran sərhədi üzərindən keçirmək istəyirmiş və Tehran buna mane olub. Görünən odur ki, bunlar artıq bütün hədləri keçiblər. Son baş verənlər fonunda İranın bölgədəki mövqeyi də zəifləyib. Eyni zamanda, çox çətin vəziyyətdir. Bu da istər-istəməz ölkə daxilindəki gərginliyi başqa bir müstəviyə keçirir. Putinin Rəisiyə verdiyi tapşırıqlar həm Rusiya, həm də İranın maraqlarına uyğundur. Çünki bölgədə zəifləmiş və yorğun düşmüş Rusiya-İran cütlüyü yenidən mərkəzə qayıtmaq istəyir”.
 
Ardını oxu...
Azərbaycan ordusunun “Qisas” əməliyyatından sonra bölgədə proseslər yeni mərhələyə keçib.

Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyanın Brüsseldə görüşü ərəfəsində bölgədə yaranmış vəziyyətlə bağlı Cebhe.info-nun suallarını sabiq xarici işlər naziri Tofiq Zülfüqarov cavablandırdı. DİA.AZ onunla müsahibəni təqdim edir:

- Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında Brüsseldə növbəti görüşün keçiriləcəyi barədə məlumat yayılıb. Tərəflər arasında gündəmin əsas mübahisəli məsələlərindən biri olan Laçın dəhlizi ilə bağlı problem artıq həll olunub. Bu halda Brüssel danışıqlarının aktual mövzusu nə olacaq?

- Həm Avropa İttifaqının, həm də ABŞ-ın təklifləri kommunikasiyaların bərpasına texniki yardım göstərməkdən ibarətdir. Ancaq onları Zəngəzur dəhlizi qane etmir. Çünki Qərb-Rusiya qarşıdurması mövcuddur. Qərb isə Rusiyanın İranla, Türkiyə ilə dəmir yolu və ya kommunikasiya əlaqələrinin olmasını istəmir. Ona görə də yeni yolların açılması ilə bağlı təkliflər gündəmə gələ bilər.

Məsələn, Qazaxdan və digər bölgələrdən keçməklə Azərbaycan və Ermənistan arasında quru yolla nəqliyyat əlaqəsinin bərpası məsələsi təklif oluna bilər. Paşinyan Brüsseldə bu mövzunu gündəmə gətirəcək və Qərb ona dəstək verəcək. Çünki Qərb Zəngəzur üzərindən nəqliyyat dəhlizinin alınmamasına çalışacaq. Hazırkı mərhələdə dəhliz Qərbə sərf eləmir.

- Ermənistanın Azərbaycanın qərb hisasəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin təmin olunmasına dair öhdəlikdən növbəti dəfə yayınması bölgədə vəziyyəti gəriginləşdirə bilər. Proseslərin belə inkişafı Qərbə sərf edirmi?

- Qərb-Rusiya qarşıdurması istər-istəməz bizim regiona da sirayət edib. Bu baxımdan, biz Rusiya üçün cənub istiqaməti strateji əhəmiyyət kəsb edir. Baxın, Prezident Putin həftədə iki dəfə Ərdoğanla görüşür, İranla, ərəb ölkələri ilə təmasları artırır. Hiss olunur ki, Qərbi əvəz etmək üçün əsas iqtisadi tərəfdaşlıq istiqaməti kimi cənub dövlətləri və Çin seçilib. Təbii ki, gərginlik olacaq. Azərbaycanın Londondakı səfirliyində baş verən hadisələr də bununla bağlı ola bilər.

- Vladimir Puitin və Nikol Paşinyan son 6 gündə iki dəfə Qarabağ məsələsini telefonla müzakirə ediblər. Birinci söhbət avqustun 2-də, yəni Azərbaycanın “Qisas” əməliyyatına başlamasından bir gün əvvəl, ikinci müzakirə isə avqustun 8-də baş tutub. Danışıqların intensivləşməsi nə ilə bağlıdır?

- Məlumdur ki, bu qarşıdurmada Rusiya Ermənistanı qurban verəcək. Mən hələ xeyli müddət bundan əvvəl demişəm ki, Qarabağ problemi həll olunmaqdadır. Gərginlik Qarabağdan Zəngəzura keçəcək. Artıq bu proses başlayıb.

- Bu proses Azərbaycanın tarixi torpağı olan Zəngəzura iddiasını reallaşdırmağa imkan verəcəkmi?

- Bizim marağımız ondan ibarətdir ki, Zəngəzur ermənilərdən alınsın. İlkin mərhələdə orada Rusiya hərbçiləri olacaq. Onlar sülhməramlılar və ya başqa statusda ola bilər. Ermənistan da bundan narahatdır. İstər-istəməz həmin bölgədə çox mürəkkəb vəziyyət yaranır. Bəzən elə görünür ki, Zəngəzur dəhlizi Azərbaycandan çox Rusiyaya lazımdır. Amma bu dəhliz strateji baxımdan Azərbaycana da lazımdır. Zəngəzur dəhlizi Rusiyaya təzyiq göstərmək üçün Qərbə lazım deyil. Digər tərəfdən, bu mövzu Türkiyənin də, İranın da Qərblə münasibətlərində yer alacaq. Yəni bu baxımdan, bölgədə ciddi proseslər formalaşıb və bunun əsasında Zəngəzur dayanır.

- Yəni Zəngəzur üzərində geosyasi maraqların toqquşması getdikcə artır...

-Bəli. Mənim təhlilim belə qənaət yaradır.

- Azərbaycan Zəngəzur və Laçın dəhlizlərinə status baxımından müqayisəli yanaşır. Yəni Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın mövqeyi necə olacaqsa, Azərbaycan da Laçından keçən yolla bağlı da eyni yanaşma sərgiləməlidir. Bu mənada, Ermənistan Zəngəzurdan dəhlizin və ya yolun açılmasına icazə verməsə, Azərbaycan Laçında hansı cavab addımı ata bilər?

- Burada fərq ondan ibarətdir ki, Laçın dəhlizi ilə bağlı Azərbaycanın öhdəliyi beş illikdir. Ermənistanın Zəngəzurla bağlı öhdəliyi müddətsizdir. 2020-ci il 10 noyabr Bəyanatında qeyd edilir ki, Zəngəzurdan keçən yolun təhlükəsizliyini Rusiya sərhədçiləri təmin edəcək. Sərhədçilər isə orada 1992-ci ildə Rusiya ilə Ermənistan arasında imzalanmış sənəd əsasında yerləşib. Orada isə müddət göstərilməyib. Dəhlizin təhlükəsizliyini və işlək vəziyyətdə olmasını ruslar təmin edəcək. Bunun müddəti yoxdur. Ona görə də Paşinyan bu yaxınlarda deyib ki, sərhədləri biz özümüz qoruyacağıq.

- Sizcə, dəhliz mübahisəsi Rusiya ilə Ermənistan arasında olan problemdir, yoxsa Azərbaycanla Ermənistan arasında? Çünki Ermənistan sərhəddə gömrük-keçid və sərhəd-buraxılış məntəqələri quraşdırmaq istəyir. Dəhliz isə eksterritorial ərazi deməkdir...

- Azərbaycanın xeyiri ondan ibarətdir ki, vaxtilə qanunsuz olaraq Ermənistana verilən Zəngəzur rəsmi şəkildə mübahisəli əraziyə çevrilir. Bu prosesdə kim Azərbaycana yardımçı olsa, biz onun tərəfində olmalıyıq. Çünki Rusiya başa düşür ki, Qarabağ Ermənistanı öz təsir dairəsində saxlamaq vasitəsi deyil. Deməli, Zəngəzur problemi yaradılacaq. Bu da bizim üçün əlverişlidir.

Ermənistan istəyir ki, Zəngəzur üzərində nəzarətini saxlasın. Yəni orada dəhliz deyil, kommunikasiya olsun. Dəhliz isə eksterritorial ərazi deməkdir. Amma kommunikasiyanın təhlükəsizliyini də Rusiya sərhədçiləri qoruyacaq. Orada ermənilər yoxdur. Ona görə də Ermənistan dəhlizi açmalıdır.

-Dəhlizin açılması Rusiyanın maraqlarına cavab verirsə, nə üçün bunu rəsmən tələb etmir?

- Amma Rusiya erməniləri o həddə çatdırır. Ermənistanı asılı vəziyyətdə saxlamaq üçün Rusiyaya dəhliz lazımdır. Bir gün rəsmi İrəvan Rusiyaya hərbi bazalarını Ermənistandan çıxartmağı tələb edə bilər. Çenki bu, ikitərəfli sənədə əsaslanır. Amma dəhliz olsa, orada bir neçə ölkənin öhdəliyi var. Orada həm də Azərbaycan iştirak edəcək. Ermənistan 10 noyabr Bəyanatı ilə öz suverenliyinin bir hissəsindən imtina edib. Azərbaycan beş il müddətinə, Ermənistan isə müddətsiz imtina edib.

-Yəni İranın sərhədlərin bağlanması ilə bağlı narahatlığı da bununla bağlıdır...

-İranın narahatlığı müvəqqətidir. Sonra İran da Azərbaycan, Rusiya, Türkiyə ilə yanaşı, həmin dəhlizin təminatçısı qismində iştirak etmək istəyəcək. Bütün bunlar isə Ermənistanın suverenliyi hesabına baş verəcək.

-Ermənistan sonda bu vəziyyətlə barışacaq, yoxsa hələ müqavimət göstərə biləcək?

-Biz nəzərə almalıyıq ki, bu qarşıdurmada Qərb Ermənistanın tərəfində olacaq. Brüssel görüşündə də Qərb Ermənistanın mövqeyindən çıxış edəcək. Çünki Rusiyanın və Türkiyənin nəzarətində olan dəhliz Qərbə lazım deyil.

- Brüssel görüşündən müsbət nə isə gözləmək olarmı?

- Ermənistan deyəcək ki, gəlin, başqa kommunikasiyaları açaq. Məsələn, Qazaxdan keçən kommunikasiyaları.

- Əgər Ermənistan Bakı-İcevan dəmir yolunu bərpa etmək istəyirsə, ilk növbədə Qazaxın işğal altındakı kəndlərini qaytarmalıdır...

- Bizə tərəf çıxanlar da olacaq, əleyhimizə olanlar da. Biz ciddi hadisələrin qarşısındayıq.

- “Qisas” əməliyyatı zamanı Rusiya sülhməramlıları müşahidəçi mövqe nümayiş etdirdi və Azərbaycana mane olmadı. Moskva bunu Azərbaycanla qaşdurmaya getməmək üçün etdi, yoxsa Türkiyə ilə?

- Azərbaycan və Türkiyə hazırda Rusiyanın xarici siyasəti üçün vacib ölkələrdir. Qərblə əlaqələr getdikcə azalacaq. Rusiya cənub və şərq ölkələri ilə əməkdaşlığa üstünlük verəcək. Ona görə də ermənilərin maraqları heç kimə lazım deyil.

- Bəzi müşahidəçilər isə hesab edir ki, Qarabağ artıq Rusiyaya lazım deyil...

- Qarabağ Azərbaycanı asılı vəziyyətdə saxlamaq üçün işə yaramır. Bu məsələlər müzakirə olunanda Türkiyə Qarabağ mövzusunu gündəmə gətirir. Ərdoğan açıq şəkildə deyir ki, Ermənistan ordusu Azərbaycan ərazisindən çıxmalıdır.

- Amma “Qisas” əməliyyatından sonra erməni silahlı birləşmələri Qarabağdan çıxmadı.

- Çıxacaq.

- Qarabağda yaşayan ermənilər sosail mediada çıxışlarında bildirirlər ki, Rusiya sülhməramlıları onlara Azərbaycan hərbçilərinə mane olmamaq barədə əmr aldıqlarını deyib. Bu tapşırıq nəyə görə verilib?

- Müəyyən müddətdən sonra ermənilər deyəcək ki, Rusiya bizi satıb. Ermənistan onsuz da Qərbə inteqrasiya edəcək. Söhbət ondan gedir ki, Ermənistan Qərbə Zəngəzurla gedəcək, yoxsa yox? Bizə də Ermənistanın Zəngəzur üzərində suverenliyini itirməsi lazımdır.
Ardını oxu...
Son vaxtlar Azərbaycanda quşçuluq məhsullarının istehsalı ilə məşğul olan iş adamlarının aktiv fəaliyyəti nəticəsində bu sahədə mövcud problemlərin bir çoxunun həlli ilə nəticələnib. Quşçuluq sektorunda çalışan sahibkarların birliyi olan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının fəaliyyəti həmçinin bu sahədə kəskin bahalaşmanın qarşısını almağa yönəlib. Assosiasiyanın rəhbəri Mürvət Həsənli ilə müsahibəmizdə bu istiqamətdə görülən və planlaşdırılan işlərlə bağlı danışdıq.

- Mürvət bəy, Assosiasiyanın yaranma zərurəti ilə bağlı danışmağınızı istərdik. Hansı məqamlar bu təşkilatlanmanı vacib etdi?

- Bizdə 1997-ci ildə Azərbaycan Quşçular Cəmiyyəti yaranmışdı. Həmin cəmiyyətin başında rəhmətlik Aydın Vəliyev dururdu. Son vaxtlar həmin cəmiyyət demək olar ki, fəaliyyətsiz idi. Bundan əlavə, bir neçə təşkilat da vardı. Biz 2022-ci ilin fevralında iclas keçirdik və Assosiasiyanı yaratdıq. Həmin iclasda üzvlər məni İdarə Heyətinin sədri seçdilər. Ötən bir neçə ay müddətində biz böyük nəticələrə nail olduq.

- Hansı nəticələrdən gedir söhbət?

- Əsas məsələlərdən biri quş əti istehsal edib satan müəssisələrin satış mərkəzləri, ticarət şəbəkələri ilə problemləri idi. Əti istehsal edir ticarət şəbəkələrinə verirdilər, bağlanmış müqavilələrdə həmin məhsulun pulunun 30 gün ərzində ödənməsi nəzərdə tutulsa da, bəzən 90 gündən də çox çəkirdi bu proses. Ödənişlər edilmirdi, ediləndə qalıq məhsulun pulu üzərindən çıxılırdı və s. Bir sözlə, ticarət şəbəkələrinin toyuq əti istehsalçıları üzərində hegemonluğu vardı. Ona görə biz dəfələrlə bununla bağlı aidiyyatı üzrə müraciətlər etdik, imkan vermədik ki, bu hüquq pozuntuları davam etsin. Dövlət qurumları ciddi dəstək verdilər, sağ olsunlar, şikayətlərimizə ciddi yanaşdılar. Xüsusilə İqtisadiyyat Nazirliyi bizə ciddi dəstək oldu, etdiyimiz bütün müraciətlər obyektiv araşdırıldı. İqtisadiyyat naziri Mikayıl Cabbarova ünvanlanan məktublarımız aidiyyatı üzrə yönləndirildi, həlli tapşırıldı. Digər bir problem ticarət şəbəkələrində soyuducuların texniki parametrlərinin müəyyən edilmiş normalara cavab verməməsi idi. Məsələn, xarici ölkələrdə toyuq əti istehsalçılarına qaytarılan qalıq məhsulun faizi heç 1 faizə çatmır. Bizdə də “Bravo” supermarketlər şəbəkəsində bu belədir. Amma digər ticarət obyektlərində bu rəqəm 4-5, bəzən də 10 faiz idi. Həmin şəbəkələrin indi adlarını çəkmirəm, çünki biz artıq bununla mübarizə aparmışıq və nəticəyə nail olmuşuq. Buna baxmayaraq, yenə də bəzi marketlər var ki, müəyyən problemlər qalır.

- İdxal edilən yem və yem əlavələrinin gömrük rüsumundan, satışının ƏDV-dən azad olunmasını təklif etmişdiniz və bu təklifiniz artıq müsbət qarşılanıb. Bu, toyuq əti istehsalında ucuzlaşmaya səbəb olacaqmı?

- Bəli, idxal edilən yem və yem əlavələrinin gömrük rüsumundan və satışının ƏDV-dən azad olunması da qarşıda duran əsas məsələlərdən idi. İyun ayının 15-20-si arası yem və yem əlavələrinin idxalının və satışının rüsumdan azad olunması ilə bağlı bizim müraciətə baxıldı, müsbət həll olundu. Ən son müraciətimiz soya yağı və günəbaxan jımığının ƏDV-dən azad olunması idi ki, iyulun 1-də cənab Prezident müvafiq qərarı verdi. Bu da ölkədə ət bazarında böyük bir bolluq yaradacaq. Ən azından ətin bugünkü qiymətinin stabil saxlanmasına xidmət edəcək. Biz əvvəllər soyanı 600-700 manata alırdıq, hazırda 1500-1600 manata qalxmışdı. ƏDV-dən azad olunandan sonra 1200-1300 manatdır. Bu isə ətin qiymətinin ucuzlaşmasına kömək edəcək. 1 kilo ətdə yemin dəyəri 68-70 faizdir. Yem ətin qiymətini bahalaşdıra da bilir, ucuzlaşdıra da. Yem və yem əlavələrinin bir sıra ödənişlərdən azad olunması qiymətin düşməsinə səbəb olacaq. Bu, həm də bir növ ətin satışındakı rəqabəti formalaşdırır. Biz artıq xaricdən gələn ətlə rahat rəqabət apara bilirik. Bizdə istehsal olunan ətin 1 kilosu 2-2,10 dollara başa gəlir, Ukraynada 1,20 dollara başa gəlir. Ukraynadan bura ət gətiriləndə, hətta onun gətirilməsi xərcləri ilə belə, biz onunla rəqabətə dözmürdük. Prezidentin soya ilə bağlı son sərəncamı onu göstərdi ki, biz artıq rəqabət etməyə başlayacağıq. Həm süfrə yumurtası, həm ətlə bağlı.

- Ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində Prezident İlham Əliyevin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” fərmanını necə dəyərləndirirsiniz?

- Həmin fərman onu göstərir ki, ölkənin ərzaq buğdası ilə özünü təmin etməsi qarşıya məqsəd qoyulub. Bu istiqamətdə həm də işğaldan azad edilmiş ərazilərimizin potensialından istifadə edilməyə başlanıb. Ümumiyyətlə, mən cənab Prezidentin rəhbərliyi dövrünü bir neçə hissədə dəyərləndirmək istərdim. 2003-2008-ci illəri mən böyük maliyyə tələb edən işlərin görüldüyü dövr kimi dəyərləndirərdim. İri infrastruktur layihələr məhz bu dövrdə reallaşdırıldı və reallaşdırılmağa başladı. Yolların çəkilməsi, ölkə ərazisində qazlaşdırma, yeni ES-lərin tikintisi və s. 2008-2013-cü illərdə isə böyük fermer təsərrüfatlarının yaradılmasına üstünlük verildi. Çox böyük fermer təsərrüfatları yaradıldı. Bu, ölkə iqtisadiyyatında böyük rol oynadı. 2013-dən bəri isə biz dərin emala getdik. Istənilən məhsulu istehsal etdikdən sonra onun emal edilib satılmasını təşkil etdik. Bircə misal deyim, fındıq istehsalında biz dünya üçüncüsüyük. Türkiyə, İtaliya və Azərbaycan ilk üçlüyü təşkil edir. Bu ilə kimi Rusiyada pomidor satışında birinci idik. Kənd təsərrüfatında bir çox məhsullar üzrə ciddi rəqəmlərə sahibik. Elə məhsul var ki, xammal kimi satışı ilə emal edilmiş satışı arasında yüz dəfələrlə fərq var. Buna görə emal sahəsinin qurulması vacib idi və 2013-cü ildən bəri bu istiqamətdə ciddi işlər görülüb. Bu müddət ərzində ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı ilə bağlı böyük proqramlar qəbul edilib, reallaşdırılıb. Bunlar ölkə başçısının aqrar sektora olan diqqəti idi. Süfrə yumurtası istehsalında 130 faiz təminat var. Toyuq əti istehsalında 85 faizin üzərindədir, il sonuna inşallah, 90-92 faizə çıxacaq. Mən belə düşünürəm ki, gələn il 100 faiz olacaq bu rəqəm. Qırmızı ətin istehsalı 87 faizdir, süd istehsalı 85 faizdir. Rəqəmlərə baxdıqca görmək olur ki, böyük inkişaf var. Düşünək ki, biz bunları xaricdən alırıq. Bu zaman təbii ki, xarici valyutaya ehtiyac yaranır, nəticədə isə devalvasiya baş verir. Daxili istehlsa həm də buna görə vacibdir.


- Xaricdən gətirilən toyuq ətinin keyfiyyəti ilə bağlı məsələ qaldırmışdınız. Onunla bağlı hazırda vəziyyət necədir, bazarlarda keyfiyyətsiz məhsullar hələ də varmı?

- Bəli, Belarusdan kənd toyuğu adı altında “halal sertifikatlı” məhsullar gəlirdi. Biz bu məhsulu gətirən adamlarla görüşəndə onlar özlərinə çox arxayın danışırdılar. Hətta dedilər ki, biz istədiyimiz adamı tənbeh edərik, lazım gəlsə hətta naziri də, işimizə heç kim qarışa bilməz. Yəni bu iddialarla bizlə söhbət edirdilər. Məhsullarını aldıq analizə verdik, məlum oldu ki, problemlər var. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən o məhsulların satışına qadağa qoyuldu. Belarusdan gətirilən məhsulların üzərinə yazılıb II sortdur. Bu məhsullar adətən Afrikanın aclıqdan əziyyət çəkən ölkələrinə gedir, ya da kolbasa-sosiska məmulatlarının istehsalına sərf edilir. Amma bizim işbazlar onu bizim bazarlara daxil ediblər. Bildiyim qədərilə, hazırda bu istiqamətdə araşdırmalar gedir.

- Assosiasiya bundan sonra hansı məsələlərin həllini qarşıya məqsəd qoyub?

- Biz əsasən istəyirik ki, bazarlarda yerli məhsulun satışı olsun, keyfiyyətli məhsul satılsın. Yerli məhsulun satışını nəyə görə istəyirik? Məsələn, min ton ətin istehsalında təxminən 600-700 adam çalışır. Ölkəyə ötən il 27 min ton toyuq əti idxal edilib. Bu isə 19-21 min adamın iş yerinin olmaması deməkdir. Biz çalışaq ki, o 27 min tonu da özümüz istehsal edək və 19-21 min adamın da iş yeri olsun. İstənilən halda xaricdən gələn ət donmuş halda gəlir, necə kəsildiyi də bilinmir. Donmuş ət burda açılır, sonra satılır. Bu isə ətin keyfiyyətinin itməsinə səbəb olur. Azərbaycanda isə axşam kəsilmiş toyuq səhər satış mərkəzlərində olur. Bu, soyudulmuş toyuqdur, keyfiyyətini də itirməyib. Biz bu istiqamətdə də təbliğat aparacağıq, həm də əhalinin maarifləndirilməsi ilə bağlı çıxışlar edəcəyik ki, soyudulmuş toyuq alın.


- Keyfiyyətli ət deyəndə həm də bəslənmə metodu gəlir ağıla. Toyuq istehsalında bəslənmə metodunun dəyişdirilməsi gözlənilirmi?

- Azərbaycanda quşçuluq sənayesi son dövrlər çox yaxşı inkişaf edib. Tək “Siyəzən broyler”də sutkada 280 min ton toyuq kəsən kəsimxana var. O səviyyədə təmizdir ki, ora, mən inanmıram ki, kiminsə şəxsi təsərrüfatında o təmizliyə riayət edilir. Keyfiyyətli ət istehsalı deyəndə toyuqçuluqda bu nəzərə alınır: ətlik cücələr necə yaranır? Məndə ana sürüsüdür, ana sürüsünün üstündə nənə sürüsüdür, onun üstündə də sortu yaradan sürülər var. Mən bir neçə ölkədə də bu sürünün içərisində olub maraqlanmışam. Bunlar sortu yaradanlardır, kökəlməyə meyillidirlər. Və bu sürünün yediyi qarğıdalıdır, soyadır, buğda və günəbaxan yağıdır. Bir də bunlara kalsium verilir, hansı ki, kənd toyuğu bunu həyətdə alır, göy-göyərti ilə qidalanır. O cümlədən digər vitaminlər var ki, biz onu yemə qatıb toyuqlara veririk. Şəxsən mən deyirəm ki, çalışın alanda kilolu toyuqlar alın, məsələn, 1,5 kilodan ağır. Niyə? Çünki toyuğa 21-ci günündən sonra mütləq finiş yemi verilməlidir. Bu, artıq AQTA tərəfindən də qoyulmuş tələbdir. Finiş yeminin tərkibində heç nə yoxdur. 21-ci günə kimi soyuqdəymə və digər xəstəliklərə qarşı vaksin olunur. 21-ci gündən 32-ci gününə kimi heç bir vaksin istifadə olunmamalıdır, çünki birbaşa istehlaka gedəcək. Balaca toyuğu alanda onun niyə balaca kəsilməsi sual yaratmalıdır. Toyuq rentabelliliyini 28-ci gündən sonra verir sahibkara. 28 günə kimi olan toyuq necə rentabelli ola bilər ki, onun maya dəyərinin içində cücə oturur, yem, vitamin və digər xərclər oturur? Amma 21-ci günündə finiş yemi verildikdən sonra 28-ci gününədək onun tərkibində nə vaksini qalır, nə antibiotiki, nə dərmanı. Bu baxımdan 28-32-ci gününə kimi gözləyib sonra keyfiyyətli ət almaq olur toyuqdan. Ona görə də ağır toyuqları almaq daha məsləhətlidir. Türkiyədə və dünya dövlətlərində adətən toyuq 2 kilo və 2 kilodan artıq olanda yeyilir. Bu çəkini isə 42-ci gününə kimi əldə etmək mümkündür.

- İxracda vəziyyət necədir? Məsələn, hansı ölkələrə hansı məhsullar ixrac edilir, qarşıda hansı planlar var bu istiqamətdə?

- Bu gün üçün ixracımız süfrə yumurtası kimi Birləşmiş Ərəb Əmirliklərinə, Qətərə var. Səudiyyə Ərəbistanı ilə mən bilirəm ki, iş gedir, İraq, Əfqanıstan istəyir, ancaq satış problemi var deyə, sata bilmirik. Amma müəyyən istiqamətlərdə proses gedir ki, bu ölkələrə də satış təşkil edə bilək. Xaricə ixracımız 2019-cu ildə süfrə yumurtası çox idi, təxminən 100 milyondan artıq idi, bu il o qədər də olmasa, satış var. Ölkələrlə tanışlıq bir az zaman alır. Məsələn, Rusiya bizə süfrə yumurtası satmaq istəyir, amma biz onlara sata bilmirik. Müvafiq qurumları var onların, min cür bəhanə gətirir ki, bazarlarına girməyək. İkisini də toyuq istehsal edir, ikisi də eyni proqramla yem yeyir, amma yenə bəhanələri var. Gürcüstanda bir qutu yumurta 68 manata satılır, bizdə 34-35 manatadır. Biz istəyirik ki, Gürcüstana yumurta sataq, onlar deyirlər ki, biz Avropa standartları ilə işləyirik. Belə götürəndə,Gürcüstan bir çox məsələlərdə bizim əlimizə baxan dövlətdir. Amma onun üzərindən bizə Braziliyadan bud gəlir.

- Azərbaycanda sahibkarlara yaradılan şərait qane edirmi? Başqa hansısa problemlər mövcuddurmu quşçuluq sahəsində?

- Azərbaycanda sahibkarlığa yaradılan şəraiti mən müsbət dəyərləndirirəm. Mən kənd təsərrüfatı sektoru ilə bağlı deyim ki, gömrük təşviqi var, subsidiyalar var, dotasiyalar verilir. İndi bizim qarşımızda duran əsas məqsədlərdən biri damazlıq cücəyə subsidiyaların verilməsidir, bununla bağlı aidiyyatı üzrə müraciət edəcəyik yaxın günlərdə. Ölkəyə xaricdən idxal olunan diri quşların qarşısının alınması da vacib məsələlərdəndir. Bildiyiniz kimi, diri quşlar xarici ölkələrdə fərqli vaksinasiya olduğu üçün xəstəlik mənbəyi sayılır. O xəstəliyin Azərbaycanda qarşısının alınması üçün xaricdən diri quş gəlməməlidir.
Başqa bir məsələ də vaksinlərlə bağlıdır. Bir neçə vaksin var ki, onun ölkədə qeydiyyatı ilə bağlı Nazirlər Kabinetinə yazmışıq. Çox vacib vaksinlər var. Bir azdan quşların miqrasiyası başlayanda, bizim ölkə tranzit yolun üzərində yerləşdiyinə görə xəstəliklər yayıla bilər. Bu baxımdan mütləq o vaksinlərə icazə verilməlidir ki, biz qabaqcadan sığortalaya bilək.

- Bəzi xarici ölkələrdən Azərbaycana quş ətinin idxalına qadağalar qoyuldu. Buna səbəb xaricdən gələn quş ətinin standartlara cavab verməməyi oldu, yoxsa məhz xəstəlik səbəbindən qoyuldu bu qadağalar?

- Bizdə adətən qadağaları o bölgəyə qoyurlar ki, orada xəstəlik tapılır. Məsələn, Ukraynda Dnepropetrovskdən, Türkiyədə Bursadan gələn quş ətinə 3 aylıq qadağa qoyulur ki, xəstəlik bitənə qədər Bakıya gətirilməsin. Mən hər zaman bu cür qadağaların əleyhinə olmuşam, çünki Bursaya qadağa qoyulacaq, gedib başqa bölgədə firma açacaq, ordan göndərəcək. Ümumiyyətlə, ölkəni bağlamaq daha rahatdır. Xaricdən ət gətirməni dayandırmaq lazımdır. Çünki biz bilmirik hansı şəraitdə istehsal edilib o ət. Bir dəfə Ukraynadan gələn əti analizə verdik, rütubətlilik səviyyəsi 34 faiz çıxdı. Yəni ətin tərkibinə 34 faiz su vurmuşdular. Normal isə 6-7 faizdir. Yəni bunu işbazlar edir, hər sahədə bu kimi işbazlıqlar olur.


- Taxıl ehtiyatının formalaşması ilə bağlı planınız vardı, bunun üçün kredit almaq istəyirdiniz, bildiyimiz qədərilə müraciət də etmişdiniz. Nəticə varmı?

- Biz bununla bağlı İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Yardım Fondu ilə görüşdük, müzakirə etdik. Biz mövsümi kredit istəyirdik. Tutaq ki, hər hansı bir firmanın aylıq yemə olan tələbatı 2 milyon manatdır, bu, illik edir 24 milyon manat. Bunun 30 faizini Fond bizə versə, bir il müddətində o vəsait qayıdacaq. Üstünlük onda olacaq ki, Fondun kreditlərində faiz azdır. Mövsüm dövründə yem hər yerdə ucuzdur, bunun üçün biz həmin kreditləri ala bilsəydik, oktyabra kimi Rusiyadan illik tələbatımızı alıb yığardıq. Gətirib yığardıq anbarlarımıza, il uzunu da ətin bahalaşmasının qarşısını alardıq. Fond müəyyən şirkətlərlə danışıqlar aparıb, inşallah, nəticə olmalıdır.

- Mürvət bəy, görünən odur ki, sizin planınız qiymətləri qaldıraraq yox, satışı genişləndirərək qazanc əldə etməkdir. Ticarət mərkəzləri ilə olan problemlərin həllindən danışdınız bayaq, tam həll olunmuş saymaq olarmı bu sahədəki problemləri?

- Demək olar ki, böyük şəbəkələrlə 80 faiz həll edilib. “Bizim Market”, “QranMart” kimi şəbəkələrdə hələ müəyyən problemlər qalır. Fabrik müdirinin marketlərdən 4 milyon alacağı vardı bu işə başlayanda. O 4 milyonu vaxtında alsaydı qarğıdalını 380 manata alacaqdı, amma gecikdiyi üçün 600 manatdan baha aldı. Bu zaman ətin qiyməti avtomatik bahalaşır. Ona görə biz mübarizə aparırdıq ticarət mərkəzləri ilə ki, satdığınız malın pulunu qaytar. Ətin soyudulmuş halda rəf müddəti 7 gündür. Tutaq ki, satış mərkəzinə min ton ət vermişik, onun pulunu 7 günə olmasa da 15 günə qaytarsalar, biz maliyyə sıxıntısı yaşamarıq. Vaxtında verməyəndə isə məcburuq gedib bankdan kredit götürək, faizi də ətin qiymətinin üzərinə gələk. Biz iri şəbəkələrlə bu problemi həll etməyə, demək olar ki, 80 nail olduq, amma təəssüf ki, hələ də bəzi şəbəkələr bizi incidirlər.


- Assosiasiyaya bütün istehsalçılar daxil olub, yoxsa, hələ kənarda qalanlar var?

- Quş əti və yumurta istehsalçılarının demək olar ki, 80 faizini əhatə edirik. Bildiyiniz kimi, bu sahədə başqa bir ictimai birlik yoxdur. Digər bir neçə şirkət var ki, bəzilərinə biz dəvət göndərmişik, yəqin ki, üzv olacaqlar, bəzilərini isə biz istəmirik, çünki istehsal etdikləri ətin keyfiyyəti bizi qane etmir. Elə kəsim müəssisələri var ki, onların məhsulunu satmaq belə günahdır. Yəni o qədər aşağı keyfiyyətlidir.

- Amma onların da məhsulu bazardadır, elə deyilmi?

- Xeyr, onların məhsulu qara bazardadır. Məsələn, 8-ci kilometr bazarında, 3-cü mikrorayon bazarında, oğurluq sata biləcəkləri yerlərdədir. AQTA tərəfindən ciddi nəzarət var bu məsələyə, baytarlıq sertifikatı olmayan müəssisələrin məhsulunun satışı qadağandır! Baytarlıq sertifikatı hər gün alınır. Məsələn, tutaq ki, “Səba” broyler bu gün 50 min toyuq kəsəcəksə, onun sertifikatını alır, marketlərə o sertifikatı təqdim etdikdən sonra əti satışa buraxa bilir. Amma oğurluq kəsim sexləri var ki, vannada yolurlar, paltar maşınında yolurlar, ətin tərkibinə su vururlar, onlar ancaq qara bazarda satır məhsullarını.


- Digər quş əti növlərinin geniş istehsalı nəzərdə tutulurmu?

- İstehsalla bağlı bizdə təcrübə var. Mən hinduşka ətinə girişdim, amma ciddi tələbat olmadı deyə zülüm çəkdim, axırda kolbasa sexinə satdım. Bizdə bu növ ətlər ancaq qış aylarında yeyilir.

Həbibə ABDULLA

AFN.az
 
 

Dünyapress TV

Xəbər lenti