Qarabağda separatçı-terrorçuların videomüşahidə kameraları sıradan çıxarıldı, eyni zamanda, sülhməramlıların gözü qarşısında səngər qazdıqlarının görüntüləri yayıldı. Bu addımın atılması və faktın tirajlanması ilə rəsmi Bakı təmasların qurulmasını istəyən Qərbə Qarabağdakı erməni əhalisinin adından danışmaq istəyənlərin Azərbaycan suverenliyinə təhdid yaratdığını göstərir və onları məhvetmə hüququna sahib olduğu mesajını verir. Və son siyasi proseslər, xüsusilə Xocalı görüşü fonunda bu faktların ortaya çıxması qanunsuz silahlı dəstələrə qarşı mümkün əməliyyatı da aktuallaşdırır.