Əsas təhdid nədir?
Əsas təhdid nədir?
SSRİ-nin dağılmasıyla “soyuq müharibə” bitdi və birqütblü dünyada Amerika Birləşmiş Ştatlarının hegemonluğu artdı. Ancaq 2000-ci illərdən başlayaraq Vaşinqtonun çətinlikləri başladı, Rusiya, Çin, Hindistan və Braziliya kimi ölkələr öz bölgələrində fəallıqlarını artdırdılar.
Buna baxmayaraq, Vaşinqton öz liderliyi uğrunda siyasi və diplomatik mübarizəsini davam etdirir. ABŞ prezidenti Co Bayden hesab edir ki, dünyada ABŞ-ın liderliyinə ehtiyac var: “Biz strateji rəqabət şəraitində dünya quruluşunun formalaşdırılması uğrunda mübarizə aparırıq. Biz çağırışlarla üz-üzəyik. Dəyərlərimizi bölüşən tərəfdaşlarımızla təhlükəsiz dünyanı formalaşdırmağa çalışırıq”.
Bu sözləri Rusiya və Çində belə qəbul edirlər ki, onlar ABŞ-ın həm də ona görə rəqibləridir ki, Vaşinqtonun dəyərlərinə zidd siyasət yürüdürlər. Vaşintonda Rusiyadan çox Çini əsas təhdid kimi qiymətləndirirlər. Pekin Vaşinqtonun strateji rəqibidir. ABŞ-ın siyasi və ekspert dairələrində belə bir fikir var ki, Çin beynəlxalq münasibətləri özü istədiyi formada formatlaşdırmağa çalışır. Vaşinqton bunun qarşısını almağa çalışır. ABŞ-ın Çinə qarşı müqavimət siyasəti Donald Trampın prezidentliyi dövründə başladı. Hazırki prezident Co Bayden bu siyasəti davam etdirir. 1970-ci illərdə Pekinlə təmaslara başlayan Vaşinqton düşünürdü ki, bu siyasət nəticəsində zaman keçdikcə Çin dəyişəcək. Ancaq bu baş vermədi və Çin Kommunist Partiyasının rəhbərliyi əksinə ölkələrinin mövqelərini beynəlxalq aləmdə möhkəmlətməyə başladılar. Çin Amerika modelini qəbul etmədi.
ABŞ prezidenti Co Bayden Çinlə mübarizə aparmaqla yanaşı, Pekinlə dialoqdan da imtina etmir. Bayden Çin lideri Si Sinpinlə ara-sıra görüşür və müxtəlif mövzularda fikir mübadiləsi aparır. Bayden Si Sinpinə açıq deyib ki, Vaşinqton Pekinlə həm mübarizə aparacaq, həm də əməkdaşlıq edəcək. İki ölkənin əməkdaşlıq etdiyi sahələdir bunlardır: iqlimin dəyişməsi, qlobal makroiqtisadi sabitlik, səhiyyə və qlobal ərzaq təhlükəsizliyi. Bu iki ölkə arasında bu mövzular ətrafındA məhdud əməkdaşlığı şərtləndirir.
Çinin ABŞ-la mübarizə aparmaq planı yoxdur. Buna baxmayaraq, Pekin müxtəlif ölkələrlə əməkdaşlığında öz qaydalarını tətbiq etməyə çalışır. Si Sinpin Kommunist Partiyasının son qurultayında bu prinsipi belə izah edib: “Çin modernləşmiş aparıcı sosialist dövlətinə çevirməli, beynəlxalq aləmdə çəkimizi artırmalıyıq”. Ancaq bunun özünü Qərbdə təhdid kimi qiymətləndirirlər.
Vaşinqton Pekinin bir başqa siyasətindən də narahatdır. “Bloomberg” agentliyinin məlumatına görə, ABŞ Afrika ölkələrinin Çinə borclarını ödəməkdə çətinlik çəkdiyi üçün borc şərtləri ətrafında şəffaflığın artırılmasını tələb edəcək. Dövlət Departamentinin iqtisadi artım, enerji və ətraf mühit məsələləri üzrə katibi Xose Fernandes deyib ki, Vaşinqton həmçinin “bu ölkələrin xalqlarını sıxışdıran sarsıdıcı borcdan necə çıxa biləcəklərini anlamağa çalışacaq”. Fernandez bu sözləri Vaşinqtonda 40-dan çox dövlət başçısının qatıldığı ABŞ-Afrika Liderləri Sammiti çərçivəsində verdiyi müsahibədə deyib. Prezident Co Bayden ABŞ-ın Çinin milyardlarla dollarlıq sərmayə vasitəsilə nüfuz qazandığı qitə ilə əlaqələrini canlandırmaq istəyir. Çinin ABŞ-dakı səfirliyinin sözçüsü Liu Pengyu isə bildirib ki, Çin inkişaf etməkdə olan ölkələrin, o cümlədən Afrika ölkələrinin üzləşdiyi borc məsələlərinə “böyük əhəmiyyət verir” və onlara “borc təzyiqini” azaltmağa kömək etmək öhdəliyi götürüb.
Kovid Çindən dünya ölkələrinə yayılmağa başlasa da, xəstəlikdən ölənlərin sayı bu ölkə üçün faciəvi olmadı. Əksinə xəstəlik ABŞ-a çatdıqda ölənlərin sayı yüzminlərə çatdı. Xəstəlliyin mənbəyi məsələsi ABŞ-la Çin arasında hələ də fikir ayrılığıdır. Buna baxmayaraq, Pekin xəstəliklə mübarizədə kəskin addımlardan çəkinməyə başlayıb. Çinlilərin bir neçə günlük sərt etirazı Pekini geri addım atmağa məcbur etdi.
“Vaşinqton post” qəzetinini yazdığına görə, Çin "sıfır covid" siyasətini ləğv etməyə başladıqdan cəmi bir həftə sonra, təxminən üç illik qapanmanın sona çatdığını göstərən böyük şəhərlərdə ailələr yeni tapdıqları azadlığa qovuşublar. Ancaq bu azadlıq onlara baha başa gəlib. Çinlilər qorxudan dərman ehtiyatlarını artırıb və ev müalicəsi ilə məşğul olublar. Bu da apteklərdə dərman qıtlığı yaradıb. Apteklərdə qızdırma dərmanları, eləcə də ənənəvi bitki mənşəli dərmanlar tükənib. Məqalədə bir çinliyə iatinad edilərək yazılıb ki, apteklərdən birində satıcı paket dərman onun əlinə qoyaraq “bunu da al, çünki sonra bu da tükənəcək” deyib. Müxtəlif şayiələr Çindəki supermarketlərdə ərzaq qıtlığı da yaradıb.
“Atlas” Araşdırmalar Mərkəzi
Teref.az
 
 
 

Dünyapress TV

Xəbər lenti