Bu, Üçtəpədə tapılmış bir möhür-üzükdür. Sasani Şahı Xosrovun dövrünə aid olduğu təxmin edilir. Üzərində Parsiqcə (Sasanilərin dili) deyilən dildə bu sözlər yazılıb: “Silig i abarzeniganbed” Burada “Silig” sözü şəxs adıdır. “Abarzeniganbed” tituldur, “lord komandir, ali çadırın qoruyucusu” kimi mğnalarının olduğu hesab edilir. Silig adının isə Türk adı olduğu hesab edilir, Avar, ya da Suvar bəylərindən birinin adı olduğu düşünülür. Belə ki, Xosrovun Azərbaycana çox sayda türk köçürdüyü onsuz da bəlli məsələdir, ona görə hansısa Türkə bölgədə mərzbanlıq verməsi elə də qəribə deyil. Oki qaldı “Silig” adının nə olduğuna, silik, pak, təmiz mənasında izah edilir. Belə Türk şəxs adları tarixdə mövcuddur, məsələn, “Arı Buğa”. Arı-təmiz. Sadə bir sual verib yazını çox uzatmadan bitirəcəyəm. Sasanilərin Azərbaycan ərazisində digər mərzbanları olan, adından başqa haqqında heç nə bilinməyən hansısa Asvagenləri, Asayları həvəslə Alban İmperatoru elan edənlər niyə eyni qaydada mərzban olan Silik adlı Türkü bu “Alban çarları” sırasına əlavə etmirlər? Ən azında Alban ittifaqına bir Türk qəbiləsinin də qoşulduğunu demək olardı. Ancaq yox, görünür sərf etmir. Heç bu tapıntının bəhsini belə aparmırlar. Çünki onda Qafqazdilli Udi-Alban qalaktik imperatorluğunu uydurmaq alınmayacaq. İş Türkə gələndə ağzını mumlayandan tərəfsiz tarixçi, araşdırmaçı olmaz. https://www.avetruthbooks.com/2017/12/janos-harmatta-turk-officer-of-sasanian-king-xusro-1-2002.html?fbclid=IwAR33WlrRQieJWGzOA3I0LUqJYnHyg_Xm5omdgMsZkDtOhH7NZN5G_rG_Mbw Cəfər Cəfərli Teref.az