Azərbaycan prezidenti İlham Əliyevin mayın 14-də Brüsseldə Avropa İttifaqının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Ermənistanın baş naziri Nikol Paşinyanla 4 saat çəkən müzakirələrində hələlik şifahi razılaşdırılan bir neçə bənd var. Bunlardan biri tərəflərin Ümumdünya Gömrük Təşkilatıyla birgə əməkdaşlığına aiddir. Bu nə deməkdir? İrəvan Zəngəzur dəhlizinin açılmasına etiraz etməsə də, hər iki tərəfdən gömrük yoxlamalarını beynəlxalq təşkilat olan Ümumdünya Gömrük Təşkilatının həyata keçirilməsi təklifinə müsbət yanaşıb. Biz Zəngəzur dəhlizinin açıq olmasını, yəni Naxçıvana keçiddə heç bir yoxlama həyata keçirilməməsini istəyirik, ancaq güzəşt kimi sərhəddə yoxlamanın beynəlxalq təşkilatın həyata keçirməsi variantına razılaşmaq mümkündür. Elxan Şahinoğlu Teref.az