Qarabağda artıq söz sahibi nə ABŞ, nə Fransa, nə də Rusiyadır. Müharibədən sonra atılan addımlar da göstərdi ki, həlledici qərarı Azərbaycanın mərkəzi hakimiyyəti verir və Laçın yolunda nəzarət-keçid məntəqəsinin qurulması bunun tarixi nümunəsi hesab edilə bilər. Teref.az xəbər verir ki, bunu politoloq Asif Nərimanlı yazır. Daha sonra politoloq fikirlərini şərh edərək yazır: Bu baxımdan, Vaşinqton, Paris, yaxud Moskvanın nəsə deməsi nəticəni dəyişmir. Bu paytaxtlardan gələn bəyanatlar da əslində “mövqe bildirmək”dən başqa bir şey deyil. Məsələ həll olunub, bütün tərəflər reallığı qəbul edir, həm də diplomatik etirazla “əlimizdən gələni etdik” görüntüsü verirlər. Asif Nərimanlı Teref.az