Xankəndində separatçıların və Rusiyanın "sülhməramlı" hərbi kontingentinin girovluğunda qalan hayklar talonla 1 kq. banan və 1 kq alma almaq üçün növbəyə düzülüblər.
Moderator.az xəbər verir ki, bu haqda Xankəndində yaşayan erməni bloger "Facebook" səhifəsində paylaşdığı məlumat və video-görüntülər vasitəsilə danışıb.
"30 il Qarabağ dağlarından qızıl çıxardılar və kasıb ermənilərin uşaqları vətənlərini müdafiə etdiklərini hesab edərək bunun üçün öldülər. Və Drmbon(Kəlbəcər rayonunun Mehmana kəndi- S.L.) kəndindəki ən qızıllı "damar" sorulub tükənəndən sonra qərara gəldilər ki, Qarabağ artıq Ermənistana lazım deyil.
Robert Köçəryan indi haradadır, Serj Sarkisyan haradadır - axı bütün resursları onlar idarə edirdi" - deyə bloger Qarabağdakı haykların bu acınacaqlı duruma düşməsində Ermənistanın terrorçu eks-prezidentlərini günahlandırır.