"Azercell" müştərilərini soymaqda davam edir - FAKTLAR
Son günlər özünü ölkənin lider mobil rabitə operatoru adlandıran "Azercell"ə bağlı şikayətlər xeyli artıb. GUNDEMİNFO.AZ xəbər verir ki, bu mobil operatorun abunəçiləri əsasən onların balansından xəbərləri olmadan vəsaitlərin silinməsindən narazılıq edirlər. Xüsusilə də "Azərcell" abunəçiləri olan vətəndaşlar onlardan müxtəlif yollarla balans silinməsindən şikayət edirlər.

Son zamanlar "Azərcell"in sabit xətt abunəçiləri əsasən çağrı mərkəzinə edilən zənglər zamanı balanlarından vəsait silinməsindən narazılıq edirlər. Gundeminfo.az-a danışan vətəndaşlar bildirir ki, *6050 zəng mərkəzinə müraciət etdikdə abonentin balansından hər dəqiqə üçün 16 qəpik vəsait çıxılır. Problem vəsaitin çıxılmasında deyil. Uzun dəqiqələr keçəndən sonra operatora qoşulmaq mümkün olur. Bundan sonra da operator abunəçiyə xeyli suallar ünvanlamağa başlayır. "10 GB-lıq internet paketini yenilmək üçün az qala bizdən sağlamlıq haqqında arayış da tələb edirlər. Olmazın suallar verərək, qəsdən vaxtı uzadırlar" deyə sosial şəbəkələrdə narazılıqlar ifadə edilir.

Gundeminfo.az-a şikayət edən digər abonentlər isə bildirir ki, "Azərcell" vəd etdiyi 4 G internet traffikini də təqdim edə bilmir. Əvəzində bütün dünyada 5 G tətbiq edilsə də, aşağı sürətdən istifadə edən vətəndaşlar daha çox xərcə düşməli olurlar.
Narazı vətəndaşlar eyni zamanda qeyd edirlər ki, "Azərcell"in təqdim etdiyi internet trafikləri digər operatorlarla müqayisədə eyni həcmdə, eyni istifadə istiqamətləri üzrə sərf edilsə də, daha tez bitir. Faktiki olaraq heç bir ölçü vahidi olmadığından istifadəçilər bu operatorun mobil paketlərinin niyə tez başa çatdığının səbəbini aydınlaşdıra bilmirlər.

Maraqlıdır ki, telefon mərkəzinə edilən zənglərin dəqiqəsinin 16 qəpik olmasına dair "Azərcell" müştərilərinə heç bir xəbərdarlıq etmir. Sadəcə olaraq "xidmət səviyyəsinin ölçülməsi məqsədilə danışıqlar qeydə alınır" xəbərdarlığı edilir. Lakin danışıqların ödənişli olması, hətta dəqiqəsinin 16 qəpikdən hesablanmasına dair heç bir informasiya verilmir.

Gundeminfo.az-a müraciət edən narazı vətəndaşlar iddia edirlər ki, faktiki olaraq şirkət onların istehlakçı hüquqlarını kobud şəkildə pozur. Mövcud müştərilərinə xidmət göstərmək, xüsusilə də konsaltinq xidmətlərinin göstərilməsinə görə, "Azərcell" şirkəti Azərbaycanda ən bahalı şirkətdir.

Müqayisə üçün qeyd edək ki, ölkədə fəaliyyət göstərən digər mobil operatorların "Çağrı mərkəz"lərinə edilən müştəri zənglərinin qiyməti "Azərcell"dən dəfələrlə ucuzdur.

Elə bu faktın özü adıçəkilən şirkətin nə qədər bahalı olduğunu sübut etmirmi?
İddialarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
 

Bölmənin digər xəbərləri

23 May 2025 Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
23 May 2025 Kosmetoloq Səkinə Zamanova necə inyeksiya, dolğu proseduru həyata keçirir?-Fotofkatlar
23 May 2025  TƏBİB-in tibbi tullantılara xərclədiyi milyonlar daha haralara gedir - İLGİNC FAKTLAR...
23 May 2025 AAAF Park-da daha bir özbaşınalıq - BU NƏDİ BELƏ?
23 May 2025 Bakıda məktəb direktoru tərəfindən təhdid edilən müəllimə danışdı – VİDEO
23 May 2025 Biləcəridə AĞACLARI BU MƏMUR YEYİRMİŞ... - VİDEOFAKT
23 May 2025 Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib? VİDEO/FOTO
23 May 2025 General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO) General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO)
22 May 2025 Bakıda məktəbdə insident - Döyülən var
22 May 2025 Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR...
22 May 2025 Məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor - İllik 300 min/ ŞOK FAKTLAR
22 May 2025 Sumqayıtda ağaclar kəsildi yerində obyekt tikilir….
22 May 2025 Məktəb direktorundan növbəti 'ŞEDEVR' - VİDEO
22 May 2025 Elçin Babayeb BDU-nun həyətində “Cofeshop” açır?
22 May 2025 Aeroportda gömrükdə çantanı əlindən alıb qaytarmırlar…..
22 May 2025 Bu da memarların tender oyunları - İcazə verin şübhələnək...
22 May 2025 Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – FOTO
22 May 2025 Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR..
21 May 2025 Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?
21 May 2025 Bu xəstəxanada rüşvət verməyənlər taleyin ümidinə buraxırlar. VİDEO

Dünyapress TV

Xəbər lenti