Ucarın baş həkimindən daha bir MÜRACİƏT
DİA.AZ: - Ucar rayonu Koroğlu küçəsi ev 24 sakini Ələkbərov Oktay Qüddəsər oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Oğlum Ceyhun Ələkbərovu işə qoymaq üçün Ucar rayon Xəstəxanasının direktoru Zeynal Bayramlıya onun baş mühasibi Rafayıl Rəsulovun vasitəsi ilə borc-xərc edib 2500 manat pul vermişəm.Bundan sonra oğlum Ceyhun Ucar xəstəxanasında sanitar vəzifəsinə təyin edildi.Oğlum komputer meneceri məktəbin oxuyub deyə baş həkimə dedim ki, oğluma münasib iş verin.Həkim mənə dedi ki, az vaxtdan sonra sənə deyiləcək operator vəzifəsinə işini dəyişəcəm.Bundan bir az sonra baş həkimin sağ əli baş mühasib Rafayıl Rəsulov mənə dedi ki, get tez 1000 manat gətir oğlunu bu gün operator vəzifəsinə dəyişirik. Mən gedib tez borc və sələm alıb gətirib mühasib Rafayıl Rəsulova verdim.Oğlum Ceyhunu operator vəzifəsinə dəyişdilər.
Bundan 6 ay sonra mənim oğlumu gözüm -çıxdına saldılar.Hər dəfə müxtəlif bəhanələrlə oğlumdan nöqsan axtardılar.Həttda oğlumun iş dərəcəsin altıdan beşə endirdilər. Xəstəxananın direktoru oğlum Ceyhuna məcbur edib öz xoşunla ərizəni ver işdən çıx yoxsa səni elə günə qoyacam ki, biabır olub buradan qaçacaqsan.Mən xəstəxananın direktoru Zeynal Bayramlının yanına gedib dedmi ki, niyə belə edirsiniz mənə dedi ki, sənin oğlunun buynuzu çıxıb onu qopardacam.Çox söz söhbətdən sonra oğlumu otaqdan çıxarıb dəhlizdə iş verib.Ağır cərrahiyyə əməliyyatından çıxmış oğlum soyuq dəhlizdə oturur.
Mən bu korrupsioner direktor Zeynal Bayramlının əlindən özümü öldürmə həddinə çatmışam.Əgər oğlumu operator işinə qaytarmasa, dərəcəsini altı etməsə və verdiyim 3500 manat pulumu geri qaytarmasa özümü yandırıb intihar edəcəm.Bunun məsuliyəti isə bir başa xəstəxananın direktoru Zeynal Bayramlının üzərinə düşəcək.
Qeyd edim ki, Ucar rayon mərkəzi xəstəxanasının baş mühasibi Rafayıl Rəsulovun ali təhsili yoxdur onun diplomu saxtadır.Xəstəxana əməlli başlı korrupsiya yuvasına çevrilib.Zeynal və Rafayıl cütlüyü xəstəxananı iflic ediblər.
Mən Prezident cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan və TƏBİB-in sədri cənab Zaur Əliyevdən xahiş edirəm şikayətimi araşdırıb 3500 manat pulumu ələ keçirmiş məni intihar həddinə çatdırmış Ucar rayon Xəstəxanası Hüquqi Publik Şəxsin direktoru Zeynal Bayramlının və saxta diplomlu baş mühasibi Rafayıl Rəsulovun barəsində təcili tədbirlər görəsiniz".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...



QEYD: Bildirək ki, dünən sözügedən baş həkimin adı daha bir qalmaqalda hallanmışdı:

"Mən bilirdim ki Mənsur Məmmədov hansısa vasitə ilə məni HƏBS ETDİRMƏK İSTƏYİR" - Prezidentə müraciət olundu

Bölmənin digər xəbərləri

23 May 2025 Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
23 May 2025 Kosmetoloq Səkinə Zamanova necə inyeksiya, dolğu proseduru həyata keçirir?-Fotofkatlar
23 May 2025  TƏBİB-in tibbi tullantılara xərclədiyi milyonlar daha haralara gedir - İLGİNC FAKTLAR...
23 May 2025 AAAF Park-da daha bir özbaşınalıq - BU NƏDİ BELƏ?
23 May 2025 Bakıda məktəb direktoru tərəfindən təhdid edilən müəllimə danışdı – VİDEO
23 May 2025 Biləcəridə AĞACLARI BU MƏMUR YEYİRMİŞ... - VİDEOFAKT
23 May 2025 Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib? VİDEO/FOTO
23 May 2025 General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO) General Mehdiyev — GÖMRÜKDƏN BİZNESƏ (VİDEO)
22 May 2025 Bakıda məktəbdə insident - Döyülən var
22 May 2025 Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR...
22 May 2025 Məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor - İllik 300 min/ ŞOK FAKTLAR
22 May 2025 Sumqayıtda ağaclar kəsildi yerində obyekt tikilir….
22 May 2025 Məktəb direktorundan növbəti 'ŞEDEVR' - VİDEO
22 May 2025 Elçin Babayeb BDU-nun həyətində “Cofeshop” açır?
22 May 2025 Aeroportda gömrükdə çantanı əlindən alıb qaytarmırlar…..
22 May 2025 Bu da memarların tender oyunları - İcazə verin şübhələnək...
22 May 2025 Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – FOTO
22 May 2025 Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR..
21 May 2025 Sumqayıtda bələdiyyə oyunları: Zakir Fərəcov kimi nə vaxt seçəcəyini özü bilir?
21 May 2025 Bu xəstəxanada rüşvət verməyənlər taleyin ümidinə buraxırlar. VİDEO

Dünyapress TV

Xəbər lenti