Əbülfəz Məlikovla Qoşqar Təhməzovu birləşdirən “dəyər” –
“Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun həbsi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzov üçün təhlükə yaradıb.
Reportyor.info xatırladır ki, Əbülfəz Məlikov Dövlət Təhlükəsizliyi Xidmətində Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində saxlanılıb.
Şirkət rəhbəri Cinayət Məcəlləsinin 209.3 (gömrük ödənişlərinin ödənilməsindən yayınma, xüsusilə külli miqdarda törətdikdə), 213.3 (vergiləri ödəməkdən yayınma – xüsusilə külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət əməli törətməkdə şübhəli bilinir.
Səbail Rayon Məhkəməsində Əbülfəz Məlikov barəsində istintaq orqanı tərəfindən həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
Məhkəmənin qərarı ilə Əbülfəz Məlikov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Əbülfəz Məlikov Dövlət Gömrük Komitəsinin açar fiqurlarından biri hesab edilir. Onun uzun illərdir ki, medianın gündəmindən düşmür. Şirkət rəhbəri haqqında mətbuatda vaxtaşırı materiallar dərc edilib. Həmin materiallarda DGK-dakı fəaliyyətindən tutmuş, şəxsi biznesinə qədər çoxsaylı faktlar yer alıb. Bu faktlardan biri də Əbülfəz Məlikovun ölkəyə palma yağları gətirməsi haqqındadır.
Həmin məlumatarda iddia edilir ki, ölkəyə idxal olunan palma yağları Əbülfəz Məlikovun inhisarındadır. Həmin yağlar vətəndaşlar kərə yağı adı altında satılır. Halbuki bu yağların ümumi adı beynəlxalq bazarlarda “spred” kimi təqdim edilir. Bu çox ucuz və insan orqanizminə zərərli qatqı hesab edilir. Bir neçə il əvvəl Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mətbuata verdiyi açıqlamasında qeyd edib ki, kərə və nehrə yağları ilə bağlı rəhbərlik etdiyi birliyə hər həftə 10-15 telefon zəngləri daxil olur: “Həmin telefon zəngləri zamanı istehlakçılar bu yağların keyfiyyəti, ekspertizası ilə əlaqədar suallar ünvanlayırlar. Qeyd edim ki, ölkənin əmtəə bazarının yağ sektoru çox çirklənmiş vəziyyətdədir. İnək şəkillərini kağızların üzərinə çəkməklə, “naturalnaya maslo” yazmaqla, etiketlərdə istehlakçıları aldadan məlumatları qeyd etməklə əhalinin istehlakçı hüquqları pozulur. Təəssüflər olsun ki, bu qədər laboratoriya olduğu bir halda bu sahədə şəffaf fəaliyyət göstərən bir laboratoriya yoxdur ki, hansı yağların necə olduğunu açıq deyə bilək”.
Bütün bunlara baxmayaraq ölkəyə tonlarla palma yağı gətirilir və maraqlıdır Qida Təhlükəsizliyi Agentliyi bu barədə susur. Bu isə Qoşqar Təhməzovla Əbülfəz Məlikovun arasında hansısa işbirliyinin olmasına şübhələr yaradır. Əbülfəz Məlikovun həbsi ilə bu məsələdəki qaranlıq məqamlara aydınlıq gətirilə bilər. Qoşqar Təhməzov üçün də əsas təhlükə də Əbülfəz Məlikovun palma yağlarının ölkəyə gətirilməsi, satışının təşkil edilməsi və bu zərərli məhsulun Qida Təhlükəsizliyi Agentliyinin hansı səbəbdən diqqətdən kənarda qalması barədə deyəcəkləridir.
Reportyor.info
 
 
 

Bölmənin digər xəbərləri

25 Noyabr 2024 Xalqa qarşı açılan AYNA-lı: indi də bu qurumun əməkdaşları ağac dalında gizlənib...
25 Noyabr 2024 Dillər Universitetində NƏ OYUNLAR ÇEVRİLİR... - İLGİNC FAKTLAR...
25 Noyabr 2024 Burda müştərini rəsmən QARƏT EDİRLƏR - BU NƏ HESABDIR?
25 Noyabr 2024 Mürsəl İbrahimovun menyusunə Xidmətin Nərimanov idarəsində “X5” rüzgarı əsir...
25 Noyabr 2024 Mərkəzi Aran Təhsil İdarəsinin Yevlax hissəsində aləm dəyib bir-birinə.
25 Noyabr 2024 Aptek müdürü işçisini vəhşicəsinə döydü - anbaan VİDEOLAR
25 Noyabr 2024 Ucar rayonunun qaziləri Ucar RMX-ndan Prezidentə şikayət etdilər - ŞİKAYƏT -VİDEO
25 Noyabr 2024 Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
24 Noyabr 2024 Qazaxın icra başçısının dəlixanaya saldığı məmur danışdı
24 Noyabr 2024 Ağsu RİH “tender kralı“ kimi tanınan ATF şirkətinə 707 manat ödəyəcək - Yenə yol təmir edirlər
23 Noyabr 2024 Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23 Noyabr 2024 “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı – Cənab Qurbanov nə fikirləşir…
22 Noyabr 2024 Şüşün kənd sakini Köhünlü bələdiyyə sədrinin "fitri istedadı"ndan yazır...
22 Noyabr 2024  İcra başçısının ünvanına AĞIR İFADƏLƏR... - "Bu intriqada uduzacağını yaxşı bilir..."
22 Noyabr 2024 Hacıqabulda və Beyləqanda COP29 nədir - bilmirlər - Tərəflər Konfransına hazır olmayan təzə icra başçıları CƏZALANACAQLARMI?
22 Noyabr 2024 Naxçıvandakı həbsə İLGİNC REAKSİYA - Vasif Talıbovun kadrı imiş...
22 Noyabr 2024 Dövləti sayan kimdir: QARDAŞLAR BELƏ YEYİR... - DƏLİXANADIR, VALLAH...
22 Noyabr 2024 Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu
22 Noyabr 2024 “ADAU-da nələrin baş verdiyi göz önündədir, di gəl ki,..” MÜRACİƏT /VİDEO
21 Noyabr 2024 Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir – ŞİKAYƏT

Dünyapress TV

Xəbər lenti