"Məktəb direktoru məndən 5 min manat pul aldı" —
Müəllimlərə "Hinduşqabaş" deyərək təhqir edən 301 nömrəli məktəbin direktorunun yeni səs yazısı yayılıb.

TEREF Xezerxeber.az-a istinadən xəbər verir ki, səs yazısından aydın olur ki, müəllimlərin şagirdlərdən yığdığı pul direktora çatdırılır.

Baş verənlərlə bağlı yenidən üz tutduq 301 nömrəli məktəbə. Həm şagirdlər, valideynlər, həm də müəllimlərlə həmsöhbət olduq.

Həmsöhbət olduğumuz pedaqoji heyət uzun müddətdir direktoru görmədiklərini bildirdilər.

Sən demə, bu məktəblə bağlı şikayətlərin sayı-hesabı yoxdur. Çəkiliş vaxtı yuxarı sinif şagirdinə görə valideyndən pul tələb edildiyini, hətta bu səbəbdən işindən azad edilənin olduğunu da öyrəndik.

Valideyn Gülanə Cəfərova iddia etdi ki, övladının hazırlığa getəməsinə şərait yaratması üçün direktor ondan 5000 manat pul alıb.

Digər bir müraciət isə əvvəllər məktəbin bufetində çalışan xanım tərəfindən oldu. İddialara görə, direktorun tələb etdiyi pulu verməyən qadın işdən azad edilib.

Səslənən iddilarla bağlı direktorla əlaqə saxlamağa çalışdıq. Lakin nə zənglərimizə, nə də mesajlarımıza cavab verildi..

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirlib ki, 301 nömrəli tam orta məktəbdə idarəetmənin və tədrisin keyfiyyətli təşkili məqsədilə direktor vəzifəsinin müvəqqəti icrası Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşı Jalə Məhərrəmovaya həvalə edilib. Xeyli müddətdir səhhəti ilə bağlı xəstəlik vərəqəsi əsasında işə çıxmayan məktəbin direktoru Sevda Sarıyeva barəsində işə qayıtdıqdan sonra qanunauyğun tədbirlərin görülməsi nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Bölmənin digər xəbərləri

12 Mart 2025 Məşhur klinikalar saxta diplomlu Musa Kılıçı necə işə götürüb? - İLGİNC FAKTLAR-VİDEO
12 Mart 2025 Deputat oğlunun OLİQARX HƏYATI... - HƏDDƏN ARTIQ TƏMTƏRAQ VƏ...
11 Mart 2025 Yeni Suraxanı Samir Əliyev küçəsində qanunsuz tikinti işləri aparanlara kim “DUR” deməlidi
11 Mart 2025 Şöhrəddin Verdiyevin aldıqları da bəlli... verdikləri də... - İTTİHAM VAR...
11 Mart 2025 "AZZA" müştərilərini belə aldadır
11 Mart 2025 Putinin dostu azərbaycanlı iş adamlarını NECƏ SIRADAN ÇIXARIB... - İLGİNC FAKTLAR...
11 Mart 2025 Xırdalan şəhər 2 nömrəli məktəbin direktoruna “DUR” deyən olacaqmı?! –ŞOK SƏS YAZILARI
11 Mart 2025 Qanun yazmaq əvəzinə qanunların üstündən hoppanmağın DƏRSİNİ KEÇİR - BU DA FAKT!
10 Mart 2025 Maliyyə nazirinin müavini rektoru himayə edir ?! - GDU-nun bitməyən dərdi…
10 Mart 2025 Yeni Günəşlidə 3 mərtəbəli qanunsuz obyekti kim tikdirir?- Fotofakt
10 Mart 2025 Gömrükdə qanunsuz şirkətlərə qarşı həqiqi mübarizə, yoxsa görüntü?
10 Mart 2025 Göyçay rayon Məhkəməsinin dolanbaclarında nələr baş verir ŞİKAYƏT/VİDEO
10 Mart 2025 Xınalıqdakı qəzalı evlərin bərpasına ayrılan milyonlar araşdırılsa Fuad Nağıyevi nələr gözləyir
10 Mart 2025 Heç kim və heç nə Abidin müəllimin UMRUNDA DEYİL... - BU DA FAKT...
09 Mart 2025 DSMF filial müdirinin piyadanı vurması ilə bağlı açıqlama yayıb - YENİLƏNİB
08 Mart 2025 Hüseynova masajçıdır yoxsa kosmetoloq?- Video- Foto
08 Mart 2025 İş adamı ilə əlbir olan 8 saylı RETSİ rəisi Akif Məmmədovdan SAXTA RƏY - cinayət işi açıldı, HƏBSLƏR GÖZLƏNİLİR
08 Mart 2025 Xırdalan 1 nömrəli məktəbdə 8 mart YIĞIMI - Şagirdlər hədiyyələri məktəbin arxa qapısından belə daşıyır/ANBAAN GÖRÜNTÜLƏR
08 Mart 2025 Gəncə ŞİH ilə Su Kanalı idarəsinin rəisi dövlətin 49 milyon 500 min dollar kanalizasiya pulunu necə mənimsədilər?! - DE-FAKTO
08 Mart 2025 Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– TƏFƏRRÜAT

Dünyapress TV

Xəbər lenti