Kənd təsərrüfatı mütəxəssisi naziri “yıxıb-sürüdü” – PREZİDENTƏ MÜRACİƏT
Nefçala rayonu, Aşağı Surra kənd sakini Abdulhəmid Ağasadiq oğlu Həsənov tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. O, saytımız vasitəsilə Prezident İlham Əliyevə, Kənd Təsərrüfatı naziri Məcnun Məmmədova müraciət edir. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli Prezident!

Hörmətli Məcnun Məmmədov!

Sizə müraciət edərək, aşağıda göstərilən ciddi faktlarla bağlı tədbir görməyinizi rica edirəm.

Kənd Təsərrüfatı Nazirliyindən 22.01.2025-ci ildə e-mail ünvanıma, 21.12.2024-ci ildə Məcnun Məmmədovun nazirlikdə keçirdiyi vətəndaş qəbulunda verdiyi tövsiyyəsinə əsasən, mənim qərəzli işimlə və işlə təmin olunmağım məqsədilə nazirliyin daxili prosedur və kriteriyalarından keçməyim təklif olundu. Mən nazirliyə dəvət alıb, 14.01.2025-ci ildə daxili test və müsahibədə iştirak etdim. Testdən kecid balı 50 olduğu halda, 56 bal topladım. Müsahibədən kecid balı 15 olduğu halda, 30 bal topladım və nəticə etibarilə qazandım. Yerindəcə məlumat ballarımı öz şəxsi arxivimə göndərdim.

15.01.2025-ci ildə nazir müavini Sarvan Cəfərovun imzası ilə elektron poçt ünvanıma 3-22/2-H-1063/5-1-128/2025 nömrəli məktub daxil oldu və saxta olduğundan qəbul etmədim.

22.01.2025-ci ildə nazirliyin kadrlar sektorunun müdiri İlham Süleymanov və Elnur Atayevlə bir daha əlimdə olan keçid bal qiymətləri əsasına ümumi nəticəyə baxış keçirdik. Bu zaman təsdiq olundu ki, 14.01.2025-ci ildə keçid balı 15 bal olduğu halda 30 bal, kompüter sınağından 50 keçid balı nəzərdə tutulduğu halda 56 bal toplamışam. Yəni hər iki halda peşəkar mütəxəssis olduğumu bir daha təsdiq etdim. Ancaq Neftçala DAİM-də heyvandarlıq sektorunda bir nəfərdə olsun kadr və ya işçi yoxdur. Sənədlər qalaqlanıb, işlər icra olunmur.

Kənd təsərrüfatında iflic vəziyyət yaranıb. Süni mayalanma mütəxəssisləri vətəndaşlar qarşısında hər baş balaya verilən 100 manat subsidiyaya görə başı aşağıdırlar. Sənəd təqdim etməyə sektorda kadr yoxdur. Nazirliyin presedur qaydalarından keçməyimə baxmayarq, hələ də əmrimi qərəzli surətdə sektora vermirlər. Və mənə nazirliyin məsul şəxsi bildirir ki, “bizlik iş yoxdur, siz peşəkarsız, nazir imkan vermir”.

Hörmətli Nazir!

Bu tərzdə birtərəfli məktubun şəxsimə göndərilməsi, yəni saxta "keçməmisiniz" cavabını qəbul etmək mənim üçün ayıb olar. Xahiş edirəm, dəqiqliyi gözləyin, səhvləri etmək cəmiyyətimizdə birmənalı qarşılanmır. İnsan taleyi ilə oynamaq Tanrıya həqarətdir. Şəxsimə gələn saxta məktub nazirlik əməkdaşlarının qərəzli olduğunu ortaya qoyur. Xahiş edirəm, bir daha belə saxta məktubların tərtibinə yol verməyəsiniz. Müraciətlərimizə cavablar həm yubanır, həm də başdansovdu yola vermək tərzli cavablar verirlər. Nəzərə almağınızı xahiş edirəm.

Kənd təsərrüfatı strateji sahədir. Lakin bu sahədə çalışan qeyri-peşəkarlar səriştəsizliklərindən ölkəmizi idxaldan aslı vəziyyətə salıblar və getdikcədə vəziyyət daha da pisləşir. Kənd Təsərrüfatı naziri, hörmətli Məcnun Qadir oğlu Məmmədov 14.04.2023-ci ildən bu vəzifədə calışır. Axrıncı iş yeri 2018-ci il "Agro Food İnvestment" MMC-də direktor olub. O, bu vəzifəyə keçdikdən sonra "qaş qayırdığı yerdə vurdu göz cıxartdı". Belə ki, baytarlıq sahəsini kurasiya edən müavin ştatına vaksinasiya - revaksinasiyanın nə olduğunu bilməyən qeyri-peşəkar, sahədən xəbərsiz, aqranom ixtisaslı Namazov Elməddin Şəmsi oğlunu təyin etdi. Belə paradoksal siyasətlə kənd təsərrüfatı məhvə gedəcək. Necə ki, idxaldan asılılıq son ildə ötən illə müqayisədə 14,5 % artaraq 2,3 milyard dollara çatmışdır. Dəhşət budur. Ölkəmizin resursları coxdur, peşəkarlar yerində yoxdur. Deyiləsi söz də çoxdur...

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2025-02_1739988030_2.jpg
 
 
 

Bölmənin digər xəbərləri

19 Aprel 2025 Qalmaqallı direktorun səs yazısı yayıldı - Məhkəməyə verildi - VİDEO
19 Aprel 2025 Yenə həmin dalğa, həmin koordinat - Gülnaz Kərimova-İlhamə Abdullayeva cütlüyü İŞ BAŞINDA...
19 Aprel 2025 Rafiq Quliyev yenə qanunsuz tikintiyi icazə verib?-Video-Foto
19 Aprel 2025 Sabunçu rayonunda qanunsuz tikintiyə kim icazə verib? -Video-Foto
19 Aprel 2025 AAYDA-nın “əziz-xələf”i Dilqəm Qəniyev: Böyük pullar, bahalı avtomobillər, xaricdə biznes…- FOTOLAR- SİYAHI
18 Aprel 2025 Bakıda konsert təşkilatçılarının gizlin əməlləri-Qalmaqal
18 Aprel 2025 Göygöl rayonunda Azər Hacıyevin aqrar sektorda hökmü və özbaşınalıqları... - İLGİNC FAKTLAR
18 Aprel 2025 Fəxri Kazımov 11.7 milyon manatı......
18 Aprel 2025 Seyidzadənin gizli əməlləri ÜZƏ ÇIXDI - TƏFƏRRÜAT
18 Aprel 2025 Naxçıvan icra Hakimiyyətinin başçısının müavini Bakıda 3 mərtəbəli ticarət mərkəzi tikdirib
18 Aprel 2025 Nərimanov rayonunda bu tikintiyə kim icazə verdi?-Video
18 Aprel 2025 Vətəndaş başçının qəbuluna ZORLA SOXULUR: Başqa yolu yoxdur... - DƏLİXANADIR, VALLAH...
17 Aprel 2025 “Uğur 777” klinikası: Adı UĞURDUR, əməliyyatları UĞURSUZ... - Səhiyyə Nazirliyinin gözündən iraq...
17 Aprel 2025 BAKININ MƏRKƏZİNDƏ DAHA BİR QANUNSUZ SÖKÜNTÜ – Obyektini sökdülər, içindəki əşyaları oğurladılar... / Video
17 Aprel 2025 Burda təkcə TƏHSİL ZAY DEYİL... - NARAZILIQ VAR...
17 Aprel 2025 “DEDİ Kİ, İSTƏYİRSƏN PREZİDENTƏ YOX, LAP SƏDDAM HÜSEYNƏ ŞİKAYƏT ET...” – Nazir Rəşad Nəbiyev tapşırıq verdi, işçiləri əməl etmədi
17 Aprel 2025  “Azərlotereya”nın baş sponsor oyunbazlığı - Bəs nooldu “Misli” Premyer Liqanın baş sponsoru idi?
17 Aprel 2025 Sabirabadın Əhmədabad kənd məktəbini xarabalığa çevirən direktor Nəsibə Bağırova kimdir? - ŞOK SƏS YAZISI
17 Aprel 2025 İş yeri satılan xadimədən direktora RÜŞVƏT İTTİHAMI - Əmrullayevin də xəbəri var...
17 Aprel 2025 Lökbatan qəsəbəsindəki "VİP LOMBARD" vətəndaşa fırıldaq gəlib - ŞOK FAKTLAR (VİDEO)

Dünyapress TV

Xəbər lenti